Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!Sus, ay yazıq, fəzadəki üqabi-canşikan gör!

Hinində daldalanma çox, həyətdə də dolanma çox,Yiyəndəki bıçağe bax, o tiği-abdan gör!

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,Qazanda qəyqanağə bax, ocaqdakı şəran gör!

Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu təkBəyin, xanın, xanm, bəyin əlində ehtikan gör!

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,Gərəkli gündə onlann qıçındakı fəran gör!

Amandır, uyma vaizin həlavəti-kəlamma,Əba-qəbanı qovza bax, içində zəhrman gör!

Bu əğniyalərin üzün görüncə ehtiyacdə,Get, ey fəqiri-binəva, kəfən bürün, məzan gör!

Bu inteliklərin1 sözün gətirmə heç aralığa,Olan görmək istəsən, şərabı gör, quman gör!

Palitqadır hər işləri, alışlan, verişləri,Olarda bir əməl fəqət quru, boş iftixan ğör!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов