خاکِ سیاه بر سرِ آب و هوای ری
خاکِ سیاه بر سرِ آب و هوای ریدور از مجاوران مکارمنمای ری
در خون نشستهام که چرا خوش نشستهانداین خواندگان خُلْد به دوزخسرای ری
آن را که تن به آب و هوای ری آورنددل آب و جان هوا شد از آب و هوای ری
ری نیک بد ولیک صدورش عظیم نیکمن شاکر صدور و شکایتفزای ری
نیک آمدم به ری، بَدِ ری بین به جای منایکاش دانمی که چه کردم به جای ری
عقرب نهند طالع ری من ندانم آندانم که عقرب تن من شد لقای ری
سرد است زهر عقرب و از بخت من مراتبهای گرم زاد ز زهر جفای ری
ای جان ری فدای تن پاک اصفهانوی خاک اصفهان حسد توتیای ری
از خاص و عام ری همه انصاف دیدهامجور من است ز آب و گِل جانگزای ری
میر منند و صدر منند و پناه منسادات ری، ائمّهٔ ری، اتقیای ری
هم لطف و هم قبول و هم اکرام یافتمز احرار ری و افاضل ری و اولیای ری
از بس مکان که داده و تمکین که کردهاندخشنودم از کیای ری و ازکیای ری
چون نیست رخصه سوی خراسان شدن مراهم باز پس شوم نکِشم پس بلای ری
گر باز رفتنم سوی تبریز اجازت استشکرا که گویم از کرم پادشای ری
ری در قفای جان من افتاد و من به جهدجان میبرم که تیغ اجل در قفای ری
دیدم سحرگهی ملکالموت را که پایبیکفش میگریخت ز دستِ وبای ری
گفتم تو نیز؟ گفت چو ری دست برگشادبویحییِ ضعیف چه باشد به پای ری
Reyin yaxşı adamından uzaq olsun qara gün,
Reyin abu havasının başına kül tökülsün.
Mən düşünüb, qan ağlaram, görən necə qalırlar?
Bu cəhənnəm guşəsində o behiştlik adamlar.
Reyin abü havasına düşsə əgər bir nəfər,
Qəlbi suya dönər yəqin, canıysa badə gedər.
Rey pisdirsə, yaxşıların əlindədir rəyasət,
Çox razıyam başçılardan şəhərdəndir şikayət.
Yaxşı məni yaxaladı Reyə gəlcək yamanlıq,
Pis mənmişəm, nə edərdim, Rey olsaydım bir anlıq.
Deyirlər ki, Əqrəbdədir Reyin tale ulduzu,
Xəbərsizəm ondan, mənə əqrəb oldu Rey özü.
Soyuq olar əqrəb tökən zəhər, məndə bəxtə bax,
Rey cəfası zəhərindən isitmə tutdum ancaq.
Qurban olsun İsfahanın Rey dağına, düzünə,
Tutya olsun İsfahanın torpağı Rey gözünə.
Gözüm lütfü kərəm görmüş Reyin nəcib əlindən,
Reyin suyu, torpağıdır məni üzüb qəhr edən.
Reyin böyük adamları, alimləri, doğrudan,
Hökmdarım, havadarım, pənahımdır hər zaman.
Fikri azad fazilləri göstərərək kəramət,
Mənə hörmət eylədilər, göstərdilər mərhəmət.
Hörmət qoyub, yer verdilər gəldiyim gün kübarlar,
Mən onlara canü dildən minnətdaram, minnətdar.
Xorasana getmək üçün icazə yoxsa mənə,
Rey əzabı çəkməkdənsə, dönmək xoşdur vətənə.
Qayıtmağa icazəm var əgər Təbrizə san,
Minnətdaram, bu hörməti etmiş Rey hökmdarı.
Qətlim üçün əldə qılınc Rey arxamca çapır at,
Boynu düşsün Reyin, bəlkə tapım əlindən nicat.
Əzrayılla qarşılaşdım bir gün səhər nagəhan,
Ayaqyalın qaçır, gördüm, Rey yaydığı vəbadan.
Dedim: - Sən də baş götürüb qaçırsanmı, Əzrayıl?
Dedi: - Necə mən binəva durum Reyə müqabil?
- BAĞDADIN ŞEYXLƏR ŞEYXİ HAQQINDA
Kitabxana.az · https://kitabxana.az/ru/works/xaqani-qeside-217
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
شنیدم حاجییی احرام بستهچو در ریگ بیابان گشت خسته
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,