Könül təpidələnir, yoxsa nazlı yar gəlir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Könül təpidələnir, yoxsa nazlı yar gəlir,Uçur gözüm, məgər ol sərvi-gülüzar gəlir?
Səba gətirdi genə müjdeyi-gülüstanı,Şükufələr açılır, fəsli-novbahar gəlir.
Zibəs ki, müntəzirəm, hər ayaq sədasındanTəsəvvür eyləyirəm bəlkə nazlı yar gəlir.
Əyağı al ələ, saqi, mənə peyapey ver,Amandı, qoyma, mənim başıma xumar gəlir.
Şərari-tiğ ilə yandır məni, əgər məndən,Həbibim, ayineyi-könlüvə qübar gəlir.
Məgər ki, rəhküzəri-yardə açıb zülfün,Məşamə ləxləxeyi-nafeyi-tatar gəlir.
Макта — последний бейт с тахаллусом поэта. Zibəs ki, arizüvün həsrətin çəkər Seyyid,Açılsa yuz güli-tər gözlərinə xar gəlir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-konul-tepidelenir-yoxsa-nazli-yar-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qönçənin bağrını əzzəldə fələk qan eylər,Sonra könlünü açıb dəhrdə xəndan eylər.
Dersən mənə kim, huriyi-qılman olacaqdırDersən mənə kim, huriyi-qılman olacaqdır,Qismət sənə ol Kövsəri-rizvan olacaqdır.
Dünyadə eşq qədrini huşyar olan bilirDünyadə eşq qədrini huşyar olan bilir,Azadəlik səfasını bidar olan bilir.
Çün xakə təcəlla elədi xaliqi-cəbbarÇün xakə təcəlla elədi xaliqi-cəbbar,Öz surətini xaki-siyəhdən edib izhar.
Стихи других поэтов · О любви
Aman allah, sevgi necə şirindi,Məcnun Leyli deyin bu dağı gözlər.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
ما خریدیم به جان عشق تو نی با زر و سیمبه زر و سیم خَرَد عشقِ بتان مردِ لئیم