Beşinci fəsil
Страница 4 из 4 · 75%
Mən razı oldum. O məni oradan götürüb, kiçik bir restorana apardı. Bufetçi ilə danışdıqdan sonra üzünü mənə tutub dedi: “Sənin işin qabqacağı yumaq, restoranı süpürüb təmizləmək olacaq. Özün də, uşaqların da burada yeyib-içəcəksiniz”. O bu yolla məni dilənçilikdən qurtardı. Mən onun əlini sıxıb razılıq etdim. Həmin gündən restoranda işləməyə başladım. Mənə bu yaxşılığı edən adamın kim olduğu, bu bir nəfərlə stol dalında oturub yemək yeyən gördüm. Məni yanına çağırdı. Özümün, uşaqlarımın necə keçindiyini soruşub öyrəndikdən sonra kim olduğumu soruşdu. Atamın kənd müəllimi olduğunu bilincə əlini acıqla stola çırparaq: “Müəllim qızı dilənçi” – deyə yoldaşının üzünə baxdı. Bufetçini çağırıb, mənə təmiz bir iş verməsini tapşırdı. Uşaqlara xərclik üçün 10 manat da pul bağışladı. Sabahdan mənim işim yüngülləşdi. Stol başında oturan müştərilərə yemək verirdim... O adam yenə günəş kimi batdı. Onu bir daha restoranda görmədim.
Andrey:
– Dünyada yaxşı adamlar da çoxdur. Sən onun kim olduğunu bilmədinmi?
– Yox, bilmədim. Ancaq yoldaşı iki dəfə onu “Azad” – deyə çağırarkən adını öyrəndim.
– Aha! – Tanıyıram. O da burada dustaq idi. Yaxşı, bəs sonra?
Tanya yenə sözünə davam etdi:
– Bir gün restorana Semyon adlı bir adam gəldi. Ona yemək gətirdiyim zaman, mənim haralı və kim olduğumu soruşdu. Kəndimizin adını və atamın müəllim olduğunu eşidincə gülə-gülə: “Səni yaxşı tanıyıram. Bizim kənddən İvan Fyodoroviçin qızı, Seryojanın arvadısan, – dedi. – Rəhmətlik Seryoja mənim yaxın dostum idi. Sənin burda işləməyinə razı olmaram, sabahdan sənə başqa, yaxşı vəzifə verdirəcəyəm. Mən bu görüşdən çox razı qaldım. O məni oradan çıxarıb, bura gətirdi.
Tanya danışarkən Andrey başını aşağı salıb, dərin-dərin düşünürdü. Birdən başını qaldırıb:
– O hansı Semyondur? Arıq, üzü çilli adam olmasın? – deyə soruşdu.
Tanya:
– Odur, odur, sən onu hardan tanıyırsan?
Andrey Tanyanın sualına cavab verməyib soruşdu:
– Sən o restorandan nə üçün çıxdın?
– Son zamanlar bufetçi uşaqlarımın yeməyini azaltmışdı. Azad dediyim adamı da görmürdüm. Mən elə bildim ki, bura ordan yaxşı olar. Bir həftə sonra mən o restorana gedib, orada xidmət etmək istədiyimi bufetçiyə söylədim. Bufetçi daha qəbul etmədi.
Andrey əli ilə onun çiyninə vuraraq:
– Öz əlinlə öz evini yıxmısan, – deyib ondan uzaqlaşdı.
Bundan bir həftə keçdi. Mişa həbsxana müdiri Kokun yanına gəldi. Yarım saat danışdıqdan sonra çıxıb getmək istərkən, Tanya qapının ağzında Mişanı yaxalayıb:
– Kəndlim, mən öz qulluğumdan razı deyiləm, burdan çıxmaq istəyirəm, – dedi.
Mişa əlini onun çiyninə qoyub, yumşaq bir səslə:
– Bir az səbr elə, sən savadlı qadınsan, bu yaxın zamanda sənə yaxşı maaşı olan bir vəzifə verdirəcəyəm, – deyərək getdi.
O gecə Kokun əmri ilə qoca Andrey tutuldu. Onu həbsəmi aldılar, sürgünmü etdilər, ya öz vəzifəsindənmi çıxarıb qovdular, bunu kimsə bilmədi. Artıq qoca Andrey həbsxana koridorunda görünmürdü. Bu hadisə hər kəsdən çox Tanyaya təsir etmişdi. Onu həbsxananın qalın divarları, ala-qaranlıq koridorları sıxır, azad nəfəs almağa qoymurdu. Buradan qaçıb qurtulmağa çarələr düşünürdü. Bir gün Mişa yenə Kokun yanına gəldi. Bir az keçməmiş Tanyanı da ora çağırdılar. Kokla Mişa onu hörmətlə qəbul etdilər. Mişa Tanya haqqında tanışlıq verdikdən sonra:
– O vəzifə məncə Tanyaya layiqdir, – deyərək Kokun üzünə baxdı.
Kok Tanyaya baxaraq gülümsündü. Tanya pul kimi qızarmışdı, ürəyi şiddətlə vururdu. Mişa Tanyaya yaxınlaşaraq:
– Tanya, – dedi, – sənin bir qadın və müəllim qızı olduğunu nəzərə alaraq, hökumətimiz sənə şərəfli bir vəzifə verir.
Kok isə əlavə etdi:
– Sən hökumətimizin əleyhinə işləyən düşmən təşkilatları və tək-tək adamları axtarıb tapmaqla məşğul olacaqsan.
Tanyanın gözləri dumanlandı:
– Yox, mən bunu bacarmaram, – deyə o, etiraz etdi.
– Bu iş hər halda restoranda səhərdən axşama qədər qab yumaq və həbsxana otaqları, koridorları süpürüb təmizləməkdən çox-çox asandır. Savadlı qadınsan, bu işi sən bacarmayanda kim bacarar? – deyə Mişa Tanyanı razı salmağa çalışdı.
Tanya başını bulayaraq:
– Yox, kəndlim, bu mənim işim deyil, mən özümə başqa iş taparam, – dedi.
– Özün bilərsən, ancaq mən bu işi sənə çox məsləhət görürdüm. Ayda yetmiş beş manat alacaqsan.
Tanya onların təklifini qəbul etmədi.
Ertəsi gün Tanyanı həbs edib, kiçik bir kameraya saldılar. Tanya on beş gün orada qaldı. Müstəntiq arabir çağırıb qoca Andreylə olan əlaqəsi haqqında ona suallar verir, müxtəlif yollarla onu ittiham etməyə çalışırdı. O bilirdi ki, xəfiyyəliyi qəbul etməsə ona nicat yoxdur. Kiçik, kimsəsiz balalarının küçələrdə ac, susuz qalması onun ana qəlbini dəlir, gecələr səhərə qədər yatmağa qoymurdu.
On altıncı gün Kok onu yenə öz yanına çağırdı. Tanya içəri girdiyi zaman Mişanı da orada gördü. Mişa gözlərini otağın bir küncünə dikib durmuşdu. Tanyanı ilk dəfə Kok danışdırmağa başladı:
– Düşmən təşkilatı tərəfindən sənin həbsxanaya soxulmağın haqqında bir çox materiallar vardır, – dedi. – Söylə görüm, sən hansı təşkilatda çalışırsan?
Bu sözdən Tanyanın bütün vücudu titrədi. O özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayaraq:
– Mən üç yetim anası, yoxsul bir qadınam, – dedi. – Bakıya gəldiyim də üç aydır, heç bir təşkilatla əlaqəm olmadığı halda məni bədbəxt etmək istəyirlər. Heç olmasa o kiçik yetimlərə yazığınız gəlsin.
Mişa başını qaldırıb:
– Tanya, bizim də o yetimlərə yazığımız gəlir, – dedi. – Verilən bu materiallara görə səni çox ağır cəzalara məhkum edə bilərlər. Bu fəlakətdən qurtarmaq üçün yalnız bir çarən var.
– Nədir?
– Hökumətimizin sənə verdiyi vəzifəni canla-başla qəbul etmək. Yalnız bu vəzifə ilə özünü və yetim balalarını fəlakətdən qurtara bilərsən, başqa heç bir şey səni qurtara bilməz!
Tanya bir an donub qaldı. Bu bir an içində keçmişin bütün fəlakətləri onun xəyalından bir-bir keçdi; sonra yetim, ac və çılpaq balaları gözünün qarşısında canlandı. Onlar sanki onun ətəyindən tutub: “Ana, bizi ölümün, aclığın pəncəsindən qurtar!” – deyə yalvarırdılar. Tanya birdən hönkür-hönkür ağlayaraq boğuq bir səslə:
– Razıyam! – dedi.
Kok:
– Daha nə üçün ağlayırsan? – deyə güldü. – Biz səni məcbur etmirik. Başqaları bu vəzifəni ələ keçirmək üçün yalvarır, yaxarır, onun-bunun minnətini çəkir.
Tanya göz yaşlarını silərək:
– Yetimlərim yadıma düşdü, – dedi, – onlar üçün ağlayıram.
Mişa yerindən qalxıb, yeni vəzifəsi münasibəti ilə onu təbrik etdi.
İki gün sonra Tanyanın jandarm idarəsində xəfiyyəliyə qəbul olunması haqqında əmr verildi.
Araz dörd ay həbsxanada qaldı. Fəqət bu dörd ay dörd il qədər ona uzun göründü. Çünki onu əvvəlki dəfədə olduğu kimi siyasi məhbuslar korpusuna deyil, dar, məzar kimi kiçik və qaranlıq kameraya salmışdılar. O, işıq və insan üzünə həsrət idi. Hər şeydən çox onu rahatsız edən təşkilat işlərindən, yoldaşlarından xəbər tuta bilməməsi idi. O ancaq birinci gün həbsxana koridoruna girdiyi zaman qoca Andreyi görmüşdü. Andrey onu görüncə donub qalmış, onunla danışmağa ürək edə bilməmişdi.
Araz Andreyi çox gözlədi. Andrey onunla görüşməyə gəlmədi. Bu hadisə də Arazı bir tərəfdən rahatsız edirdi. Bir gün hava almaq üçün onu həyətə çıxaran növbətçidən soruşdu:
– Burada qoca Andrey var idi, o necə oldu?
Növbətçi ehtiyatla:
– Onu burdan uzaqlaşdırdılar, – dedi.
Hava almaq üçün onu hər gün on beş dəqiqə həyətə çıxarırdılar. Arazın gözü hava almağa çıxmış dustaqlar içində öz yoldaşlarını çox aradı. Siyasi dustaqlar bir-birlərini görməsinlər deyə onları başqa-başqa zamanlarda çıxarırdılar.
Bir gün yenə hava almaq üçün Arazı həyətə çıxarmışdılar. Həyətə girincə dustaq əlbisəsində, ayaqlarında dəmir qandal, şeyləri ilə bərabər bir çox dustaq gördü. Onların ya yeni gəlmiş, ya da azad edilmək üçün oraya toplanmış olduqlarını zənn etdi. O, gözlərini dustaqlardan ayırmayıb bir dost və tanış görmək ümidi ilə diqqətlə onlara baxırdı. O qədər dustaq içində gözünə bir tanış belə dəymədi. Araz yanındakı növbətçidən soruşdu:
– Bunları azadmı edəcəklər?
Növbətçi istehza ilə:
– Hə, azad edəcəklər... Onları Sibir çöllərinə sürgün edirlər, – dedi.
Arazın qəlbi yerindən oynadı. Dərin bir iztirab içində onun həyəcanlı gözləri bir tanış axtarırdı. Bu zaman: “Araz” – deyə bir səs eşitdi. Çevrilib diqqətlə baxınca bir az aralı ayaqları qandallı iki dustaq gördü. Saç, saqqal basmış olduğundan hər ikisi tanınmaz simaya girmişdi. Araz onları ancaq səslərindən tanıdı:
– O, Akop, Murad! – deyə onlara tərəf getmək istərkən yanındakı növbətçi qolundan şiddətlə çəkib onu saxladı:
– Ey, dustaq, burda görüşmək, danışmaq olmaz!
Araz ona əhəmiyyət verməyib irəlilədi. Növbətçi bu dəfə iki əli ilə tutub onu geriyə doğru çəkdi və acıqlı səslə:
– Sənə deyirəm çəkil, haydı kameraya, tez, tez! – deyə bağırdı.
Araz çırpınır, deyinir, söyür, xahiş edir, ancaq bunların heç biri fayda vermirdi.
Akop:
– Araz, inad etmə, yaxşı olmaz, bizim qoca əhvalatı sənə anladacaq, – dedi. Sonra üzünü növbətçiyə tutub:
– Ay axmaq, adamı danışmağa nə üçün qoymursan? – deyə soruşdu.
Murad əlavə etdi:
– Bu həbsxana köpəkləri sallaqxana köpəklərindən daha quduzdur. Onlar insanların ayaqlarından qapır, bunlar ürəyindən.
O bu sözləri deyib Akopun qolundan tutdu və Arazdan uzaqlaşdılar.
Bu hadisədən sonra Arazın sıxıntı və kədəri daha da artdı. Yoldaşları ilə görüşə və söyləşə bilməməsi ona çox təsir etmişdi.
Arazı bir ay sonra istintaq etdilər. Səhəri həbsxana rəisi onu yanına çağırtdırıb möhürlü bir kağız uzadaraq:
– Gedə bilərsən! – dedi.
Araz eşitdiklərinə inanmadı, təəccüblə soruşdu.
– Hara?
Rəis gülə-gülə:
– Evə, arvadının yanına!
Arazla bir gündə həbsxanadan 80-ə yaxın inqilabçı fəhlə azad edilmişdi. Azad olunanlar içərisində bir çox görkəmli inqilabçılar, o cümlədən Azad da vardı. Bütün bunlar Arazı çox təəccübləndirdi. O, buraxıldıqdan sonra bunun səbəbini tezliklə öyrəndi.
Son nümayişdə iştirak edən fəhlələrin həbs edilməsinə qarşı etiraz əlaməti olaraq Bakı partiya təşkilatı mədənlərdə siyasi tətillər və əzəmətli fəhlə nümayişləri təşkil etmiş, bu tətil və nümayişlərdə fəhlələr həbsə alınmış yoldaşlarının tezliklə azad edilməsini ciddi surətdə tələb etmişdilər. Bütün Rusiyanı bürüyən tətil və vuruşmalar hökuməti qorxuya saldığından o, güzəştə getməyə, siyasi dustaqların bir qismini azad etməyə məcbur olmuşdu.
Həbsxanadan çıxdığının üçüncü günü gecə Arazın qapısı döyüldü. Araz qapını açmaq üçün cəld yatağından qalxdı. Günəş onu buraxmayaraq, özü getdi və qapının arxasından:
– Kimsən? – deyə soruşdu.
– Mənəm, Günəş bacı, Qriqordur, Arazı görəcəyəm, – deyə bayırdan pıçıltı ilə cavab verdi.
Araz artırmada durub gözləyirdi. Qriqoru səsindən tanıyan kimi Günəşə macal vermədən irəli atılıb qapını açdı.
Qriqorla çox səmimi görüşdülər. Son hadisələr haqqında xeyli söhbət etdikdən sonra birlikdə mədən partiya təşkilatının keçiriləcək iclasına getdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecəgündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin bostan yerləri və ucubucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan, Yenikəndi şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qonaqların yolunu gözləyirdi.
Pioner düşərgəsindəYay tətili yenicə başlamışdı. İçərisi sevinclərlə aşıb-daşan, boyunları qırmızı qalstukla bəzənmiş pionerlərlə dolu avtobus düşərgənin qapısı qarşısında dayandıqda elə bir qurbağa gölünə bir daş atdılar. Uşaqlar intizar içində gözləyirdilər ki, birdən şofer çox uzun davam edən bir fit verdi. Fitin verilməsi ilə qapının açılması bir oldu. Qapıya qoca bağban Salman dayı çıxmışdı. Həmişəki kimi bu dəfə də o öz kiçik dostlarını qızğın bir məhəbbətlə qarşıladı. Keçən il yay tətilini həmin düşərgədə keçirmiş Azər yaşıl bağı, bostanı, becərilmiş çiçəkliyi quş baxışı ilə süzərək:– Qocalar demişkən, Salman dayı bağı yenə cənnətə döndəribdir, – dedi.
LaylaLayla deyim, yat ciyərim parası,Ağlama çox ey gözümün qarası!
DovşanDovşana bax, dovşana,Dovşan qaçdı bostana,
Стихи других поэтов
Eşqin bəzəyibdir yaşıl çölləri,Hələ ki, sevirəm həyat gözəldi.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Bilin sizZiyadlı elləri, çox salamım var,Oxuyub eşidin hamı, bilin siz.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,