Niyə bağlanmısan ol zülfi-pərişanə, könül?
Niyə bağlanmısan ol zülfi-pərişanə, könül?Qaç o zəncirdən, eylər səni divanə, könül.
Nə vəfa eylədi Fərhadə vəfasız Şirin?Verdi könlün yenə ol Xosrovi-xubanə, könül.
Mənim aşiqliyimi bilmək əgər istərsən,Gör necə şəmə yanır hər gecə pərvanə, könül!
Leylinin rəhmi əgər gəlsə idi Məcnuna,Eşqi salmazdı onu dəşti-biyabanə, könül.
Gözlərin Yusifin eşqilə itirdi Yaqub,Tapdı gördükdə şəfa ol məhi-tabanə, könül.
Aşinalıq eləyəndən bəri cananı ilə,İstəməz Vahidi görməkliyə biganə, könül.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-niye-baglanmisan-ol-zulfi-perisane-konul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nigarım bəzmi-işrətdə belində xəncər əyləşmiş,Məgər Nüşabə təxtində gəlib İsgəndər əyləşmiş!
Artırar hüsnünü gəldikcə rüxi-dildarə xətArtırar hüsnünü gəldikcə rüxi-dildarə xət,Necə xoş olmaz əgər ağ üzrə olsa qarə xət.
Qaşların tağı edib tağı-kəlisanı şikəstQaşların tağı edib tağı-kəlisanı şikəst,Hüsnünün məshəfi İncil ilə Quranı şikəst.
Həmişə eşqinlə eylərəm fəğan, ey dostHəmişə eşqinlə eylərəm fəğan, ey dost,Olubdur hər tərəfə göz yaşım rəvan, ey dost.
Стихи других поэтов · О любви
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdırRəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,