Bu gecə qaydam üzrə çəkilib bir küncə mən,Kağız üstə yol aldım bir şerin ardınca mənKönlümdə insanların, bir də öz arzularım,Qələmimdən süzüldü kağıza könül varım.Misralar qoşun kimi düzüldükcə cərgəyə.Sevindim istəyimə nail oluram deyə.Əziz oğlum, sirdaşım, qonum-qonşu da yatdı.Mənimsə gözlərimə bu gecə yuxu yaddı.Dağ oldu külqabında papiros kötükləri,Lal gecənin başında göründü ağ tükləri...Gün doğdu, sübh açıldı, doyunca aldım nəfəs,Səhər mahnım şəhərə dalğa-dalğa saldı səs,Çıxdım eyvana birgə öz təzə əsərimlə,Öpdüm gözəl Bakımı yuxusuz gözlərimlə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов