Qurban Bayramı
Bayram olcaq şövkətlilər, şanlılar,Dövlətlilər, pullular, milyanlılar,Tirboyunlar, şişqarınlar, canlılarQurban kəsir Xəlilüllah eşqinə,Fağır-füğur gəzir Allah eşqinə.
İki qonşu bir-birinin milləti,Hər ikisi bir peyğəmbər ümməti,Biri kəsir qurban, bişirir əti,Bayram edir Xəlilüllah eşqinə,O biri də baxır Allah eşqinə.
Bu qonşunun oğlu geyir, sallanır,Qalstuku taxır, qıraxmallanır,Atası da ona baxır hallanır,Fəxr eləyir Xəlilüllah eşqinə,Əl cibə salmayır Allah eşqinə.
Görürsənmi bizim Hacı Pirini,Paylamayır ətin ondan birini,Qonşu sorur barmağının kirini,Hacı yeyir Xəlilüllah eşqinə,Yatır, şişir, köpür Allah eşqinə,
Dedim, hacı, gözlə işin birisin,Diqqət elə irəlisin, gerisin,Ver məktəbə qoyunların dərisin,Elm oxunsun Xəlilüllah eşqinə,Çocuqları şad et Allah eşqinə.
Dedi, bizdə dəri vermək sınağıYoxdur, versəm ollam arvad qınağı,Basdırırıq onda xəmir çanağı,Bərəkətdir, Xəlilüllah eşqinə,Saxlayırıq evdə Allah eşqinə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-qurban-bayrami-bayram-olcaq-sovketliler-sanlilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Yoldaşım, yatmışmısan?– Yox, bir sözün varsa, buyur!
Başqa millətdən hüququn almaq üçün hər zamanИз борцов за свободу всегда и вездеПравдолюбцы, герои, титаны выходят.
Dün oxurkən bir müdiri-məktəbin məktubunuВам такое письмо и во сне не приснится.Сто ошибок, не меньше, на каждой странице.
Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!Слуги верные мои! Не спать - вставать пришла пора!Просыпайтесь, прыть свою явить опять пришла пора!
Стихи других поэтов · Сатира
Gündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?
AktyorDünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.