Содержание
  1. I
  2. Iı
  3. III
  4. IV
  5. V

Страница 4 из 5 · 60%

V

Polad gecəni yoldaşı Qanbayla birlikdə çox xoş keçirmişdi. Səhər qalxıb işə getdikləri zaman hər ikisi nəşəli görünürdü. Poladın qara və sıx kirpikləri arasında qaynayan alıcı laçın gözlərində, al-qırmızı yanaqlarında oynaşan parlaq şəfəqlər simasına bir başqalıq vermişdi. O, elə sürətlə işləyirdi ki, Qanbay heyrətlə parıldayan gözlərini ondan ayıra bilmirdi. Fyodr əli ilə Qanbayı vurub, yaxındakı buruğun yanında duran adamları göstərərək:

– Bu qurdlar yenə burada nə gəzir? – deyə soruşdu.

Hamı onlara doğru çevrildi.

Mədən sahibi Aslan bəy yaxındakı mədəni əli ilə məhkəmə pristavına göstərib:

– Onun mədəni budur, – deyirdi, – yuxarı tərəfdən on beş sajen mənim yerimə giribdir. Bax, bu mənim yerimin planı, hələ nöyütümün yarısı da oğurlanır.

Məhkəmə pristavı heyrətlə Aslan bəyə baxaraq:

– Necə oğurlanır ki, heç kəs görmür? – deyə soruşdu.

Aslan bəy başını oynadaraq:

– Çox gözəl, öz qaydasilə. Bu gün ən böyük firmalar bu oğurluqla məşğuldur. Mənim trubamdan öz trubasına yol açdırıb gecə-gündüz inək kimi sağır. Üç-dörd dəfə oğurluğunu tutmuşam, yenə də fürsət tapdıqca sağmaqda davam edirlər.

Polad astaca:

– Siz bizi sağdığınız kimi – deyə yoldaşlarının üzünə baxdı.

Bu sözləri Aslan bəy eşitmədi. Məhkəmə pristavı Aslan bəyin dediklərini təsdiq edib dedi:

– O, sizə çox haqsızlıq etmişdir. Qəsb etmiş olduğu yer sizə qaytarılacaq. Bu gün yazacağam, bunların hamısını göstərəcəyəm. Neft oğurluğuna gəlincə onu da açaram. Arxayın ol... Bu xüsusda yəqin ki, məhkəmə sədri ilə də görüşmüsünüz.

– Onu çoxdan görmüşəm.

Məhkəmə pristavı mənalı-mənalı gülərək, əlini Aslan bəyin çiyninə qoydu:

– Demək, işi qazanmısan, – dedi və hər ikisi söhbət edə-edə yanlarındakı iki polislə birlikdə mədəndən uzaqlaşdılar. Polad onları nifrətli baxışlarla yola salaraq:

– Fyodor, bu oğru-quldur dünyasından qurtardığımız günü görsəydik, – deyə köksünü ötürdü.

Qanbay:

– Bunlar bizim həyatımızı zəhərləyən mikroblardır, – deyərək qaşlarını çatdı.

Arşak:

– Burjuaziya dünyası mikrobsuz yaşaya bilmir, görünür, bunda da bir hikmət var.

Polad kəskin bir səslə:

– Bu hikmət deyil, zillət və möhnətdir. Onu kökündən qoparıb atmaq lazımdır – deyib sürətlə işləməyə başladı.

Polad bu sözü o qədər kəskin bir tərzdə dedi ki, hamısı dərin bir düşüncə içində susdu. Qanbay əlində bir parça çörək Polada yanaşıb:

– Sən yaman çalışırsan! – dedi.

– Demək, yaşayıram.

– Çalışmayanlar yaşamırmı?

– Yox, sürünürlər, bir az sonra da öləcəklər!

– Bu mədənlərə sahib olan ağalar gecə-gündüz kefdən ayılmırlar. Bir vur-çatlasın, çal-oynasındır ki!.. Səncə onlar yaşamırmı?

Polad onun sözünü kəsərək:

– Məqsədsiz həyat keçirən, alın təri tökməyən, əmək çəkməyən insanlar həyatın həqiqi zövqünü dadmayanlar və duymayanlardır. Onların bütün zövq və nəşəsini toplayasınız (alnından tərini silərək) mənim bu alın tərindən aldığım zövq və nəşə yanında çox kiçik qalır.

– İş nəşə deyil, yorğunluq verir.

– Doğru deyirsən, aslanbəylər üçün işləmək heç vaxt nəşə doğura bilməz. Lakin işsizlik, səfalət və əyyaşlıq isə insanı daha çox yorur və sağlam düşüncədən uzaqlaşdırır. İnsan ikən hətta onu heyvan dərəcəsinə qədər alçaldır. Bu səfalət və əyyaşlığın onlar bir gün cəzasını çəkəcək.

Polad daha danışmayıb ciddi surətdə işinə davam etdi. Mühəndisin dediyinə görə daha beş metr qazıldıqdan sonra üst neft təbəqəsinə çatmalı idi. O qazdıqca quyudan çıxan torpağı gözdən keçirir, iyləyir, ancaq neftdən bir əlamət tapmırdı. Bu təcrübə onu çox maraqlandırmış olduğundan böyük bir həvəslə çalışırdı.

Fyodor Poladın belə bir maraq və həvəslə çalışdığını görüb:

– Nə olub, Polad? Bu gün səndə başqa bir hal var? – deyə soruşdu.

Polad işinə davam edərək:

– Onu mən də hiss edirəm. Demək, həyatımda doğacaq bir fırtınanın müjdəçisi...

– Bu fırtına xeyirdənmi doğacaq, şərdənmi?

– Onu yəqin bilmirəm. hər halda ikisindən birisi...

– O fırtınanın nə üçün səndə bu qədər həvəs doğurduğuna çaşıram.

– Çaşmaq, çaşqınlıq iradəsizlikdən doğar və döyüşdə insanı həmişə məğlub edər.

Fyodor:

– Oho, dostum, sənin filosofluğun da varmış, – deyə qəhqəhə ilə güldü.

Polad bir şey hiss etmiş kimi durdu; ştanqlar qalxıb-endikcə baltanın səsini diqqətlə dinlədi, sonra qəti bir səslə:

– Balta qırılmışdır, – dedi.

Qanbay, Fyodor və Arşak heyrətlə ona baxdılar. Fyodor ona yaxınlaşdı, ştanqın quyuya enib-qalxmasına diqqətlə baxdıqdan sonra gülümsəyərək:

– İnjiner olduğunu bilmirdim! Heç bir şey qırılmamışdır, – dedi.

Polad qəti səslə:

– Balta qırılmışdır, – deyə təkrar etdi.

Qanbay ona yaxınlaşaraq:

– Hələ sən qırılanın balta olduğunu nədən bildin? – deyə soruşdu. – Qırılan bəlkə ştanqdır, ya başqa şeydir?

– Balta olduğunu indi sübut edərəm, – deyə Polad quyunun içindən baltanı çıxarmağa çalışarkən, mühəndis gəlib çıxdı və onları bir yerdə görüncə:

– Tənbəllər, nə üçün işləmirsiniz? – deyə çığırdı.

– Mixayil Andreyeviç, balta qırılmışdır. Onu quyudan çıxarmaq istəyirik.

Mixail Andreyeviç acıqlı-acıqlı Poladı süzdükdən sonra:

– Ey, nə üçün qazmırsan?

– Balta qazmayır, onun üçün.

– Qazmadığını nədən bildin?

– Qulağımın alışmış olduğu səsdən qazdığı zaman başqa cür səslənir.

– Nə həssas qulağın varmış! Quyunun iki-üç yüz metr dərinliyində baltanın qırıldığını səsindən bilir!

Mühəndis sonra Poladı əli ilə bir kənara itələyib, şlanqları özü quyuya buraxdı. Şlanqlar quyuya enib-qalxdıqca baltanın səsinə qulaq asmağa başladı. Sonra Polada tərəf dönüb:

– Ay uşaq, qırılan balta da belə səslənər? Yoxsa sənin qulağın mənim başımdan çox bilir? – deyə hirslə soruşdu.

Polad gülümsəyərək:

– Onu ölçməmişəm, – deyə cavab verdi.

Mühəndis öz bilik və təcrübəsini göstərmək, Poladı susdurmaq üçün baltanı quyudan çıxarmağa başladı. Fəhlələr işin nə ilə bitəcəyini böyük bir maraqla gözləyirdilər. Ştanqlar quyudan çıxdıqdan sonra Polad qırılmış baltanı reşteldən çıxarıb, əli ilə yuxarı qaldıraraq:

– Baxın! – deyə hamıya göstərdi.

Balta doğrudan qırılmışdı. Fəhlələr onu məmnun baxışlarla süzərək:

– Sağ ol, Polad! – dedilər.

Fyodor ona yanaşıb əli ilə çiyninə vuraraq:

– Sağ ol, sağ ol, Polad! – dedi və dönüb Mixail Andreyeviçə baxaraq güldü. Mixail Andreyeviç qızardı, bozardı, bir söz deməyib tələsik çıxıb getdi.

Poladın bu qələbəsi fəhlələrdə öz istedad və bacarıqlarına böyük bir inam doğurmuş, ruh yüksəkliyinə səbəb olmuşdu.

İki gün sonra Poladı kontora çağırdılar. Polad işi yarımçıq qoyub kontora getdi. Hesabdar onu görcək bir parça kağız uzadıb:

– Bura qol çək! – dedi və 3 manat 21 qəpik pulu onun qabağına qoydu. Polad məsələnin nə yerdə olduğunu dərhal anladı.

Kontorda kiçik adamlarla işdən nə üçün çıxarıldığı haqda söhbət açmağı qüruruna sığışdırmadı. Aldığı pulu cibinə qoydu, üz-gözündə oynaşan qəzəb və intiqam qığılcımlarını gizlətməyə çalışaraq, kontorda oturmuş adamlara tərs bir nəzər saldı və heç bir söz demədən çıxıb getdi.

Fəhləlik həyatında olan bu ilk zərbəni Polad çox soyuqqanlı və mətanətlə qarşıladı. Öz iş bacarığına güvəndiyi üçün iki-üç gün içində daha əlverişli bir iş tapacağına inanırdı. Çünki, nə qədər gənc olsa da, o indi özünü adi bir fəhlə deyil, mahir bir usta və təcrübəli bir mexanik sayırdı. Quyunun üç yüz metr dərinliyində baltanın qırıldığını duyan qulaqlarına, təcrübəsinə inanırdı. Maşınlar və müxtəlif mədən alətləri onun əlində bir oyuncaq kimi idi. Lazım gəldiyi zaman açar, ən kiçik hissələrini bir-birindən ayırar, yenidən qurardı. Hətta ehtiyac olursa kiçik təmiratı belə özü edirdi. Ondan biliksiz usta və mexaniklər ayda qırx beş, əlli manat aldığı halda, o nədən qorxacaqdı. Bu xülyalarla evə döndüyü zaman Araz öz iri döşəkçəsi üzərində əli ilə sağ dizinə dirsəklənərək oturmuş, Günəş də dəlləyə getmədiyindən şikayət edir, əli ilə onun qolundan çəkərək: “Qalx, get, başını qırxdır, gəl!” – deyirdi. Polad aldığı pulu atasının qabağına ataraq:

– Vuruşmayın, dəllək pulumuz var! – dedi.

Araz heyrətlə:

– Bu nə puldur? – deyə soruşdu.

– Əmək haqqımdır.

Arazın heyrəti bir qat daha artdı:

– Hələ donluq almağına çox qalır. Yoxsa işdən qovdular?

Polad atasının yanında oturdu. Əhvalatı bütün təfsilatı ilə ona danışdı. Hər üçü bu hadisənin təsiri ilə bir an susub qaldılar. Oğlunun söhbətini böyük bir maraqla dinləyən Günəş birinci olaraq sözə başladı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II

Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.

19351 мин
III

Bu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?

19352 мин
IV

Atasının faciəli vəfatı Xasaya yaman təsir etmişdi. Anası Badam isə ona bu ağır günlərdə təsəlli verəcək bir halda deyildi. Onun geriliyi, savadsızlığı yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başladı. Badam Xasayı nə həqiqi bir ana kimi öz qanadları altına alıb dərdlərini ona unutdura bildi, nə də doğru yol göstərib sağlam tərbiyə verə bildi. Xasay gündən-günə əsəbi, şıltaq və yaramaz bir uşaq olurdu. Badam bunu görə-görə bir çarə düşünmürdü.Balakişidən sonra Badamın özü də çox dəyişmişdi. Həyat və təbiətlə çarpışmaqdan aciz olan bu qadına hər şey çətin görünürdü. Balakişinin yerinə qapıçılıq vəzifəsini əvvəlcə ona təklif etdilər, “Mən bacarmaram” – deyə qəbul etmədi.

19354 мин
V

Rəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.

19353 мин

Стихи других поэтов