Məni bir gözəl səs aldadar ancaq,Bu dünyada anlaşılmaz hər nə varmənə bir sərxoş səs anladar ancaq.

Yenə nəğmə söylə, yaman ayığam,yenə sərxoş olum, aşsın, yıxılsınbircə işarəmlə bu dəmir divar,aldat, anlat mənə yanıq səsinləbu dünyada anlaşılmaz hər nə var.

Tələbə kimiyəm yenə, gözəlim,Cibimdə yenə də qəpik-quruş var.Qəm çəkmə, hər halda bu ilk bahardaSənə bir dəstə gül almağa çatar.

Mənim kimisini diz çökdürməyənə Koroğlu gərək, nə qaçaq Nəbi.bir gözəl sevgili, bir nəğmə qəmli,bir kəlmə şirin söz-lap ən axırı:– Eyy, Vaqif Bayatlı, əllər yuxarı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе