Страница 2 из 2 · 50%

– Sən belə yırtıcı yalquzağı harada görmüsən, qız?

– Quzularımızı Savalanın ətəklərində otaranda görmüşəm, xan!

– O yalquzaqlar quzulara nə etdilər?

– Bir gün ikisi töküldü, hərəsi birini qapıb qaçdı?

– Qaldı neçəsi?

– Heç neçəsi! Məhəmməd pəhləvanın bir qoyunu var idi, iki də quzusu!..

– Deməli, Həlaku qurğusuyla, qızımız Ərmağan da bizim quzumuzu qəfildən qapa bilər?

– Ürəyim Ərmağanın əli ilə edilə biləcək xəyanət üçün bəri başdan şəhadət verir!

– Belə çıxır ki, sən də Ərmağanın Quran qəsəminə inana bilmirsən, şəkk gətirib, şübhə edirsən?

– Bəli, ürəyim belə şəhadət verir, xan!..

– Mənim də ürəyimdə əbədi arxayınlıqdan iz-əlamət yoxdur, Məhtaban! Yuxularım da göyə çəkilibdir, gözlərimə də çimir gəlmir, az qala özüm də divanə oluram!

– Mən istərdim ki, böyük xan, öz kiçik övladına sahib durub məni azad buraxaydı!

– Qız, xan divanə olsa, kəbinli arvadını haraya azad buraxa bilər?!

– Siz mənim talağımı həmin axunda geri oxutdurun, xan!

– Mən belə müfariqətə əsla tablamaram, Məhtaban! Mən qoca Məmalik qırılmaz zəncirdə saxlanası bir dəli-divanə olaram!

– Siz özünüzü ələ alarsınız, xan! Siz dediyiniz firəng dayəsini Tehrana qayıdan xarici xanımın vasitəsilə Firəngistandan Ərdahaya dəvət edib, övladınızı təlimləndirib böyüdə bilərsiniz!..

– Bəs sən, Məhtaban?

– Mən səfil-sərgərdan da olsa dolanaram, bacarsam, başqa-başqa yerlərdə zoğal dəyənəyindən yapışıb, daha möhkəm çırpa-çırpa, palaz-paltar yumaqla məşğul olaram, xan!..

– Deməzlərmi, divanə Məmalikin xanımı səfil-sərgərdan dolanır? Deməzlərmi Məhtaban yenə də zoğal dəyənəyini çırpa-çırpa palaz-paltar yuyur?

– Mən özümü də, üzümü də gizlərəm, xan! Heç yerdə, heç kəsə, heç nə bildirmərəm, xan!

– Birdən Həlaku casuslarından birisi bildi, Həlaku da İsrafilin surunu götürüb İrana çaldı?

– Belə sur çalınsa, mən dərhal özümü həlak edib, sizi İran şəmatətindən xilas edərəm, xan!

– İlahi ağ köpüklü göldən başlayan məhəbbətə mən yenə də qibləgahım kimi səcdə edirəm, – deyə qoca Məmalik Məhəmməd qızı Məhtabanın kobudluqdan çıxan, nə vaxtdan bəri zəifləyib, zərifləşən, artıq çoxdan daş-qaş içində parıldaşan barmaqlarından tutub, qar kimi ağaran dümağ saqqalından üzüyuxarı qaldırdı. – Qız, Məhtaban, mən səndə ömrüm uzunu axtardığım zəngin qəlb tapmışam! Bəlkə doğrudan da sən deyən sayaq da biz özümüzü divanəliyə qoyub, cəncəlli xanlığı tərk edək? – O, tezcə sözünü döndərdi: – Yox, yox, həlakulara görə tərk etməyək, – deyə qəzəbləndi. – Biz ara yolları bağlayaq, dərin-dərin xəndəklər açdıraq, köhnə səngərləri təmir etdirək!

– Demək, bu pərişan halımızda həlakulara müharibə elan edəsiniz, xan?

– Nə olsun, Məhtaban, qoy açıq müharibə olsun! Qoy açıq cəngcidal olsun! Xan sərdabasında yatan Keyqubadın qəbrinə and içirəm ki, qaynayan qanımı vücudumda saxlamaqda acizəm!

– Nə üçün böyük xan bunca coşur?

– Çün, gözə görünməyən cəng-cidəl, gözə görünən cəng-cidaldan çox-çox əzablıdır!

– Başqalarının günahı nədi, xan?.. Rəiyyətin-rəncbərin təqsiri nədi? Siz xanlar irəli durub qabaq-qənşər ki, vuruşmayacaqsınız, atışmayacaqsınız!

– Mən bu dəfə birinci cərgəyə keçib, qabağa duracağam, qabaq-qənşər vuruşacağam, qız! İnan, eşqimə and içirəm! Bu qoca vaxtımda mən yağı düşmənim həlakulara qarşı səngərə girəcəyəm, odlu gülləni düşmənin başına Savalan dolusu kimi yağdıracağam!

– Oğlunuzla, yeznəniz Ərdahanla atışacaqsınız?

– Atışacağam, bəli, Ərdahan olmasın, Allah olsun atışacağam!

– Birdən sizin odlu fişənglərinizdən nəvələriniz yetim, qızınız da dul qaldı?

– Nəvələrim yetim, qızım dul?

– Belə olsa, ya sənin fişəngindən, ya başqa məmalikçilər gülləsindən belə bir xətər baş versə?..

– Qız, bəlkə səbirlə Allahın Quranına qayıdaq?.. Bəlkə Allah nazil edən Qurana inanaq? Sən deyən sayağı ağ-açıq ədavətə, qana-qiyamətə getməyək? Öz balamızı daxili cəngi-cidaldan qoruyub, başını sağ-salamat saxlayaq? Qoy Quran qəsəmini pozan kəsi Əli zülfüqarı kəssin! – Məmalik xan tərəddüd içində sarsıldı. – İlahi, mənim beynim yenə də yerindən oynayır! – Başı qızışan, ağlını itirmək dərəcəsinə gələn xan hər iki əli ilə böyük bir müqaviməti qırıb, maneəni rədd edir kimi əl-qolunu oynatdı. Sonra da tez-cəld gedib körpə oğlunu beşikdən götürdü, onu tərpədib oyatdı, oyanan uşaq ağlamadan gözlərini döyə-döyə atasının gözlərinə zillədi.

– Mən də Qurana qəsəm qılıram, Məhəmməd qızı Məhtaban, mən də bunsuz yaşamayacağam!..

– Qoy, Quran öz hikmət və ecazı ilə səni də, körpəni də hifz etsin, bir tək mən Məhəmməd qızından masəva!

– Yox, yox hər üçümüzü! – Məmalik qoca bir əli ilə körpəsini tutub, o biri əlini də Məhtabana gətirdi, sanki qoca ağ saçlı sinəsini süpər edib ana-balanı onların üstünə gələn dağ uçqunlarından qorumağa cəhd etdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II

Göyalı da, Qaratel də ürəkdən inandılar ki, onlardan da artıq qızların diləyi hasil olacaqdır. Mütləq Ziyarət dağına getmək gərəkdir.Belə olanda onlar bir yaz səhəri başqa bir kəsə bildirmədən bacardıqları qədər nəzir-niyaz götürdülər. Ziyarət dağına yola düşdülər. Az getdilər, çox getdilər, yol boyu qabaqlarına çıxan kəndlərdə rastlarına çıxan kora, şilə, fağıra, yoxsula, sahibsiz kəslərə götürdükləri nəzirdən payladılar ki, diləkləri tez hasil olsun. Kəndbəkənd beləcə edib, yol gedəndən sonra axır ki, Ziyarət dağına çatdılar, dağa qalxdılar, daş məqbərələri aradılar, axtardılar, tapa bilmədilər. Demə, zamanın selsuyu bu daşları hey yumuş, ildırımlar buraya düşüb Ziyarət dağını tir-tir titrətmiş, iri-iri daşları parçalamışdır. Burada hər şey dəyişmişdir, nağıl edilən sayaqda heç nə öz yerində qalmamışdır.

2 мин
III

Aylar ötdü, il dolanıb başa çata-çatmaz Qaratel bir oğlan doğdu. Göyalının evinə görünməzin şadlıq gəldi. Atanın, ananın, qızların sevinci yerə-göyə sığmadı. Bu xəbər bir tək Göylər obasında olan qohum-qardaşı deyil, yaxın-uzaq Göyən obalarını, ağqoyunluları şad etdi. Göyalı yeddilər üstündə tapılan oğlan üçün qurban üstündən qurban kəsdi. Yenə fağır-füqəraya payladı. Hər kəsə Ziyarət dağının möcüzəsindən, oradan dilənən diləyin eşidildiyindən danışdı. Ağqoyunluların gözündə Ziyarət dağı bir daha ucaldı, böyüdü, müqədziyarətgahlardan birinə çevrildi. Söz gəzdi, söhbət getdi... Kimi dedi: Ziyarət dağında daima ocaq yanır, dumanlı-buludlu qaranlıq gecələri işıqlandırır; kimi dedi: Ziyarət dağının ətəklərindən çıxan çeşmələr şəfa qaynaqlarıdır, bütün dərdlərə dərmandır, sidq-dillə ziyarətə gedənlər naümid qayıtmır. Belə olandan sonra Ziyarət dağına doğru axın artdı, dilək diləyənlərin sayı çoxalıb hesaba gəlmədi.Göyalı da, Qaratel də öz qiblələrini Ziyarət dağına çevirdilər.

8 мин
IV

Doğrudan da Bəyalı oğlu Göyalının arayıb-axtarıb, neçə-neçə yüz qoyun verib, böyük məmnuniyyətlə aldığı ulduzlu atın misli-müqabili heç yanda yox idi. Bu at bir tamaşa idi. Baxan elə bilirdi bu at parlaq bir ulduzdur, göydən yerə düşüb... Bu atın adını Ulduz qoyub qulağına çağırdılar. Baxanda Ulduz boydan uca, ayaqlardan xırdaca, biləklərindən nazik, ancaq beldən mis kimi tökmə və möhkəm idi. Ulduzun ortası qarınlı deyil, incə idi. Yalmanı sıx, göyəm idi. Ulduzun yalı qınından sivrilən qəhrəman qılıncını andırırdı. Baxanda Ulduzun gözləri yanır, od-alov içində şölələnirdi. Ulduzun qaçarağına ox süzdürən olsa belə, çatmazdı. Ömründə Ulduzu öz qaçarağının tozu tutmazdı. Baxa bilməzdi Ulduz göylə uçur, ya yerdən uça-uça uçarağa qalxır. Ulduzun belinə gümüşlü-qızıllı yəhər qoyan Şükran atın belində ay kimi yaraşıqlı, ulduz kimi tamaşalı görünürdü. Elə bil ki, bu oğlan olmazın əfsanəvi süvari, misilsiz minici idi. Ulduz qanada qalxanda oğlanın ağ qoyunun yunundan toxunan ağ çuxası da ağ-ağ qanad açırdı. Şükranın qınından sivirib çıxardığı göy zağlı ləzgi xəncəri Ulduzun üstündə şimşək kimi oynayırdı. Şükran gündən-günə Ulduza yeni-yeni təlim keçir, ona sehrli əməllər öyrədirdi. Əvvəldən də az-çox təlim görən, uzaq Ərdəhan elində təlimlənən, indi də Göyəndə ayrıca məşq keçib təlim alan Ulduz Şükranın dilini, Şükran da Ulduzun dilini əzbərdən bilirdi. Şükran desəydi: “Ulduz, yat”, Ulduz dərhal yatardı. Desəydi: “Ulduz, bu dağ-daşı bir göz qırpımında öt”, Ulduz ötərdi. Şükran Ulduzun belində olsun-olmasın, Ulduz alışıb isinişdiyi minicisindən hər hansı bir əmr aldımı, dərhal yerinə yetirirdi.Şükran da Ulduzun alovlanan gözlərindən öpür, ona kişmiş yedirir, baş-gözünü sığallayır, lazım gəlincə öz minici libasını sadəcə mehtər libası ilə əvəz edib, onu dımaqlarından təpəsinə qədər üfürə-üfürə tumarlayırdı. Şükran həmişə Ulduzu çeşmənin gözündə suvarırdı. Ulduz göydə sayrışan ulduzun ən parlağı kimi parlayır, parıldayırdı. Baxan deyərdi Şükranı kəhkəşanlar aləmində səltənət quran ulu Tanrı elə bu Ulduzu da veribdir Şükrana. Ulduza da Şükran kimi misilsiz-müqabilsiz süvari qismət olubdur. Baxanda bunlar bir-birinin məftunu, aludəsi, vurğunu idi. Şükranın hayqırtısı Ulduzun kişnərtisinə, Ulduzun da kişnərtisi Şükranın hayqırtısına qarışıb, Göyən düzənlərini doldurur, Ziyarət dağına səs-səda salır, fasiləsiz əks-sədaları ilə bütün bu aləmi dilə gətirib dilləndirirdi...

8 мин
V

Gümüş saçlı Qaratel belə sevinc içində ola-ola hansı ecazkar ana ürəyi ilə öz sabahının qara günlərini görüb belə qorxuya düşürdü? O öz övladının başı üstündə qovlanacaq qəza qılıncını necə gördü? Ana ürəyinin kövrəkliyi, həssaslığı iləmi?Bəlkə belədir: xilqətdən ata ürəyi sərtdir, daşdır? Axı ata ürəyi ana ürəyi qədər yumşaq, kövrək olmasa da, daş da deyildir! Ata ürəyi də öz övladını atəşin bir hərarətlə sevir, istəyir, övladının üstündə tir-tir əsir... Ancaq ata ürəyi öz iztirablarını gizlətməyə cəhd edir, çox zaman dost-düşmənini göz qabağına gətirir, öz ürəyini gizlətməyi də bacarır. İndi bəs burada Bəyalı oğlu Göyalının ürəyi necədir? O arxayındırmı? Ana ürəyinin iztirablarına qarşı biganədirmi? Göyalının ürəyi də içəridə titrəməyə, Şükranın üstündə əsməyə başlayır. Ancaq belə baxanda burada nə var idi? Hər şey öz yerində, öz qaydasında, öz axarında deyildirmi? Belə anlaşılmaz qaraltı qarşısında Şükranı Ulduzun belindən düşürüb, onun şəhpərini sındırıb bir qırağa atmaq olardımı? Şükranı Ulduzdan ayırıb Ulduzu dəyər-dəyməzinə satmaq, Göyən düzənliklərindən ilin yay aylarında yaylağa qalxan zaman ala yaylaqlardan, güllü-çiçəkli çəmənlərdən, qaynar gözlü, buzlu bulaqlardan məhrum edib, bu aralardan ilim-ilim itirmək olardımı? Belə olsaydı, onda Şükranın şəhpəri sınmaz, qanadları qırılmazdımı? Bir də bəzən belə olurmu, insan durduğu yerdə, elə ciddi səbəb olmadan öz-özünə qaralsın, qaraltılı-qorxulu şübhələrə düşsün? Bəlkə burada gümüş saçlı Qaratel öz aşıb-daşan xoşbəxtliyinin, Şükrana görə özünün hədsiz sevincinin içindən bir bədbəxtliyin çıxa biləcəyindən vahiməyə düşür? Üzdən baxanda nə deyib, nə etmək olardı? Kim Qaratelin, Göyalının yerində olsaydı, günün, güzaranın bu yerində nə edə bilərdi? Bu halda, Ulduzun belində qanada qalxan tək oğlunun qanadlarını necə qırardı? Onu əfsanəvi Ulduzun belindən düşürüb piyada edərdi, Göyən düzənində qoyun sürülərinin qaldırdığı yay tozlarının içinə tullardı?

7 мин

Стихи других поэтов