Dəyəri yoxdur
Sinəsi dəryaca şeirlə doluŞairin günəşsiz səhəri yoxdur.Ağ gün də görmüşəm, qara gün də mən.Deməyin, dünyadan xəbəri yoxdur.
Arzusu sonsuzdur bu yer oğlunun,Üzü zirvəyədir həyat yolunun.Mənə dost deməsin o kəs ki, onunKönül dəftərində zəfəri yoxdur.
Ömrünü mənasız keçirənlərin,Bu yeni dünyasız keçirənlərin,Vətənsiz, anasız keçirənlərin,Gözümdə bir quruş dəyəri yoxdur!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-deyeri-yoxdur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənin sevgilin olmaq deyil asan, sevgilim,Ömrümün dörd fəslinin baharısan, sevgilim.
Mənim deyil, sənindirEşqinlə gecə-gündüz vuran bu şair ürəkİnan, sevgilim, inan, mənim deyil, sənindir!
Səni görməsəydimYəqin kimsəsiz, yetim görünərdim aləmə,Könlümü həmişəlik mən sənə verməsəydim.
Gəlib, getmişBilirsənmi, könül, ərzə nə mehmanlar gəlib, getmiş,Ədasıyla necə canlar alan canlar gəlib, getmiş.