Üçüncü məclis
Страница 2 из 2 · 50%
Hacı Qəmbər. Küçüyün nadürüstlüyünə bax a!.. Guya ki qanmır... Nəyindir ki, qanmırsan? Mən səni bu saat başa salım... Bilirsən, Yetər, nə var... Əgər mənim evimin şeylərin və nəqd pulumu hesab eyləsən, əlli beş mindən ziyadədir. Cavahir bu gün-sabah gedir. Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyərəm xoş gəldin. Bir sən qalarsan, bir də mən. Kəbinimizi kəsdirərik. Hər nə olub-qalanım var, hamısını yazdırram sənin adına, olarsan bu evdə xanım. İndi başa düşdünmü, küçük?!
Yetər. Mən sizdən təvəqqe eləyirəm bu sözü bir dediz, bir də ağzınıza alıb, danışmayasız. Mən ölənəcən Dilbər xanımın kəniziyəm, kənizi.
Hacı Qəmbər. Dəli olmusan, nədir, ay qız? Bir dürüst fikir elə gör Allah-taala sənə nə mərtəbədə böyük bəxt açıbdır.
Yetər. Elə bəxti mən istəmirəm.
Hacı Qəmbər. Niyə? Belə məlum olur ki, məni qoca hesab eləyirsən də? Sənin Əşrəf bəyin kimi oğlanları mən cücə yerində qoymuram! Sən nə deyirsən? Onun kimi oğlanların beşinə bir yumruq vursam, yerlərindən durmazlar. Məni necə hesab eləyirsən?.. Yassar balası, yassar. Gör məni kimə tay eləyir.
Yetər. Nahaq yerə özünüzü tərif eləməyin, olan iş deyil.
Hacı Qəmbər. Heç o yan-bu yan eləmə. Bu işdə ölmək var, dönmək yoxdur... Bilsəm ki, məni bu işin üstə dar ağacına çəkəcəklər, genə səndən əl çəkməyəcəyəm.
Yetər. Bircə fikir eləyin axır, siz mənə həmişə qızım-qızım demisiz.
Hacı Qəmbər. Mənim malım, canım, dövlətim sənə qurban, Yetər. Sən gəl mənim bu sözümü yerə salma. Bilseydin ki, mənim gecə-gündüz qərarım yoxdur, bir saat səni görməyəndə dəli-divanə oluram. Bilseydin ki, malımı, canımı qoymuşam sənin yolunda, bu qədər məni incitməzdin.
Yetər. Ağa, belə söhbətdən mənim abırım töküldü... Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin.
Hacı Qəmbər. Dilbər nəkarədir ki, cürət edib sənə güldən ağır söz deyə bilə. Dünyavü aləmi mən sənin üstündə xaraba qoyaram.
Yetər. Ağa, Allah xatirinə məni o məqama gətirməyin ki, sizin yanınızda bihəyalıq eləyim. Mən gedib özümü diri-diri quyuya salmağa razıyam, nəinki bu evə qeylü-qal.
Hacı Qəmbər. İndi ki, öz xoşuna razı olmursan, mən bu işi sənsiz elərəm, özü də güc ilən... Mən belə deməmişdim. Dürüst fikrində saxla ki, mən deyənə bitməsən, başuvu it başı kimi kəsəcəyəm və əgər o fikrə düşəsən ki, evdən qaçasan, səni yer deşiyindən çıxardıb genə əl çəkməyəcəyəm... İndi mən gedirəm, sən dürüst ağlını başına cəm elə və bu axşam mənə cavab ver. (Gedə-gedə.) Axmağın balası öz xeyrini də bilmir.
Yetər (tək). Belə ağrım sənin özünə də, malına da! Axmaq kişi. Hələ görünür ki, ağlı başına yığılmayıb... Dəlidən hər nə desən çıxar, qorxmaq gərək... Allah heç bir bəndəni yetim, köməksiz eləməsin!.. Hənək-hənək, axırı dəyənək... “Qızım-qızım” deyə-deyə axırda belə kələk?.. Səni görüm, kişi, belin sınsın!.. Qüvvətdən dəm vurur, öləsən ha!
Mahmud (daxil olub). Xoş gördük, Yetər! Yaxşısanmı, kefin necədir, nə qayırırsan, nə eləyirsən?
Yetər. Xoş günün olsun, ay Mahmud! Nə yaxşı oldu ki, sən gəldin bizə.
Mahmud. Məni Əşrəf ağam göndərib. Deyir o işdən mənə bir xəbər. Elə sənin yanına gəlmişəm.
Yetər. İşə nə var, iş çoxdan düzəlmiş işdir. Əşrəf bəyə deyərsən gözləri aydın olsun... Mahmud, sən özün bir mənə de görüm sən niyə bizə heç gəlmirsən?
Mahmud. Nə bilim, ay Yetər. Vallah, o qədər işim olur ki, başımı da qaşımağa macal olmur. Bir yandan bəyin işləri, bir yandan öz işim.
Yetər. Sənin işin nədir?
Mahmud. Nə bilim... Özümə bir-iki otaq tikdirirəm, töylə-pəyə tikdirirəm... Əşrəf bəy deyir ki, gərək sən də evlənəsən... Mən də hazırlaşıram, əlac nədir?
Yetər. Sən Əşrəf bəyin darğasısan?
Mahmud. Əşrəf bəy mənim ağamdır, ölənəcən ondan əl çəkməyəcəyəm... Nəinki darğa, bəlkə hər bir ixtiyar mənim əlimdədir.
Yetər. Ay Mahmud, vallah, fikir eləyəndə ki, Cavahir xanım bu evdən gedəcək, az qalır bağrım çatlasın, bilmirəm Cavahir xanımsız mən tək bu evdə necə olacağam.
Mahmud. Sən özün də gəl bizim kəndə. Vallah, doğru deyirəm. Nə var burada?.. Kənd yaxşıdır, Allah vurub şəhəri, adam göy ot da görmür.
Yetər (gülə-gülə). Hacı məni qoyarmı ki, mən də gedim kəndə?!
Mahmud. Sənin fikrin olsun gəlməyə, görüm onda səni kim qoymayacaq. Vallah, səni elə aparram ki, hacı olmasın, lap babası olsun, heç ruhun da inciməz. Qoymaram başından bir tük əskik olsun... Hacı o yan-bu yan eləsə, onun özünü də oğurlaram.
Yetər. Mahmud, zarafat o yanda dursun, Cavahir xanım gedəndən sonra nə vaxt sənə sifariş eləsəm, gəl məni apar kəndə.
Mahmud. Bax, belə mənim bu gözələrim üstə! Nə vaxt istəsən, mən o saat hazıram. Ancaq sən sözündən dönmə.
Yetər. Mənim heç kəsim yoxdur, Cavahir xanım gedəndən sonra mən lap yetim qalacağam, sən ol mənə qardaş.
Mahmud. Qardaş deyərsən, qardaş ollam, yoldaş deyərsən yoldaş!
Yetər. Çox sağ ol, indi get, hacı gəlib səni burada görməsin, yaxşı olmaz.
Mahmud. Salamat qal.
Yetər. Xoş gəldin.
(Mahmud gedir.)
Yetər (tək). Bizim hacıya bax, hacıya!.. “İtin əbləhi qaysavadan pay umar” – buna deyiblər... Siz Allah, görün heç rəvadırmı ki, mən nəsib olam kimə, bir dişi düşük, kaftar kişiyə. Bihəya oğlu bihəya zəli kimi yapışıbdır... Bir neçə gün möhlət verə ta ki, Cavahir xanımın işi qurtara, onda mən öz fikrimi yaxşı çəkərəm... Ancaq qorxuram güclə iş görə. Dəlidən hər nə desən çıxar. Allaha pənah.
Cəbi (daxil olub). Ay qız Yetər, ala bu şeyləri. (Səktə) Nə durmusan, al da! Şal, üzükdür, hacı bu saat sandıqdan çıxardıb. Allah sənə bir elə bəxt açıbdır ki, heç kimə müyəssər deyil.
Yetər. Apar o şal, üzüyü hacı soxsun gözlərinə, eşidirsənmi?
Cəbi. Axmaq olma balam. Adam tarısına təpik atmaz... Bu bir belə xoşbəxtlikdir ki, heç yatıb yuxuda da görə bilməzsən.
Yetər. Bu ki, belə xoşbəxtlikdir və hacı sənə xoş gəlir, öz bacın qızını versənə.
Cəbi. Yetər, Yetər, mən ölüm incimə... Çünki hacıya getmək istəmirsən, lotu lotuyana gəlsənə mən arvadımı boşayım, mənə gələsən. Nə olar, ay qız, axırda ölməyəcəksən?
Yetər. Tfu, sənin bihəya saqqalına! Dəxi nə deyim. (Gedir.)
Cəbi (tək). Qız deyil ki, bir od-yalovdur... Yanından keçmək olmur... Amma öz aramızdır, necə yaxşıca maldır! Allah ürəyinə bir rəhm sala, özünə halal övrət eləyəsən. Necə yaxşı olar!.. (Səktə) Xeyr a... Mənim xəyalım turş xəyaldır. Milyonçu hacıya getməyən mənə gələrmi? Fələyin üzü qara olsun! Barı bolca dövlətin ola, bunlar da olmasa, barı bir şücaətin ola, gənə dərd yarıdır.
Hacı Qəmbər (daxil olub). Cəbi, şeyləri verdinmi?
Cəbi. Verdim, ağa götürmədi...
Hacı Qəmbər. Nə dedi götürmədi?
Cəbi. Nə bilim, ay başına dönüm. Qana bilmirəm. Bir söz deyəndə adamın atası, anası qalmır, ağzına gələni deyir.
Hacı Qəmbər. Ay gədə, sən qəribə biməsrəf adamsan, heç zad əlindən gəlmir. Bəs sən nəyə gərəksən?
Cəbi. Gədə neyləsin, burada güc işi yoxdur, ustalıq lazımdır. Bir az tələsməyin, görək nə təhər elərik.
Hacı Qəmbər. Cəbi, mən gedirəm... And olsun getdiyim Məkkə və Mədinəyə, əgər sən bu işi düzəltsən, sənə yüzcə manat pul verərəm.
Cəbi. Siz buyurandan sonra, pulsuz da mən borcluyam çalışım, əlləşim, ancaq bir az səbr lazımdır.
Hacı Qəmbər. Nəinki yüz, iki yüz də verərəm, üç yüz də verərəm. Ancaq iş əmələ gəlsin. Qoçum Cəbi, görüm nə tövr fənd quracaqsan. Sən ki, şeytana papaq tikənsən.
Cəbi. Arxayın ol, ağa, hər nə kələyim var, işlədəcəyəm.
Hacı Qəmbər. Görək, Allaha pənah! (Gedir.)
Cəbi (tək). Yüz manat az pul deyil... Bir az bərkitsən bəlkə üç yüz də verə... Görünür ki, kişi çox əl-ayaqdadır. Qan gözün tutub... Amma çifayda! Qancıq elə qancıq deyil ki, adam söz deyə bilsin... Görək... (Səktə və fikir) Yetər, Yetər!
Yetər (daxil olub). Qoymazsız bir saat bir yerdə oturaq! Məndən nə istəyirsiz, əl çəkməzsiz?
Cəbi. Mənim bu canım ölsün ki, səndə bax bircə belə də ağıl yoxdur. Axmağın balası, mən də səndən ötrü çalışıram, sənə yazığım gəlir, yoxsa mənə nə düşübdür... Mən bileydim ki, hacı mənim bacım qızını alar, mən elə bu saat özümü ataram hacının ayaqlarının altına... Sən nə deyirsən?.. Amma yəqin bilirəm ki, istəməz, o sənə bənddir, səndən ötrü dəli-divanədir.
Yetər. Cəbi, vallah, sən axırı məni o yerə gətirəcəksən, saqqaluva lomba ilə tüfürəcəyəm.
Cəbi. Vallah, çənəni yerindən oynadaram! Qancıq, bir sözünə bax.
Yetər. Tfu! (Tüpürüb qaçır.) Aldınmı payını?
Cəbi (tək, səktə). Mənə hələ bu da azdır... Bir mənə deyən gərək ay həpənd, sən nə girmisən meydana? Hacı nər kimi qızışıb norəstə qız alacaq, sənin saqqalına tüfürəcəklər. Mənim kimi də axmaq olarmı? Daş mənim bu axmaq başıma... Könlü balıq istəyənin quyruğu suda gərək. Hacı qoy özü öz işini düzəltsin, mən qələt elərəm bundan sonra Yetərə bir kəlmə söz demərəm. (Gedir.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-yagisdan-cixdiq-yagmura-dusduk-ucuncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...
Balaca mütəfərriqələr 50Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram?Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır).
Balaca mütəfərriqələr 51...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri.“Aqibət gürgzadə gürg şəvəd,
Balaca mütəfərriqələr 52Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...– Mövlayi-mən!
Стихи других поэтов
— Həsən:Göstərəndə qaşlarının tayını,
Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldürМы жить не можем, смерть поправ,— как тяжко умирать!На жизнь имея столько прав, как тяжко умирать!
Könlüm xoş olur ol büti-zibayə baxandaKönlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdırRəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.