Uşaq bağçası
Səhər bağça şənlənir,Bir-bir uşaqlar gəlir.Dolur otaq, artırma,Ucalır hey səs-səmir.Müdirə, mürəbbiyə,– Ay, xoş gəldiniz, – deyəUşaqlara yanaşır,Şirin-şirin danışır.
Odur Solmazla AzərEvlərindən gəlirlər.Azər çəkib özünü,Soyunub paltosunuAsır dərhal çəngələ.Solmaz körpədir hələ.Çəngələ çatmır əli.Açılıb şirin diliAzərə deyir Solmaz:Paltomu çəngəldən as!
Solmaz deyir: ay Azər,Çəngələ bax, nə qədər?..Hər çəngəldə bir şəkil:İt, dovşan, avtomobil...Sən say bu şəkilləri,Mən də ki, çəngəlləri.Saydı onlar əlbəhəl:Qırx şəkil, qırx da çəngəl.Azər dedi: – Solmaz, bax,Bağçada var qırx uşaq.Pişik olsun səninki,Avtomobil mənimki.Həsəninki ayroplan,Sevilindi boz dovşan.Nə çox şəkil var gerçək!Qoyun, toyuq, at, eşşək...Sevil, Həsən bu zamanŞad girdilər qapıdan.Sevil girib içəri,Gəldi bir az irəli,Qaldırdı sağ əliniAçdı şirin dilini:– Mürəbbiyə, mən hazır!– Cumbul Həsən də hazır!Güldü uşaqlar birdən,Mürəbbiyə oldu şən.Qucaqladı Sevili,Şən qızı, şirin dili.
Çay içməkçin bir azdanDüzüldü neçə fincan:Ağ, sarı, göy, qırmızı.Bu şad etdi Solmazı.O götürdü göy fincan.Üstündə bir boz dovşan.Xeyli baxdı doymadı,Fincan ilə oynadı.Çayı dağıtdı birdən,Tez sıçradı yerindən.Qorxusundan ağladı,Gözündən yaş çağladı.
Oyuncaqlar paylandı,Şirin oyun başlandı.Coşdu bütün otaqlar,Burda hər nə desən var:Azər paroxod çəkir,Həsən, Sevil ev tikir.Çəkic əlində AslanBuruq tikir ağacdan.Solmaz əlində kuklaOynayır tək onunla.Oyun getdikcə qaynar,Doymaq bilmir uşaqlar.
“Saat oldu on iki”,Söylədi mürəbbiyə:– Uşaqlar iki-ikiDüzülünüz cərgəyə.
Düzüldü sıra:Həsənlə Kübra,Solmazla İsgəndər,Sona Azərlə.
Almaz ilə Heydər,Fatma Əkbərlə,İldırım GülüşləTutdu əl-ələ.
Solmaz çox kiçikdirDüşüb arxaya,Dəstə sevinclə gedirBöyük bağçaya.
Orda bir hovuz varDörd yanı çiçək.Üstündə oynaşırDurna, qaz, ördək.Solmaz qalır dala,Təkrar yügürür,Baxır sağa, sola,Çox şeylər görür.
Oxuya-oxuyaGedirlər onlar,Hovuzlu bağçayaÇatdı uşaqlar.Bu təmiz havadaGəzişdi dəstə,Oynayıb bağçadaQızışdı dəstə.
“Saat oldu düz iki”Söylədi mürəbbiyə:– Uşaqlar iki-ikiDüzülünüz cərgəyə.Düzüldü sıra:Həsənlə Kübra,Solmazla İskəndərSona Azərlə,
Almaz ilə HeydərFatma Əkbərlə,İldırım GülüşləTutdu əl-ələ.
Düzülüb sırayaDeyib güldülər,Oxuya-oxuyaGeri döndülər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-usaq-bagcasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Beş pərdəli dramM.F.Axundovun “Aldanmış kəvakib”
Birinci pərdəSəhnə Qəzvin şəhərində ŞahAbbasın sarayını təsvir edir. Sarayın ancaq*bir tərəfi görünür. Ortada Şah Abbasın taxtı. Sağa iki, sola bir qapı var. Yerə qiymət-*
İkinci pərdəSəhnə Qəzvin bazarlarından birini təsvir edir. Bazarın bir tərəfi açıqlıq, meydan, xara-*balıq... Yusif Sərracın dükanı, divarlardan yəhər, cilov və sair asılmışdır. Usta Yusif*
Üçüncü pərdəSəhnə saray bağçasını təsvir edir. Ağaclıq, çiçəklik, xiyaban, fəvvarəli hovuzlar.*Axar su, geniş bir meydança, bir tərəfdə şahın taxtı. Xacə taxta yaxın durub*
Стихи других поэтов
ز تارِ او گسلد رشته ایّ و جان بدر آید
Cadu gözünə rahibü tərsa nə münasibCadu gözünə rahibü tərsa nə münasib?Əyri qaşına taği-kəlisa nə münasib?
Xana müraciətMəni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,