Qorxub çəkilmədik ölümdən, qandan,Çıxdıq illər boyu çox imtahandan;Bombalar yağsa da bizə hər yandan,Dağlara səs salar hücum borusu,Haydı, arş irəli, Vətən ordusu!Pozmaz cərgəmizi nə dərə, nə düz,Hazırdır döyüşə qızıl süngümüz.Hər gün meşələrdə vurduq yüzə yüz;Dağlara səs salır hücum borusu,Haydı arş irəli, Vətən ordusu!Bizik kəc yağının döşündən vuran,Azadlıq yolunda keşikçi duran;Bizik tarixləri yenidən quran.Dağlara səs salır hücum borusu,Haydı, arş irəli, Vətən ordusu!Qüvvəmiz günəşə, aya təməldir,Sinifsiz gələcək bizə əməldir,Ən böyük nəğməmiz Beynəlmiləldir;Dağlara səs salır hücum borusıı,Haydı, arş irəli, Vətən ordusu!Yaşa, qızıl əsgər, yaşa, min yaşa!Aldığın nişanlar çıxmasın boşa!Salam marşalımız Klim yoldaşa!Dağlara səs salır hücum borusu,Haydı, arş irəli, Vətən ordusu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов