Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm,Səni vəfalı bilib, canfədalıq eyləmişəm.
Rəqibə həmdəm olub, salmısan məni gözdən,Haçankı gün sənə mən bivəfalıq eyləmişəm?
Səninlə yar olalı bir zaman üzüm gülməzKi, bilmirəm sənə nə biədalıq eyləmişəm?
Cəfanı tərk elə, məhparələr cəfa eləməz,Nə müddət idi qapında gədalıq eyləmişəm.
Günüm qaraldı səri-zülfünün xəyalından,Təəccübəm, sənə nə üzqəralıq eyləmişəm?
Kəsib ümidimi, Vahid, mən öz nigarımdan,Səfalı eyşimi axır fənalıq eyləmişəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-seninle-men-gozelim-asinaliq-eylemisem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kəs ki desə, dərdimi dildarə mənimçün,Guya ki, təbibimdir, edib çarə mənimçün.
Əhdü peymanı düz olsaydı gülün bülbül üçünƏhdü peymanı düz olsaydı gülün bülbül üçün,Bülbülün gülşəni tutmazdı sədası gül üçün.
Mən ki candan keçirəm sevgili cananım üçünMən ki candan keçirəm sevgili cananım üçün,O mənim dostumu düşmən törədir canım üçün.
Kim ki, rəqibə minnət edir vəsli-yar üçünKim ki, rəqibə minnət edir vəsli-yar üçün,Bir əndəlibdir, sevinir novbahar üçün.