Biz maarif cəbhəsininAlnı açıq əsgəriyik.Biz həqiqət səhnəsininKöksü polad səfləriyik.Yürü, şərəf, şan ordusu,Əmək və ürfan ordusu!

Arş irəli, durma, saqın,Var günəşə doğru axın.Zülmət sönür, mənzil yaxın;Biz sabahın rəhbəriyik.Yürü, şərəf, şan ordusu,Əmək və ürfan ordusu!

Sevimlidir şən yurdumuz,Müzəffərdir gənc ordumuz,Düşməndən yoxdur qorxumuz,Qızıl əsrin ülkəriyik.Yürü, şərəf, şan ordusu,Əmək və ürfan ordusu!

Məktəbimiz ürfan bağı,Əmək yurdu, nur ocağı,Bilik, səadət qaynağı;Biz inqilab ərləriyik.Yürü, şərəf, şan ordusu,Əmək və ürfan ordusu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов