Содержание
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Страница 2 из 7 · 14%

Dayanın, mən də gedirəm. Mirzə, siz söhbətinizi eləyin, mən bu saat qayıdıram.

Əyyub əmi, Xosrov və Roza gedirlər.

Mirzə Cəlil

Nələr görürəm! Mübarizədən danışan cavan qız, bir işarəsi ilə həyatda faciə, komediya yaradan fəhlə...

Hüseyn

Bunlara daha “ölülər” demək olmaz, Mirzə, bunlar “dirilər”dir.

Mirzə Cəlil

Düzdür. Şeyx Nəsrullah, Şeyx Əhməd kimilər bunlarla bacara bilməzlər.

Hüseyn

“Ölülər”dəki hadisələr on doqquzuncu əsrin axırlarında, uzaq şəhərlərdən birində vaqe olur, ancaq iyirminci əsrin əvvəllərində onlar Bakı kimi şəhərə gəlsələr...

Mirzə Cəlil

Mən gözümün qabağına gətirirəm...

İşıqlar sönür.

İkinci şəkil

Dağların arası. Uzaqdan Araz çayı və İran sərhəddi görünür. Səhnə arxasında at ayaqlarının səsi. Bu səs gah yaxınlaşır, gah da uzaqlaşır. Şeyx Əhməd qorxa-qorxa kolun arxasından çıxır.

Şeyx Əhməd (ora-bura baxır, sonra səsləyir)

Şeyxəna! Şeyxəna!..

Şeyx Nəsrullah sürünə-sürünə gəlir.

Şeyx Nəsrullah

Yavaş danış, şeyxəna nədir, öz adımı çağıra bilmirsən?

Şeyx Əhməd

Qorxma, uzaqlaşdılar, yəqin sərhəddə tərəf getdilər.

Şeyx Nəsrullah

Xudaya, şükür kəramətinə. İlanın ağzından qurtulduq. Daha o tərəflərə gedə bilmərik. İran sərhəddi bizimçün bağlandı.

Şeyx Əhməd

İnsan gərək arzularının dərəcəsini bilsin, şitini çıxartmasın, acgözlük eləməsin.

Şeyx Nəsrullah

Əstəğfürullah rəbbi və ətövbi-ileh.

Şeyx Əhməd

İncimə, Nəsrullah, sözün düzündən adam inciməz. Qürbət yerdə arvad alarlar ey, sözüm yoxdur, birini, uzaqbaşı ikisini. Daha şəhərin bütün cavan qızlarını murdarlamaq olmaz ki...

Şeyx Nəsrullah

Sus, kəmsavad, qanmadığın mətləblərə burnunu soxma. Mən hər gecə böyük savaba nail olurdum. Ruhanilər...

Şeyx Əhməd (onun sözünü kəsir)

Ruhanilər yox, lotular bu cür iş görərlər.

Şeyx Nəsrullah

Ehtiyatlı ol, Əhməd, Allah mənim əlimlə sənə cəza verə bilər. Bir nifrin eləyərəm ki, yerlə yeksan olarsan.

Şeyx Əhməd

Yalan danışma, lotu!

Şeyx Nəsrullah

Sən özün tayifeyi-əlvata mənsubsan.

Şeyx Əhməd

Oyunbaz, bambılı!

Şeyx Nəsrullah

Kəlbi-mənfur, şeytani-layələm!

Şeyx Əhməd

Mən şeytanamsa, sən iblissən.

Səhnə arxasından yenə at ayaqlarının səsi eşidilir.

Şeyx Nəsrullah

Çığırma, yavaşdan söy.

Şeyx Əhməd

Çığıracağam!

Şeyx Nəsrullah

Sus, bədbəxt, gizlən!

Gizlənirlər. Atlılar səhnə arxasından keçib gedirlər.

Şeyx Əhməd (başını qaldırır)

Getdilər?

Şeyx Nəsrullah

Rəddi-bədəl oldular. Bir az sakitləşdin, Allahın səbirsiz bəndəsi? Bu saat bizə söyüşmək yox, öpüşmək vacibdir. Bədbəxtlik zamanı insanlar gərək əl-ələ tutsunlar, can deyib, can eşitsinlər. Sakit ol, tədbir tökək. Mən otaylıyam, sən butaylısan. Bu yerlərə bələdsən. De görüm, üzü bu yana, hara gedə bilərik?

Şeyx Əhməd

Üzü bu yana, biz çox yerə gedə bilərik. Dünyanın çox hissəsi bu tərəfdədir.

Şeyx Nəsrullah

Tanıdığın yerləri de.

Şeyx Əhməd

Birinci, Tiflis.

Şeyx Nəsrullah

Necə yerdir?

Şeyx Əhməd

Cənnət o şəhərin yanında heç nəmənədir. Orada mən şah kimi dolanırdım. İşim çox yaxşı gedirdi. Birdən bir əli qurumuşun biri məcmuə çıxartmağa başladı, adı “Molla Nəsrəddin”.

Şeyx Nəsrullah

Lənətullah.

Şeyx Əhməd

Gördüm ki, bu “Molla Nəsrəddin” dünyanı qarışdırdı, daha baş girləmək mümkün deyil, qaçdım Eşqabada.

Şeyx Nəsrullah

Yaxşı yerə oxşayır. Adı mənim məcazıma uyğundur.

Şeyx Əhməd

Elə təkcə adı var. Cəhənnəm o şəhərin yanında heç nəmənədir.

Şeyx Nəsrullah

Xub, sən o cəhənnəmdə neyləyirdin?

Şeyx Əhməd

Kimin məhkəmədə pul davası vardısa, mənə müraciət eləyirdi, haqq işə manata otuz qəpik, nahaq işə manata altmış qəpik alıb yalandan şahid dururdum. Saxta qəbz düzəldirdim, imzaları elə təqlid eləyirdim ki, Allahın köməkliyi ilə, heç kəs düzü əyridən seçə bilmirdi.

Şeyx Nəsrullah

Xudavənda, kərəminə şükür, sənə şəkk gətirən kafirdir.

Şeyx Əhməd

Saxta çek düzəldib satırdım. Bu işdə böyük məharətim var idi.

Şeyx Nəsrullah

Maşallah, maşallah... Bacarırsan?

Şeyx Əhməd

Təmiz işləyirəm. Hansı dildə istəsən baxıb oxşadıram.

Şeyx Nəsrullah

Axmaq adam, bəs, nə oldu ki, bu cür gözəl sənətdən əl çəkdin?

Şeyx Əhməd

Araya arvad girdi. Bir arvadım var idi, şeytanın, işvəkarın birisi. Bir gün əsnayi-məhəbbətdə sirrimi ona açdım, o da qonşulara danışdı, məsələdən hökumət xəbərdar oldu.

Şeyx Nəsrullah

Böyük səhv eləmisən. “Əbvabül-canan” kitabında deyilir: “Dəccalın xürucu o vaxt olacaq ki, kişilər arvadlarla məşvərət eləyələr”, çünki arvadlar naqisül-əqldirlər.

Şeyx Əhməd

Bəli, məni tutdular. On il Sibir kəsdilər. Yolda qaçdım. Əfqanıstan sərhəddindən keçib, gəldim İrana. Orada da sənə rast gəldim. Mabədi özünə məlumdur.

Şeyx Nəsrullah

A kişi, əlində ki, bu cür gözəl sənətin var, nə durmusan, o çekdən yaz, gedək bankdan pul alaq.

Şeyx Əhməd

Yox, şeyxəna, bu səninçün ölü diriltmək deyil, çox çətin işdir. Gərək xüsusi çek kağızı, xüsusi mürəkkəb olsun. Gərəkdir möhür düzəldəsən. Həngaməsi böyükdür. Belə işləri adam çox olan şəhərdə görmək olar.

Şeyx Nəsrullah

Gedək elə şəhərlərdən birinə.

Şeyx Əhməd

Bakı necədir?

Şeyx Nəsrullah

Orada da Kəbleyi, Hacı var?

Şeyx Əhməd

Nə qədər istəsən.

Şeyx Nəsrullah

O yazıqların ölüləri qəbiristanlıqda qalıb, bəlkə onları diriltməkdən başlayaq.

Şeyx Əhməd

Bu fırıldaq Bakıda baş tutmaz, dadaş, bakılılar bizim özümüzü yüz dəfə öldürüb dirildərlər.

Şeyx Nəsrullah

Yaxşı, bəs bu çek əhvalatı orada keçər?

Şeyx Əhməd

Keçər. Amma ortada bir neçə şərt var.

Şeyx Nəsrullah

İki dost arasında nə şərt, nə şürt?

Şeyx Əhməd

Doğrusunu deyim, Nəsrullah, əgər o yerlərdə də başlasan evlənməyə, səninlə bir addım da atmaram.

Şeyx Nəsrullah

Şeyx Əhməd, Allahı yaddan çıxartmaq olmaz. O deyir ki, vəzzövcəna minəlhurileyn, axı, yazıqdırlar, onları da bir alan lazımdır, ya yox?

Şeyx Əhməd

Hə, onda bizimki tutmadı. Sən get o taya, mən də bu taya. Ayrılaq.

Şeyx Nəsrullah

Zor eləyirsən, Əhməd, zor eləyirsən. Mənim kimi bir çiçək düşübdür əlinə, əzişdirib tökürsən. Hara gedirsən? Dayan, getmə, razıyam. Nə qədər ki, səninləyəm, arvad barədə oruc tutaram. De görüm, daha nə şərtin var?

Şeyx Əhməd

Bizim bu səfərimizə böyük hazırlıq lazımdır. Bakıya əliboş getmək olmaz. Nə qədər pulun var?

Şeyx Nəsrullah

Pul? Məndə pul haradandır?

Şeyx Əhməd

Çıxart, çıxart, tök ortaya.

Şeyx Nəsrullah

Əziz canına and içirəm ki, məndə bir abbası da yoxdur.

Şeyx Əhməd

Qoy özüm baxım.

Şeyx Nəsrullah

Yaxın gəlmə, Allahın məlun bəndəsi!

Şeyx Əhməd

Məlun özünsən, çıxart pulları, müftəxor!

Şeyx Nəsrullah

Çəkil kənara, haramzadə!

Xirtdəkləşirlər. Şeyx Nəsrullahın cibindən yerə qızıllar tökülür. İkisi də qızılların üstünə sərilir.

Şeyx Əhməd

Qızıldır, səsindən tanıdım, qurban olduğum, ibadət elədiyim qızıldır.

Şeyx Nəsrullah

Bura ver, hamısını bura ver, cibinə dürtmə.

Şeyx Əhməd

Sənə qurban olum, ay qızıl, dünyada hamı qırılaydı, bir sən qalaydın, bir də mən.

Şeyx Nəsrullah

Mənə bax, Şeyx Əhməd, qızılı görən kimi bütün dünya yadından çıxmasın. Tök yerə, sayaq görək, nəyimiz var?

Şeyx Əhməd

Məni aldatmazsan ki?

Şeyx Nəsrullah

Böyük ol, Əhməd, qəpik-quruş davası eləmə. Biz qartalıq, sərçə deyilik.

Şeyx Əhməd

Aldatsan, başını cücə boğazı kimi üzərəm.

Şeyx Nəsrullah

Bu başımın sənə təəllüqü var.

Pulları sayırlar.

Şeyx Əhməd

Otuz səkkiz qızıl. Daha yoxdur ki? Ciblərinə yaxşı bax.

Şeyx Nəsrullah

Bax, bu mən, bu da ciblərim. Bir çət qalıbsa gözüm bu dünyanı görməsin. Bəlkə bir az da səndə var?

Şeyx Əhməd

Əziz canın üçün, Nəsrullahın meyidini görüm ki, yoxdur.

Şeyx Nəsrullah

Bu cibindəki nədir belə?

Şeyx Əhməd

Təsbehdir.

Şeyx Nəsrullah

Təsbehdən o cür səs çıxmaz.

Şeyx Əhməd

Çıxar, niyə çıxmır?

Şeyx Nəsrullah

Üstünü örtmə, qoy baxım.

Şeyx Əhməd

Əlini vurma, qıdığım tutur.

Şeyx Nəsrullah

Nə olar, gül, gülmək cana xeyirdir. (Xirtdəkləşirlər. Nəsrullah Əhmədin cibindən qızıl çıxarır) Şeyx Əhməd, sən nə qədər vicdansız adamsan. Hələ meyidimə and içirdin ki, pulun yoxdur. Bu cür yoldaşlıq olmaz. Mən nəyim vardısa qoydum ortalığa, sən də qoy.

Şeyx Əhməd

Götürdün də. Daha yoxdur, balalarım ölsün.

Şeyx Nəsrullah

Bu oldu qırx səkkiz qızıl. Bəsimizdir?

Şeyx Əhməd

Bəsdir, ver, mən saxlayım.

Şeyx Nəsrullah

Yox, mən ehtiyatlıyam, arxayın ol, hamısını işə sərf eləyəcəyik. Hə, düş qabağa, Bakının yolunu göstər.

Şeyx Əhməd

Xeyr, əvvəl yollanırıq Həştərxana. Xarici görkəmimizi dəyişib, Bakının əhvalına uzaqdan bələd olandan sonra varid olarıq o pul və dövlət şəhərinə.

Şeyx Nəsrullah

Bismillah! Yolçu yolda gərək.

Yola düşürlər. Səhnə qaranlıqlaşır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 мин
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 мин
Yeni il hədiyyəsi

Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

8 мин
Cənnət xuliqanı

Proloq*– Sevil gəlmədi.

196024 мин

Стихи других поэтов