Страница 1 из 2

Divlər bir qalada qarət etdikləri şeyləri yerə qoyub dincəlirlər, Zorba sandığa
söykənib oturmuşdur.

1-cidiv. Zorba! Sənin sandığında yəqin ki, qiymətli şeylər var.

2-cidiv. Aç görək içində nə var?

Zorba. Yox, onu burada açmaq sərf eləməz.

3-cüdiv. Qorxma, əlindən almarıq, aç!

Zorba. Yox, keçəl suya getməz.

1-cidiv. Doğrusu, bu döyüş məni lap candan saldı. Elə yorulmuşam ki...

2-cidiv. Məni demirsən, heç ayaqlarımı tərpədə bilmirəm.

3-cüdiv. Bir az yatsaq, yorğunluğumuz çıxar

1-cidiv. Doğru deyirsən, mən yatdım.

Divlər uzanıb yatırlar. Zorba paltarı başının altına qoyub xorna çəkir. Bir az sonra Lələş
sandığın ağzını yavaşca qaldırıb baxır, tez yenə başını çəkir. Bir az sonra yenə sandığın
ağzını açıb qorxa-qorxa divlərə baxır. Yenə tez başını çəkir. Üçüncü dəfə sandığın ağzını
açıb bir az baxdıqdan sonra sandıqdan çıxır, qaçmaq istərkən Zorba tərpənir. Lələş qorxub
ağaca dırmanır. Nə qədər ağacdan enib qaçmaq istəyir mümkün olmur. Çünki hərdənbir
cin tərpənirdi. Zorba oyanır. Başının altından paltarı götürüb sandığa qoymaq istərkən.

Zorba. Mənim sandığımı boşalmışlar. (Divlərə yanaşıb, ayağı ilə onları oyadaraq) Ey, qalxın!

1-cidiv (yuxulu). Nə deyirsən?

Zorba. Mənim sandığımı kim boşaltmışdır?

1-cidiv (yuxulu). Bilmirəm.

O biri böyrünə çevrilir. Zorba hirslənir, ayaqları ilə onları təpikləyib oyadır.

Zorba. Qalxın, mənim şeylərimi verin!

2-cidiv. Nə şeylər?

3-cüdiv. Nə istəyirsən?

Zorba. Qalxın, mənim şeylərimi verin!

1-cidiv. Nə şeylər?

Zorba (sandığı göstərir). Baxın bomboşdur. Bunun ağırlığı mənim kimi Zorbanın çiynini salırdı. Deyin görüm, bu şeylər nə oldu?

2-cidiv. Bizim xəbərimiz yoxdur.

Zorba. Necə xəbəriniz yoxdur?.. Bəs bunları yer yeyib, göyəmi çıxıb?

3-cüdiv. Biz nə bilək...

Zorba (toppuzu qaldırır). Bu saat mənim şeylərimi verin!.. yoxsa...

1-cidiv. Bizi toppuzla qorxutma!..

Zorba. Canınızı da alaram.

Zorba divlərə, divlər də Zorbaya hücum edirlər. Zorba onları bir-bir öldürür, onların
şeylərini götürüb gedir. Lələş ağacdan düşmək istərkən İfritəCadu ilə Şimşad
gəlirlər.

İfritəcadu. Bizim divləri kim öldürmüş?

Şimşad. Elmandan başqa kim ola bilər? Hayıf ki, əlimə düşmədi, pəncəmizdən yaman qurtuldu. Mən tufana dönüb onu arxadan top kimi havaya fırlatdım, qayalara düşüb parça-parça olacaqdı.

İfritəcadu. Simurq quşu isə qanadlarında götürüb apardı.

Şimşad. Demək, o hələ sağdır! (Sandığı görür, gəlib oturur) Bu mənə lazım olar.

İfritəcadu. Gedək... Elmana əncam çəkmək lazımdır.

Gedirlər. Lələş ağacdan qorxa-qorxa enir... Qaçmaq istərkən Şahmar əlində toppuz
ona tərəf gələn Lələşə bağırır.

Şahmar. Ey, kimsən? (Lələş qorxub geri çəkilir, Şahmar yanaşır) Sən kimsən?

Lələş. Vay, yağışdan çıxdım yağmura düşdüm.

Şahmar. Ey, kimsən?..

Lələş (özünü karlığa qoyur). Sən nə dedin?

Şahmar. Bu ki kardır. (Ucadan deyir) Sən kimsən?

Lələş. Mən? Mən?..

Şahmar (ucadan). Ha, sən.

Lələş. Mən pəhləvanam.

Şahmar. Yoxsa dəmirçi oğlu Elmansan?

Lələş (əlini qulağına qoyur). Nə?..

Şahmar. Deyirəm yoxsa dəmirçi oğlu Elmansan?

Lələş (gülərək). Eh, Elman nədir? Mən Elmana, Tuğana, Aslana pəhləvan demirəm, onlar mənim qarşımda pişik kimi miyoldayır.

Şahmar (heyrətlə ona baxaraq). Paho!.. Adın nədir?

Lələş Ha?..

Şahmar (ucadan). Adın nədir?

Lələş. Adım?

Şahmar. Ha, adın...

Lələş. Adım Lələş pəhləvandır. Soruşmaq ayıb olmasın, sən kimsən?

Şahmar. Mən ovçuyam...

Lələş. Nə?..

Şahmar. Ovçuyam...

Lələş. Ovçu? (İstehza ilə gülərək) Sən mənim kimi ovçu ola bilməzsən!.. Mən göydə uçan durnaları dimdiyindən vururam. Böyük qayaları, ağacları kökündən qoparıb atıram.

Şahmar (tərəfə). Paho, bundan qorxmaq gərək! (Ucadan) Görünür zor pəhləvansan...

Lələş. Nə?..

Şahmar (yanaşır, ucadan). Zor pəhləvansan!

Lələş. Bəs!.. Mən çöldə aslanları, qaplanları əlimlə tutub boğuram...

Şahmar ona heyrətlə baxır, sonra qorxa-qorxa bir az geri çəkilir.

Şahmar. Bu pəhləvan mənim işimə yarayacaq. (Yanaşır, nəzakətlə) Lələş pəhləvan, gəl otur, danışaq...

Lələş. Nə?.. Danışaq?..

Şahmar (yer göstərir, özü də oturur, ucadan). Otur danışaq.

Lələş. Otur deyirsən, oturum...

Lələş qorxa-qorxa divin yanında oturur, div də ehtiyatla kənara çəkilir, heyrətlə
Lələşə baxır.

Şahmar (ucadan Lələşə). Deyirsən qayaları, ağacları kökündən qoparıb atırsan, aslanları, qaplanları əlinlə tutub boğursan? Bu güc sənə hardan?

Lələş. Yaxşı soruşursan, qulaq as, söyləyim. Bir gün ovda iki dağ öküzü vurdum, ikisini də çay qırağında bişirib, biroturuma yedim.

Şahmar (heyrətlə, ucadan onun qulağına). Pah, iki öküzü bir gündə!

Lələş. Bəs necə? Pəhləvanın gücü yeməkdə bilinər. Yeməsə, güclü olmaz. Eh, öküz nədir, mən qaya boyda qarpızı yemişəm.

Şahmar. Qaya boyda?

Lələş. Hə, bəs!.. Qaya boyda. Qulaq as, söyləyim. Bir gün Araz çayının sahili ilə gedirdim, qarşıma dağ boyda dəyirmi bir qaya çıxdı, baxıb gördüm qarpızdır. Qarpızın yanında böyük bir deşik vardı, içində üç tülkü balası, tülkü balalarını ayağımın altında əzib öldürdüm.

Şahmar. Pah, dağ boyda qarpız, içində üç tülkü balası! (Ucadan) Pəhləvan, bu qarpızın tağı nə boyda idi?

Lələş. Ay sağ ol, yaxşı soruşursan, qarpızın tağını axtarıb gördüm, tağın kökü Araz çayının o biri sahilindədir. Tağ çayın üstündən körpü kimi uzanmış, üstündən at-eşşək, araba, adam keçir.

Şahmar. Pah, nə qəribə qarpız imiş! Pəhləvan, o qarpızı neylədin?

Lələş. Nə?..

Şahmar. O qarpızı neylədin?

Lələş. Neylədim? Baltanı götürdüm, qarpızı parça-parça doğrayıb, doldurdum tuluğa. (Əli ilə qarnını göstərir)

Şahmar Pah, dağ boyda qarpız qarnına necə yerləşdi (Əli ilə qarnını göstərir).

Lələş. Yaxşı soruşursan. Qarın ki var. Tuluq kimi şeydir, basdıqca genişlənir. Qarpızı yedim, gecə qarnım şişdi, şişdi, şişdi üst tərəfi burnuma dəydi. Alt tərəfi ayaqlarıma sarıldı, özümü zor, güc evə çatdırdım.

Şahmar heyrətlə ona baxıb geri çəkilir.

Şahmar. Pəhləvan, gəl qardaş olaq. Dar gündə mən sənə kömək edim, sən də mənə.

Lələş. Yaxşı, ol deyirsən olaq.

Bir-birinin əlini tuturlar. Şahmar o tərəf-bu tərəfə baxır.

Lələş. Niyə döyükürsən, yoxsa məndən qorxursan?

Şahmar. Yox, düşmənin yolunu gözləyirəm. O, öz ayağı ilə gəlib bura çıxmalıdır.

Lələş. Yoxsa Elmanı axtarırsan?

Şahmar. Yox, mənim o dünyaya göndərmək istədiyim bir qocadır.

Lələş. Eh, qocanı öldürməyə nə var?

Şahmar. Bu qoca başqa qocadır. Hər işi sehrdir, cadudur. Mənə kömək etsən, sənə çoxlu pul verərəm, xəzinə verərəm. Mən yolunu qabaqdan kəsərəm, sən də arxadan.

Lələş. Nə deyirəm ki.

Bilici uzaqda görünür.

Şahmar. Bax, odur gəlir, gəl, qardaş, gəl!

Lələş. Nə deyirəm ki (titrəyir) Bu, bu, bu!..

Şahmar. Vay, pəhləvan, sən qorxursan, titrəyirsən...

Lələş. Ağlını başına yığ, titrəmək nədir? Mən acıqlananda, qollarıma güc dolanda titrəmək adətimdir. Bu, bu, bu!..

Şahmar. Qardaş, gəl iki yandan hücum edək.

Lələş (əyilir). Əyil, əyil, səni görməsin, mən təpədən qılıncı götürüb gəlirəm.

Şahmar. Tez gəl!

Lələş (sürünə-sürünə gedir). Uşaqsan, tülkünün meydanda nə işi var ki, dərisinə saman təpsinlər.

Birdən qarşısına Elman çıxır.

Lələş. Vay, ey adam, yazığın gəlsin.

Elman. Lələş!..

Lələş. Elman, sənsən?

Elman. Sən burda nə gəzirsən?

Lələş. Ova çıxmışdım.

Elman (gülə-gülə). Ova çıxmışdın?

Lələş. Hə, ova çıxmışdım, yaxşı ki, səsini tez çıxartdın, yoxsa səni ov bilib vurmuşdum.

Şahmar (səslənir). Pəhləvan tez ol gəl!

Elman. O kimdir?

Lələş. Heç tanış bir pəhləvandır. Qocanı öldürmək istəyir, məni də köməyə çağırır.

Elman. Qoca kimdir? (Tez o tərəfə baxır, Bilicini görüncə) Nə sevimli qocadır! Üz-gözündən nur yağır.

Şahmar əlindəki ox ilə onu nişan alıb vurmaq istəyir, qoca əsəbi
baxışlarla ona baxır.

Elman. Ey, dayan!.. Nə edirsən?!

Şahmar. Çəkil, onu öldürmək mənə buyruqdur.

Elman. Yox, o ölməyəcək, onu salamat saxlamaq da mənə buyruqdur.

Şahmar. Sən Quzğun şahın iradəsinə qarşı çıxırsan?! Ey bəniinsan, bu sənə ucuz başa gəlməz. Qarşındakı o tilsimli dünyanın padşahı Quzğun şahın baş pəhləvanı Şahmardır. Çəkil yolumdan!

Elman. Aha, yaxşı yerdə ratslaşmışıq. Səni göydə axtarırdım, yerdə əlimə düşdün. De. Görüm, Dünya gözəli hanı?

Şahmar (qəhqəhə ilə gülür). Ha... ha... ha... Dünya gözəli... De görüm sən kimsən?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci fəsil

Üfüqü narıncı rəngə boyayan günəşin işıq və hərarəti azalmağa başlamış, axşam sərinliyi çökmüşdü. Qonşular Əlisəfanın qapısı yanındakı narın qum təpəsinin üstünə yığışıb söhbət edirdilər. İki qardaş – Qulu ilə Həsən arasında çəkişmə davam edirdi. Böyük qardaş Həsən deyirdi:– Ay qardaş, bu bizim ata-baba əkin yerimizdir, Allah verib neft xəzinəsi çıxır. Gəl bu yeri satıb kasıblığın daşın ataq!

193640 мин
Üçüncü fəsil

I1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.

193644 мин
Dördüncü fəsil

IBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:

193623 мин
Beşinci fəsil

ITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:

193628 мин

Стихи других поэтов