Bir təbibə gedib də bir bimarDedi: “Mədəmdə ağrı bir şey var;

Bir dəva ver, mənə əlac eylə,Ölürəm, careyi-mizac eylə”.

Tutdu nəbzin təbib onun dərhal:“Nə yemişsən?” - deyə edincə sual,

Dedi: “Yanmış çörək yədim, doktur,Yediyim bir əlavə şey yoxdur”.

Baxa qaldı təbib onun sözünə,Istədi bir dəva tökə gözünə.

Xəstə: “Mədəmdir ağrıyan, a gözüm,Yoxsa məfhumunuz deyilmi sözüm?”

Dedi doktor ona ki: “Ey əhməq,Eybli olmasa gözün mütləq,

Yanmış əkmək yəməz idin əsla,Bu səbəblə yarar tökülsə dəva”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов