Dedi Məcnuna bir nəfər cahil:Ey qılan eşqi əqlini zail!O qədər ki, gözəl deyil Leyli –Ki, ona çoxdu könlüvün meyli.Leylinin bir lətafəti yoxdur,Ondan əla gözəl sənəm çoxdur.Çəkdi Məcnun sinədən bir ah,Dedi: – Ey halə olmayan agah,Rüxi-Leylayə, ey niku-mənzər,Çeşmi-Məcnun ilə sən eylə nəzər.Görəsən ta cəmali-Leylanı,Turi-kuyindəki təcəllanı.Olasan məhv ol təcəlladə,Görəsən hüsni-həqqi Leyladə.Gərçi var könlümün ona meyliƏhli-hüsnün o güldü sərxeyli.Mətləbim Leyliyi-həqiqətdir,Məşrəbim şiveyi-məhəbbətdir.Bilsə idin həqiqət, ey cahil,Hiç bilməzdin əqlimi zail.Eşqdir hər nə var aləmdə,Sən də ol eşqə yar aləmdə.Seyyida, eşqə iqtida eylə,Eşqi tut, tərki-masiva eylə.Mətləbin gər nəimi-sərməddir,Sənə məşuqə bil, Mühəmməddir.Afitabi-səma, məhi-Bətha,Şahi-ümmi, müəllimi-əsma.Zübdeyi-cümleyi-bəni-Adəm,Ona olsun səlamlər hər dəm!Canü dildən o şahə ol talib,Eşqi-ali-Mühəmmədə rağib.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви