Yarəb, bu gedən sərvi-sərəfraz kimindir?İnsan bu surətdə olur az, kimindir?

Xəlq içrə ki, yoxdur belə məqbulü müzəlləf,Meydani-gözəllikdə bu sərbaz kimindir?

Qaşı, gözü, əndamı, təmamən əl ayağı,Hər bir sümüyü başına yüz naz kimindir?

Munca ki, sərapa bəzənib dürlü cəvahir,Zərrin qəba, simu sərəndaz kimindir?

Макта — последний бейт с тахаллусом поэта. Tuş oldu sənə, xəstə Vidadi, bu əcəldir,Yoxsa ki, nə sözdür belə şəhbaz kimindir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви