Hardasan, ey ilk baharım, hardasan?Nazlı yarım, şux nigarım, hardasan?Pəncərəndən gəlməyir əsla işıq,Qalmayıb səbrim, qərarım, hardasan?Gözlərimdən quş kimi uçmuş yuxum,Getmiş əldən ixtiyarım, hardasan?Surətin bir an gözümdən getməyir,Hardasan olmuş şüarım, hardasan?Sübhü açdım gözlərimlə, yatmadım,Hardasan, Təbrizli yarım, hardasan?

Təbriz, 1942

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви