هر چند قوتولماق هله یوخ دارلیغمیزدان
هر چند قوتولماق هله یوخ دارلیغمیزداناما بیر آزادلیق دوغولوب وار لیغمیزدان
Hərçənd qurtulmaq hələ yox darlığımızdanAmma bir azadlıq doğulub varlığımızdan
(وارلیق)نه بیزیم تکجه آزادلیق قوشوموز دیربیر مژده ده وئرمیش بیزه همکار لیغمیزدان
(Varlıq)nə bizim təkcə azadlıq quşumuzdurBir müjdə də vermiş bizə həmkarlığımızdan
به به نه شیرین دیللی،بو جنت قوشی،طوطیقندین آلیب الهام له دیندار لیغمیزدان
Bəh-bəh nə şirin dilli, bu cənnət quşu, tutiQəndin alıb ilhamla dindarlığımızdan
دیل آچامدا کارلیق داگئدر،کورلوغلوموزداچون لا للیغمیز دوغموش ایدی کار لیغمیزدان
Dil açanda karlıq da gedər, korluğumuzdaÇün lallığımız doğmuş idi karlığımızdan
دشمن بیزی ال بیر گؤره،تسلیم اولی ناچارتسلیم اولوروق دشمنه ناچارلیغمیزدان
Düşmən bizi əl bir görə, təslim olu naçarTəslim oluruq düşmənə naçarlığımızdan
هر انقلابین وور- ییخی صون بنالیق ایسته ردستور گرگ آلماق داها معمار لیغمیزدان
Hər inqilabın vur-yıxı son bənnalıq istərDəstur gərək almaq daha memarlığımızdan
هشیار اولاسوز،دشمنی مغلوب ائده جکسیزدشمنلریمیز قورخوری هشیارلیغمیزدان
Huşyar olasız, düşməni məğlub edəcəksizDüşmənlərimiz qorxur huşyarlığımızdan
بیرلیک یارادون،سؤز بیر اولاربیز کیشی لردهیوخلوقلاریمیز بیتدیره جک وار لیغمیزدان
Birlik yaradın, söz bir olarıq biz kişilərdəYoxluqlarımız bitirəcək varlığımızdan
۱۳۵۸
1358
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehriyar-turkce-seir-11
Клавиши ← → для перехода, R — случайное стихотворение