Beşinci fəsil
Страница 2 из 4 · 25%
Araz Vanyanın sözlərinə qüvvət verib:
– Bizi heç bir şey qorxuda bilməz! – deyə ucadan qışqırdı. – Bu aslan meydanıdır, kim qorxur, gəlməsin, biz başladığımız inqilabı sonuna qədər davam etdirəcəyik! Yaşasın inqilab!
İnqilab bütün şəhərlərə, kəndlərə, ordu və donanma içərisinə qədər yayıldı. Poçt-teleqraf və dəmiryolçular tətili də başlandı. Başını tamamilə itirmiş hökumət manifest elan etdi, siyasi azadlıq, ümumi seçki hüququ və başqa hüquqlar vəd olundu. Hökumətin bu manifesti varlı sinif və zümrələri bir qədər təmin etdi.
Ölkədə böyük bir canlanma vardı. Hər yerdə nümayişlər, mitinqlər keçirilir, siyasi dustaqlar azad edilirdi; yeni qəzetlər, məcmuələr və kitabçalar nəşr edilir, vərəqələr paylanır, hər firqə öz məfkurəsini yaymağa, öz proqramını qəbul etdirməyə çalışırdı.
Azərbaycanda yerli fəhlələrin əksəriyyətlə inqilabi hərəkatda iştirak etməsi və yerli ziyalıların müəyyən hissəsinin inqilaba rəğbəti hökuməti acıqlandırdığı kimi, yerli burjuaziyanı da yaman qorxutdu. Onlar özlərini hökumətə sadiq göstərmək üçün küçə alverçilərini başlarına toplayıb rus monarxistlərinin Böyük kilsə həyətində etdikləri mitinqlərə soxulur, onlarla birlikdə küçələrdə nümayiş edir, hər yerdə inqilabçı ziyalıları hədələyib təhqir edirdilər. Bu gedişlə xeyir gözlədikləri inqilabın nəhayət onlara məzar olacağından qorxub burjuaziya və liberal ziyalılar çar tərəfinə keçdilər. Çar İkinci dumanı açılmamış buraxdı. İnqilabçılar tutulub həbsə atıldı. Müvəqqəti olsa da inqilabı yatırmaq və istisində qızınmaq üçün xain çar quyruqları ermənimüsəlman arasında yenidən yanğın törətdilər.
Əksinqilabın hücuma keçməsinə baxmayaraq inqilabi hərəkat genişlənirdi. Bolşeviklər liberal burjua görüşləri ilə, eləcə də barışdırıcılıq siyasəti yürüdən menşeviklərlə qəti mübarizə aparır, bütün mitinq və yığıncaqlarda onları ifşa edirdilər. Fəhlələr arasında sinfi görüş və firqə mübarizəsi o qədər bərkimişdi ki, bəzən mübahisələr, deyişmə və sözləşmələr vuruşmaya çevrilirdi.
II
Nümayiş, dənizin göbəyindən qopub gələn və sahilə yaxınlaşdıqca genişlənən dalğalar kimi şəhərin baş küçəsinə doğru ağır-ağır irəliləyirdi. Ətraf dilsiz bir şübhə və qorxu içində sakit-sakit inləyir, bomboş küçələrdə polis və kazak izi görünmürdü. Arabir səkilərlə keçənlər mühüm bir işi olan adamlar kimi küçələrdən tez sovuşub gedir, keçidlərdə baş-başa verən adamlar isə əlləri ilə aşağıları göstərərək, bir-birlərinə nə isə deyirdilər. Qorxunc bir hadisə eşitmiş kimi hamının gözündə həyəcan və kədər qığılcımları uçuşurdu. Bir dükançı qapı ağzında durub qorxa-qorxa qonşusuna:
– Bu tərəflər sakitlikdir – deyirdi.
– Tələsmə, bir dənə salamat dükan qalmayacaq. Bu talan dalğası şəhərin hər tərəfini bürüyəcək.
Qonşu sözünü bitirməmişdi ki, o biri küçənin tinində başıpozuq bir dəstə göründü. Onlar qoltuqlarında top-top bazar malı yuxarıya doğru yeyin addımlarla gedirdilər. Hamının nəzəri onlarda idi. Kimsə əli ilə onları göstərib:
– Talançılar, talançılar! – deyə bağırdı. Dükançılar bir-birinə dəydi, dükanlar bir anın içində bağlandı. Hamı küçə keçidlərinə yığışıb, bu hadisənin nə ilə qurtaracağını gözləməyə başladı. Müxtəlif peşəli adamlardan təşkil edilmiş bu başıpozuq dəstələr şəhərdə qarışıqlıq törətmək və bu yolla inqilaba zərbə vurmaq məqsədi ilə hökumət tərəfindən düzəldilən bir fırıldaq idi. Bu zaman əllərində ling və çəkic olan ikinci bir başıpozuq dəstə göründü. Onları acıqlı bir baxışla süzən bir dükançı qonşusuna:
– Bura bax, mənim dükanıma əl vursalar dayana bilməyəcəyəm – dedi.
– Neyləyəcəksən? Əlindən nə gələr?
– Nə qədər gücüm var vuruşacağam, ölüb öldürəcəyəm.
Başıpozuq dəstə fəhlə nümayişini görüncə başqa bir küçəyə buruldu. Fəhlələr əllərində qırmızı bayraqlar və üzərində “Rədd olsun mütləqiyyət!” sözləri yazılmış plakatlarla geniş küçənin ortası ilə Marselyoza oxuya-oxuya irəliləyirdi. Silahlı qoruyucular bir-birindən aralı, nümayiş dəstəsinin ətrafında divar dibi ilə gedirdilər. Bu zaman qarşı tərəfdən başqa bir nümayişçi dəstəsi göründü. Nümayişçilərin əllərində iri xaç və çarın şəkli vardı. Onlar “Boje, sarya xrani!” himnini oxuya-oxuya gəlirdilər. Bu dəstədəkilərin çoxu padşahpərəst və çar məmurları olan kadetlər idi. Onları arxadan, sağdan və soldan atlı kazaklar və polislər araya almışdı.
Fəhlə nümayişi fırtınalı dəniz kimi dalğalandı. Açılan ilk güllə çarın şəklini dəlib keçdi. padşahpərəst nümayişçilər qara bulud kimi ətrafa səpələndilər. Kazaklar və polislər də atəş açdı. Hər iki tərəfdən qızğın atışma başlandı.
İki saat çəkən bu qanlı vuruşmadan sonra yenə hər yerə bir sükut çökmüşdü.
Bu iki saat atışma içərisində çox şey olmuşdu. Hər iki tərəf böyük tələfat vermiş, nümayiş rəhbərlərindən bir neçəsi tutulub həbsə atılmış, Araz sağ qabırğasından bərk yaralanmışdı. O, aldığı yaradan büdrədi, tez özünü doğruldub divar dibinə çəkildi. Güllə sağ böyrünü bərk yaralamışdı.
Kazaklar atışa-atışa onları Qaraşəhərə doğru çəkilməyə məcbur etmiş, küçələr boşalmış, həyat elə bil dayanmışdı; fəqət Arazın aldığı yaradan axan qan dayanmırdı. Özünü xəstəxanaya çatdırıncaya qədər qanı saxlamaq üçün iki əlini yarasının ağzına qoyub yavaş-yavaş gedirdi. İki-üç kvartal getdikdən sonra küçədə iki nəfərə rast gəldi. Onlar Arazın üst-başında qan görüb ondan soruşdular:
– Sənə nə olub?
Araz əhvalatı qısaca danışdı. Onlar Arazı xəstəxanaya apardılar. Xəstəxana müdiri onları şübhəli nəzərlə süzdükdən sonra bir müstəntiq kimi: “Bu güllə sənə harda dəydi? Siz orda nə edirdiniz?” kimi suallarla uzun-uzadı sorğu-suala başladı. Yoldaşları məsələni bildiklərinə görə müdiri aldadaraq:
– Biz yol ilə vağzala gedirdik. Qarşımıza bir fəhlə dəstəsi çıxdı. Bir tərəfə çəkilib onlara baxırdıq. Birdən atışma qopdu. Kazaklar fəhlələrə, fəhlələr kazaklara atmağa başladı. Bu zaman biz qaçıb qurtarmaq istərkən yoldaşımız yaralandı, – deyə cavab verdilər.
Müdir istər-istəməz Arazı qəbul etdi. Tez doktor çağırdılar. Doktor Arazın yarasını açıb müayinə etdikdən sonra əməliyyata başladı. Sonra heyrətlə yanındakı şəfqət bacısına:
– Çox ürəkli və sağlam adamdır, əməliyyat zamanı heç gözünü də qırpmadı, – deyə şəfqət bacısına baxaraq təəccüblə çiyinlərini çəkdi. Sonra o, xəstəni ikinci palataya keçirmək haqqında göstəriş verdi. Arazı doktorun müşayiəti ilə xərək üstündə ikinci palataya gətirib, boş bir çarpayı üzərinə uzatdılar. Doktor onun nəbzini yoxlayıb:
– Tərpənmə, o tərəf-bu tərəfə çevrilmə, yaran dərin və ağırdır. Ehtiyatlı ol! – dedi və üzünü şəfqət bacısına tutub, xəstəyə qayğı ilə yanaşmasını, tez-tez termometr qoyub hərarətini ölçməsini, qızdırması artdıqda mütləq ona xəbər verməsini tapşırdı.
Xəstəxanaya gəldiyinin ikinci günü Arazın qızdırmalı gözlərinə bir adam dəydi. Bu adam bir top mavi rəngli ipək parçanı şəfqət bacısı Dusyaya uzadaraq:
– Bundan sənə gözəl bir don çıxar, – deyə gülümsədi. Dusya ipək parçanı alıb məmnun baxışlarla onu süzdükdən sonra:
– Neçə arşındır? – deyə soruşdu.
– Doqquz arşındır, sənə gen-bol paltar çıxar, hələ artıq da qalar.
Bu zaman o biri şəfqət bacısı Marusya əlində termometr keçərkən Dusyanın əlindəki parçanı görüb dayandı, qadınlara məxsus bir maraqla əli ilə parçanı sığallayıb baxdı. Sonra şübhəli nəzərlə bir Dusyanı, bir də yaxındakı adamı süzüb:
– Bilirəm, talan malıdır, – dedi. – Vicdanı olan adam bunu geyməz, qaytar özünə!
Parçanı verən adam Marusyanın bu sözündən bərk pozuldu, qaşlarını acıqla çataraq:
– Burnunu niyə bizim işimizə soxursan? Get öz işinə, – deyə bağırdı.
Marusya dayana bilməyib, ondan da acıqlı bir səslə:
– Sənin kimi talançı və oğrular namuslu adamların da adını batırır, – deyə cavab verdi. – Heç bilmirəm oğru köpəklər birdən-birə bu qədər hardan çıxdı.
Marusya onlardan ayrılaraq, əlində termometr Araza yanaşdı. Araz talançı adamı yaxşı tanımışdı. Bu Mişa idi. Mişa onu görməsin deyə, Araz yorğanı başına çəkmişdi. Marusya termometr qoymaq üçün yorğanı qaldırmaq istərkən, Araz əli ilə yorğanın yanlarından bərk-bərk tutdu. Onun bu hərəkəti Marusyanı qorxutdu. O, Arazın nəbzini yoxlamaq istədi. Araz bu vaxt yorğanın altından başını azca qaldırıb baxdı. Mişa arxası ona tərəf durub, Dusya ilə danışırdı. Araz termometri Marusyanın əlindən alıb qoltuğuna qoydu, Mişanı göstərib səs çıxarmamasını işarə ilə ona anlatdı. Lakin Marusya bundan bir şey anlamadı. Ağzını açıb nə isə demək istədikdə doktor içəri girdi. Araz doktorun səsini eşidən kimi işin daha da xarablaşacağını görüb, üzünü divara sarı çevirdi. İndi həm Mişa onu görüb tanıyacaq, həm də doktor onun inqilabçı-fəhlə olduğunu biləcəkdi. Doktor içəri girərkən Mişa ilə Dusyanın otaqdan çıxdığını Araz bilmirdi. Doktor Araza yanaşıb:
– Xəstə, necəsən? – deyə soruşdu.
Araz cavab vermədi. Marusya gülə-gülə:
– Dmitri Zaxaroviç, bizim xəstə Dusyanın yanına gələn talançını görüncə yorğanı başına çəkib ondan gizləndi, mənə də işarə ilə: “Sus, səs çıxarma” – dedi. Bilmirəm burada nə sirr var? – deyə bildirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecəgündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin bostan yerləri və ucubucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan, Yenikəndi şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qonaqların yolunu gözləyirdi.
Pioner düşərgəsindəYay tətili yenicə başlamışdı. İçərisi sevinclərlə aşıb-daşan, boyunları qırmızı qalstukla bəzənmiş pionerlərlə dolu avtobus düşərgənin qapısı qarşısında dayandıqda elə bir qurbağa gölünə bir daş atdılar. Uşaqlar intizar içində gözləyirdilər ki, birdən şofer çox uzun davam edən bir fit verdi. Fitin verilməsi ilə qapının açılması bir oldu. Qapıya qoca bağban Salman dayı çıxmışdı. Həmişəki kimi bu dəfə də o öz kiçik dostlarını qızğın bir məhəbbətlə qarşıladı. Keçən il yay tətilini həmin düşərgədə keçirmiş Azər yaşıl bağı, bostanı, becərilmiş çiçəkliyi quş baxışı ilə süzərək:– Qocalar demişkən, Salman dayı bağı yenə cənnətə döndəribdir, – dedi.
LaylaLayla deyim, yat ciyərim parası,Ağlama çox ey gözümün qarası!
DovşanDovşana bax, dovşana,Dovşan qaçdı bostana,
Стихи других поэтов
Eşqin bəzəyibdir yaşıl çölləri,Hələ ki, sevirəm həyat gözəldi.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Bilin sizZiyadlı elləri, çox salamım var,Oxuyub eşidin hamı, bilin siz.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,