Содержание
  1. Müsəlman tələbələrinin fəaliyyəti
  2. Nəğmeyi-ordbehişt
  3. Zəhmətkeş ayı

Страница 2 из 3 · 33%

Müsəlman tələbələrinin fəaliyyəti

Həmin may ayının əvailindən bəri şəhərimizə varid olan yerli müsəlman tələbələri Bakı mərkəzi müsəlman bürosu tərəfindən aldıqları məmuriyyət və düsturül-əməlləri əncama yetirməkdə var qüvvələri ilə çalışmaqdadırlar. Bu sayədə şəhərimizdə böyük həyat asarı müşahidə olunmaqdadır. Məsələn, mitinqlər tərtib verib vəqtü-hala münasib nitqlər söyləmək və sabiqdə şəhərimizdə vücuda gəlmiş milli komitənin ictimaında mühazirələr oxumaq və sairə kimi gözəl iqdamatda bulunmaqdadırlar. Mahalları kənddən-kəndə, obadan-obaya gəzib-dolaşıb milli təşkilat icra komitələri təşkil edirlər. O cümlədən, tələbə Həqqi Veysov və Əliheydər Qarayev cənablarının səyləri həqiqətən şayanitəqdir və təhsindir. Bu az müddətdə şəhərimizin bütün əsnaf və kəsəbeyi-tüccar və sair vətəndaşlarını cəm edib Sənətkarlar İttifaqı vücuda gətirmişlər. Bu qəbildən olaraq təqribən iyirmiyə qədər ittifaq təşkil edildikdən sonra İttiffaqlar ittiffaqı vücuda gətirdilər ki, həmin ittifaqlar istər şəhərdəki İcra Komitəsinə və istər Ərzaq Komitəsinə birər nümayəndə göndərmək təşəbbüsündə bulunurlar. Bunlardan əlavə ən gözəl iqdamatları Şamaxı şəhərinin fəhlə ittifaqı ilə saldatları müttəhid etmələridir. Belə ki, keçən gecə, may ayının 23-də, saat doqquz radələrində Şəhərin Saldatlar İttifaqının nümayəndələri ilə şəhərin Fəhlələr İttifaqını dəvət edib Fəhlələr və Saldatlar İttifaqı (Sovet Raboçi-Saldat) vücuda gətirdilər. Həmin ictimada istər sədarət edən tələbə Qarayev cənablarının gözəl mənidar nitqi, istər Milli Komitə tərəfindən atəşin nitq irad edən Ağa Zeynalabdin Atakişiyev cənablarının sözləri gözəl, olduqca faydalı təsir bağışladı. Fəhlələr və saldatlar yekdigərini dərağuş etmək üçün qollarını açıb, can deyib, can eşidirdilər. Həqiqətən yorulmaq bilməyən cavan tələbələrimiz çalışırlar. Fəqət burası vardır ki, lazımlı, işlənməli işlər çox, onların istedadı azdır. Bundan əlavə təəssüf olunacaq bir nöqtə də var ki, kifayət qədər türkcəyə, öz ana dillərinə aşinə deyildirlər. Millətin ehtiyacı qayət böyük, onlardan yetişən əlac miqdarca xeyli kəmdir. İştə ən mühüm məsələ! Bakı Mərkəzi Müsəlman Bürosunun nəzəri-diqqətini bu mətləbə cəlblə ərz edirəm ki, buna çarə aramalıdır.

3

İnqilabın birinci günlərində Şamaxıda təsis olunmuş Milli Müsəlman Komitəsi Zaqafqaz müsəlman qurultayının təşkilindən sonra özünü Bakı müsəlman camaat təşkilatının müvəqqəti bürosuna ilhaq etmək xüsusunda şura edib müttəhidül-rəy bu məsələ qəbul olunduqdan sonra bu məruzə ilə qərardadını fövqəzzikr buraya göndərib də düsturül-əməl və məramnamə irsal olmasını xahiş etmişdirsə də, bir aydan ziyadədir, nədən isə bu haladək əsla cavab olmamışdır. Bununla belə yenə də Şamaxı Milli Müsəlman Komitəsi işsiz oturmayıb lazım olan yerlərə nümayəndə göndərmək üçün tez camaatı toplayıb onlar üçün vaxt və hala münasib mühazirələr oxumaq və şəhər əhalisi üçün un və çörək kartoçkası kimi mühüm bir xidməti ifa etmək və sair fövt olması caiz olmayan məsaili-cariyyənin həlli ilə məşğuldur. O cümlədən gələcək payızdan ibtidai məktəblərin birləşməsini nəzərə alıb da Şamaxının özündə və ətrafında olan mütəəllimləri toplayıb onlar üçün türkcə darülmüəllimin kursu açmışdır və orada tədris etmək üçün mütəxəssis zəvatdan M.Mahmudbəyov, Ə.Əminzadə və A.Səhhət cənablarını dəvət etmişlər.

Bundan əlavə, Şamaxıya varid olmuş müsəlman tələbələri toplanıb “Müsəlman tələbələrinin bürosu” naminə bir cəmiyyət təşkil etmişlər. Tərtib etdikləri müfəssəl və geniş proqram üzrə hərəkət etmədədirlər. Teatro və müsamirələr verib, varidatından əhalinin bisavadları üçün gecə kursu açmaq kitabçalar təb etdirmək kimi faydalı yerlərə xərc edirlər. O cümlədən şaban ayının axırıncı gecəsi Rza Zaki əfəndinin “Sultan Həmidin xəli” sərlövhəli teatrosunu və Çexovun “Toy” ünvanlı komediyasını mövqeyi-tamaşaya qoymuşdular. Məxarici çıxdıqdan sonra, dörd yüz on səkkiz manat radələrində bir məbləğ vüsul olmuşdur. Və lakin bunların hamısından artıq tələbələrimizin şayani-təqdir fəaliyyətlərindən müfəttinlərin önünü almaq təşəbbüsatında bulunmaqlarıdır. Məlum ki, hər yerdə olduğu kimi, Şamaxıda da müfəttinlər ötədən bəri əfkari-şeytankaranələrini yürüdüb nəşr etməkdən çəkinmirlər. Bununla belə, şükr olsun, tək bir nəfər də olsa yenə dava vəkilimiz möhtərəm Şirinbəy Səfərəlibəyov cənabları müsəlman tələbələri və sair möhtərəm müəllim əfəndilər var qüvvələrilə çalışıb o fitnəkaranə şayeatın vahiyat qəbilindən olduğunu isbat və müsəlmanların həqiqi demokrat olduqlarını bədihiyyatdan olduğunu göstərməkdədirlər.

Var olsun ziyalı cavanlarımız!

4

Sabiqdə Şamaxı İcraiyyə Komitəsinin səlahdidiümumisi ilə uyezd komissarlığına təyin olunmuş zabit Azadbəy Qocamanbəyov cənabları bu axır vaxtlarda bəzi əşxasın qərəzi-şəxsiyyələrindən naşi onun haqqında etdikləri taləlisanə görə istefa ərizəsi vermişdi. Hərçəndi ki, iyun ayının birinci gecəsində olan İcraiyyə Komitəsinin cələsəsində həmin məsələ mövqeyi-müzakirəyə qoyulub altı səsə qarşı on səkkiz səs ilə Qocamanbəyov cənablarının istefası qəbul edilməyib, qərarisabiqlə yenə də öz vəzifəsi üzrə baqi qalması qət olundu, lakin həmin altı nəfər ki, onlardan üç nəfər şəhər qarnizon komitəsinin nümayəndəsi olan saldatlardır, dörd nəfər də özlərinə yoldaş tapıb on nəfər imzası ilə iyun ayının onunda İcraiyyə Komitəsinə ərizə verib uyezd komissarının verdiyi istefanı qəbul edib xidmətdən azad edilməsini mütalibə etdilər və onun əvəzinə əgər Şamaxının özündən şayistə bir adam bulunmaz isə, Bakıdan, yaxud Tiflisdən bir komissar dəvət etməyi, yaxud rus, müsəlman, erməni millətinin hərəsindən bir nəfər intixab edib komissarlıq vəzifəsinin həmin üç nəfərə tapşırılmasını təklif etdilər.

Ayın 11-də və 12-də üç gecə peydərpey bu məsələ müzakirə olunub, bir çox natiqlər uzun-uzadı nitqlər söyləyib, bəzisi komissarın lehinə və bəzisi onun əleyhinə iradatda bulundular isə də, nəticəpəzir olmadı. Bilaxərə ayın 12-ci gecəsinin cələsəsində tamaşaçılar cümləsindən olan qarnizon saldatlarının bir nəfəri təhdidamiz bir surətdə söylədi: Hərgah İcraiyyə Komitəsinin üzvləri uyezd komissarını əzl etməzsə, o halda qarnizon komitəsinin üzvləri gəlib sizləri buradan qovub işləri öz təsərrüfünə alar. Bu sözə komitə üzvlərindən Saturyan və Səfərəlibəyov cənabları protesto etdilərsə də, yenə də sədri-məclis komissarın əzl və nəsbini həll olunmuş fərz edib də məsələni səsə qoymaq istədi. Həll olunmuş məsələni dübarə bir də səsə qoymağın qanundan kənar olduğunu söylədikdən sonra müsəlman vəkilləri ümumən qalxıb nümayişkaranə bir surətdə şura salonunu tərk etdilər. Sonra neçə maddədən ibarət bir protesto yazıb öz mətalibləri qəbul edilməyincə komitə şurasında iştirak etməyəcəklərini qeyd edib də rəsmən komitəyə göndərdilər.

Nəticə nə olacaq sonra ərz olunar.

5

Dövri-hürriyyətin hülulu ilə istər Bakı, istər Şamaxı komitələri tərəfindən peydərpey göndərilən mübəlliğlər geniş Şirvan mahalını dolaşıb, təbliğatda bulunduqdan sonra gördükləri xeyir bu olmuşdur ki, hankı qəsəbədə, hankı kənddə, hankı obada camaatı toplayıb məvaiz və nəsayihdə bulunub, xalqı əmnü asayişə dəvət etmişdilərsə də, eşitdikləri cavab bu olmuşdur: “Əfəndilər, od ilə plov olmaz, yağ ilə düyü gərək. Əmnü asayiş istəyirsiniz isə, ac camaatın dərdinə qalınız; buğda, arpa, un istəyirik, əqəllən darı və ya qarğıdalı unu veriniz də xalqın qarnını doyurunuz. Elə kəndlər var k, altı aydan bəri bir girvənkə un, yaxud bir çetver qənd verilməyibdir. Xalq aclıqdan özünü oda-közə vurur; bacarıqlı bacarıqsızı çapıb talayır. Bunun üçün ciddi tədbirlər, lazımi sərəncamlar etməlidir. Yoxsa təbiidir ki, ac qılınca çapar. Quru sözlərlə heç vaxt əmnü asayiş təmin olunmaz. Nə qədər ki, yaylaqlarda göyərti vardı, xalqın çox hissəsi yemlik, əməköməçi, quşətməgi kimi otlar yeməklə keçinirdilər. İndi ki, otlar qurumuş, ələflər yanmış, sabah-birigün meşələrin də meyvələri tükənər, onda daha ac camaatın öhdəsindən əsla gəlmək olmaz. Təbiidir ki, oğurluq, quldurluq, qətlü qarət get-gedə artacaqdır...”

Mübəlliğələrimizin gətirdikləri bu xəbər doğru olduğu qədər də əsəflidir. Zira ki, bədbəxtanə Şamaxı ərzaq komitəsinə quberniya komitəsi tərəfindən komissar təyin olunmuş Atabekyan Şamaxıya gələr-gəlməz sabiqdə az-çox Bakıdan gələn ərzağın da yolunu kəsdi.

İki milyon yarım puddan ziyadə Şamaxı uyezdində ğəlləcat mövcud olduğuna dair bir əsassız məruzə yazmış və quberniya ərzaq komitəsinə məlumat vermiş. Lakin bu tərəfdən gündən-günə ərzaq həddən ziyadə bahalanır. Buğdanın tağarı dörd yüz əlli manata tapılmır. Unun batmanı on iki manata, adı var, özü yoxdur.

Ac əhali hər gün dəstə-dəstə toplanıb, istər ərzaq komitəsinin, istər şəhər idarəsinin qarşısında yardım istəyirlər. Bakıya teleqraflar, ərzi-hallar gedirsə də, faydabəxş olmur. Zira ki, Atabekyanın məruzəsindən kimsənin xəbəri yox. Bərəkət versin ki, saldatlar komitəsi tərəfindən Bakıya məmur edilmiş Nekrasov cənabları Atabekyanın hədyan məruzəsindən müttəle olmuş da gəlib Şamaxı şəhər nümayəndələrini keyfiyyətdən xəbərdar etmiş; sonra bunun çarəsini artırmaq üçün Bakıya neçə nəfər vəkil intixab edilib göndərilmişsə də, bu hala qədər hələ o mürəxxəsilərin də getməsindən bir fayda hasil olmamışdır. Odur ki, kəndlilərin dedikləri nəticəpəzir olmuş. Ac qurd kimi camaat bir-birinin canına soxaşmış, bahalığın şiddətindən əllialtmış manata xidmət edən milis atlılarının əksəri xidmətlərindən istefa vermişlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов