Olmasın hicrində bu könlüm, pərişan, neyləsinEtməsin öz canını canana qurban, neyləsin.Gəlməsə gül eşqinə sevdalı bülbül gülşənə,Solmasın şən nəğməsiz gülşən, gülüstan, neyləsin?“Gəl-gəl, ey yar” söyləməkdən mən yoruldum, gəlmədin,Sən özün oldun səbəb hicrana, hicran neyləsin?!Özgə bir gülüzlüyə versəm könül, ey bivəfa,Sən özündən küs, günahkarsan, Süleyman neyləsin?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви