Qəmü möhnət füzun oldu,Səbəb boynu yoğun oldu!Əliflər döndü nun oldu,Səbəb boynu yoğun oldu!Nə üçün kişvəri-IranOlur şəxsiyyətə qurban?Məgər bayquş sevir viran,Və ya tale’ zəbun oldu?Səbəb boynu yoğun oldu!Nədən oldu iki dilli,Ürəklər qaldı nisgilli,Dağıldı məclisi-milli,Ələmlər sərnigun oldu,Səbəb boynu yoğun oldu!Neçün məşrutə bağlandı,Müzəvvirlər qoçaqlandı,Qarınlar doydu, yağlandı,Vətən darülcünun oldu?Səbəb boynu yoğun oldu!Qəsəm etdi, inandırdı,Neçün rə’yin dolandırdı,Özün dünyayə andırdı,Mütii-nəfsi-dun oldu,Səbəb boynu yoğun oldu!Nədən ləğv oldu peymanlar,Verildi odlu fərmanlar,Bütün odlandı Qur’anlar,Cinayət rəhnümun oldu,Səbəb boynu yoğun oldu!Nədən qalxışdı xulqanlar,Satıldı pula imanlar,Töküldü bigünəh qanlar,Ürəklər laləgun oldu,Səbəb boynu yoğun oldu!Nə üçün susdu natiqlər,Alındı həbsə sadiqlər,Fəqət bə’zən münafiqlərVarıb nurül’üyun oldu,Səbəb boynu yoğun oldu!Nədir təkfiri “Əxbar”ın,Nədir təhqiri “Əbrar”ın,Nədir təqsiri “Əhrar”ınKi, boylə qərqi-xun oldu?Səbəb boynu yoğun oldu!Qüruri-intihasından,Həya qılmaz ədasından,O “keyfi-mayəşa”sındanNeçün “layəs’əlun” oldu,Bütün işlər oyun oldu,Səbəb boynu yoğun oldu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира