İstiqbalımız lağlağdır
İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm,Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!
Nə istərsən, canım, əl çək, yetər fəryadi-hürriyyət!Nə yapsın köhnələrlə dilbəri-növzadi-hürriyyət?!Bütün əxvanın ikən səngdil, cəlladi-hürriyyət?Xəyali-xamə duşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!
“Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan...” –Bu söz pək doğrudur, əmma hanı məktəb, hanı irfan?Qalırkən ölkəmiz məktəbsizin, övladımız nadan,Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!
Təcəlla etdiyin gördük o məhbubi-dilaramın,Fəqət al qanə qəltan olduğun da gördük islamın,Başından çıxmadıqca Rey həvası şahi-gümnamın,Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!
Əgər sən görmədinsə zövqünü gülzari-əkvanın,Yəqin et, mən də görməm bir səfasın ol gülüstanın,Sənü məndən sora ya dəyşilirmi halı dövranın?Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-istiqbalimiz-laglagdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!
Tapmacanın tə’biri (Nə lap kiçik, nə çox da çox iridir")«Не дылда он и не плюгав,Он духом мертв, а телом здрав,
Bir bəhanə əldə ünvan etməli bundan sora!Bir bəhanə əldə ünvan etməli bundan sora!Büsbütün məxluqə e’lan etməli bundan sora!
Qəmü möhnət füzun olduОт горя свет померк дневной:Дубина, знать, тому виной!
Стихи других поэтов · Сатира
“Yoxdur eybim, – desə hər kim, – məni tənqid eləmə”,Baxma, bic tülküdür, ay Kirpi dayı, al qələmə.
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!