Şaxta gəzir şahlıq quşuBu soyuq qanlarda nə var?Biz Allahın vurulmuşu,Bəslənmiş canlarda nə var?

Mindik xəyalım atına,Qonduq nağıl qanadına.Baş vurduq yerin altınaƏski zamanlarda nə var?

Köhnəlməyən çuxasındaDaş asılıb yaxasından,Qara torpaq – qara zindanGöydə, dumanlarda nə var?

Ömür var ölümdən betər,Uzandıqca duzu itər,Bu yanlardan doyduq, yetər,Görək o yanlarda nə var?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов