Содержание
  1. Oba
  2. Alaçığımız
  3. Məşğələlərim
  4. Səhərlərim, axşamlarım
  5. Kərim baba
  6. Ayrım qızı
  7. İki pəhləvan
  8. Pələng ovu
  9. Kərim babanın atası
  10. Qızıl it
  11. Sümsü
  12. Can qorxusu
  13. Biçin
  14. Yoldaşım rza
  15. Yağış
  16. İgid uşaq

Страница 5 из 7 · 57%

Qızıl it

Kərim babanın “Qızıl” adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. Uzaqdan kölgəmi görüncə sürü ilə üstümə tökülüb hürərdilər. Bizim Qızılı özümə alışdırmaq ümidi ilə hər gün nə qədər çörək yedirdirdimsə, yenə də alaçıqdan çıxıb, bir yana getdiyimi görüncə kəsik qulaqlarını oynadaraq, qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. Ona görə Qızılı da sevmirdim.

Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb, hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdisə də, xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. Bir gün iti vura-vura qapıdan qovarkən Kərim baba gördü. Yaxınlaşaraq:

– Vurma, oğlum! – dedi. – Bu, mənim çörək ağacımdır. Bunun bir qardaş qədər mənə yaxşılığı keçibdir. Sən bunun indiliyini görürsən. Bir vaxt bunun qorxusundan evimizin yanından quş quşluğu ilə keçə bilməzdi. Bu itə beş yüz manat verən olub verməmişəm. Hər küçüyünü otuz-əlli manata satmışam. Bunun nə qədər ağıllı, igid heyvan olduğunu bilsən, heç vurmazsan.

Kərim baba bu sözləri deyib, itin başını əlləri ilə oxşadı. Sonra yenə üzünü mənə tutaraq dedi:

– Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. Qoyunları yamaca yayıb, bir daş üstündə uzanmışdım. Nə vaxt yatdığımı heç bilməmişəm. Oyandığım vaxt hava qaralmış, dövrəmi də qalın duman almışdı. Elə qaranlıq düşmüşdü ki, göz-gözü görmürdü. Çomağı götürüb yerimdən qalxdım. Sürüdən xəbər yox idi. Qızılı çağırdım. Cavab vermədi. Dəli kimi o gecəni səhər etdim. Ancaq mənə ümid verən bu it idi: bilirdim Qızıl sürüdən ayrılmaz. Dan yeri ağarar-ağarmaz uca bir təpə başına dırmaşdım. Aşağıya baxdım. Dumandan hər şey qara görünürdü. Yenə “Qızıl! Qızıl!” deyə bağırarkən dərədən boğuq bir səs eşitdim. İldırım sürəti ilə dərəyə atıldım. O, sürünü iki təpə arasına yığmış, özü də yol ağzında durub hürür, məni səsləyirdi. Özümü Qızıla yetirdim. Məni görən kimi sevindiyindən quyruğunu sallayıb, qulaqlarını dikləyərək, məni yalamağa başladı. Sürüyə qurd girdiyini o saat bildim. Sürünün içində üç qurd ölüsü gördüm. İşin nə yerdə olduğunu anladım. Sürüyə qurd daraşanda, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına sıxışdırmış, burada qurdlara hücum edib, bir-bir onları boğub öldürmüşdü. Qızılın boynuna necə sarılmışam... Üzündən-gözündən necə öpmüşəm... Sonra kök bir qoçun quyruğunu kəsib qabağına atmışam.

İftixar hissi ilə söhbətini tamamlamağa çalışan Kərim baba Qızılı oxşayaraq:

– İndi bunun nə cür it olduğunu bildinmi? Bu, it deyil, aslandır, əjdahadır – dedi.

Kərim babanın bu tərifindən sonra Qızılla barışmış, səmimi bir dost olmuşduq.

Sümsü

Kərim baba ilə armud ağacı altında oturmuşduq. Mən dərədən topladığım daşlarla oynayırdım. Kərim baba fit çala-çala bir yaş çubuğu yonurdu. Kərim babanın yeni bir şey qayırmaq istədiyini anladım, yanına gedərkən o, qalın, boz bığları altından gülümsəyərək:

– Sənə sümsü qayırıram – dedi.

– Sümsü nədir? – deyə soruşdum.

– Sümsü quş kimi oxuyur, bununla qızılquş balası tuturlar – dedi.

Kərim babaya daha da yaxınlaşaraq, gözlərimi əllərindən götürməz olmuşdum. Çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü. O, yerə yaş ot qoyduqdan sonra kəsdiyi qapağı üstünə basaraq:

– Bax, sümsü budur! – dedi və uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb, çalmağa başladı.

Mən səbirsiz halda sümsünü dartıb əlindən alırkən o, bürüşük gözlərində, qalın, iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq:

– Qızılquş balasını bu səslə çağırır – dedi.

Sümsünü indi mən çalır, o isə öyrədirdi və biliciliyi ilə öyünüb, məğrur baxışlarla mənə baxıb gülürdü.

– Bununla qızılquş balasını necə tutarlar? – deyə mən soruşduqda, Kərim baba mənə bu məlumatı verdi:

– Qızılquş yuvasını çox vaxt su kənarında, uca ağacların başında tikər. Balaları yumurtadan çıxan kimi ovladığı quşları öldürüb qanını içər, sonra da o qanı qusub balalarına yedirər. Balaları bir qədər böyüdükdən sonra, ovladığı quşu su kənarına aparar, tüklərini yolar, cəmdəyini suda təmiz yuduqdan sonra parçalayıb, balalarının qabağına atar. Balaları qanadlanıb, uçmağa başladığı vaxt tutduğu ovu gətirib yuvasının ağzına birdən-birə buraxar, quş ölüm pəncəsindən qurtardığını görüncə, pırıldayıb uçmaq istərkən qızılquş balaları hücum edər, dərhal onu tutub yeyərlər. Anası balalarına bu cür ovçuluq öyrədər. Balalarının bu zamanı anaları üçün də qorxuludur, yaxın gələrsə o saat hücum edib, onu da parçalarlar. Ona görə də ovladığı quşla yuvasına yaxın bir ağaca qonar və özünə məxsus bir səslə balalarını səslər. Onların uçub gəldiyini görüncə, ovu buraxıb qaçar. Qızılquş balalarını ovçular bu vaxtlar tutarlar. Yuvalarına yaxın bir yerdə tor qurub, içinə toyuq, kəklik buraxarlar. Çır-çırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib bir əllə torun ipini tutar, o biri əllə də sümsünü çalarlar. Qızılquş balaları analarının ov gətirdiyinə aldanıb, özlərini tordakı quşun üstünə atanda ovçular ipi tez çəkir, tor bağlanır, qızılquş balaları da torun içində qalırlar.

Qızılquş balaları bu zaman çox acıqlı olurlar. Özlərini insan əlində əsir görəndə ürəkləri partlar, insana heç alışmazlar. Ona görə də ovçular qızılquş balalarını tutunca, iynə ilə göz qapaqlarını bir-birinə tikərlər. İki-üç gün ac saxlar və yavaş-yavaş ət verib, özlərinə alışdırdıqdan sonra göz qapaqlarını açarlar. Quşcuğazların acığı bu cür sönər, sahiblərinə alışarlar. Ovçular qızılquş, tula götürüb ova çıxarlar. Tulalar kolların, qamışların arasına soxulub ördək, qaz, kəklik, qırqovul və turacı qaldırınca qızılquş hücum eyləyib ovlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов