خاقانی بلند سخن در جهان منم
خاقانی بلند سخن در جهان منمکزادی از جهان روش حکمت من است
Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim;Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.
ضرب الرقاب داد شیاطین آز رااین تیغ نطق کز ملکان قسمت من است
Qırmış təməh cinlərini sənətimin xəncəri,Bu kəskin dil mələklərdən olmuş mənim qismətim.
این گنبد فرشته سلب کآدمی خور استچون دیو پیش جم گور خدمت من است
Mələk üzlü, bəd tiynətli fələk istər Cəmşidə –Divlər bir qul olduğu tək, bəlkə ola xidmətim.
اسباب هست و نیست اگر نیست گو مباشکاین نیستی که هست مرا حشمت من است
Yoxumsa da var-dövlətim, demərəm ki, yoxsulam,Yoxsulluq bir varlılıqdır, artar ondan şövkətim.
کی ماندم جنابت دنیا که روح راگر یوسف است دلوکش عصمت من است
Bu dünyanın murdarlığı əlindən can qurtarsam,Yusif olar suçəkənim, artar qədrim, qiymətim.
میخواستم که رد کنم احسان خواجه راز آن خواجگی که در بنهٔ همت من است
Xacənin mən istəyirdim töhfəsini rədd edəm,Çünki belə töhfələrdən çox yüksəkdir hümmətim.
خضر از زبان کعبه پیام آورید و گفتاحسانش رد مکن که ولی نعمت من است
Xızr dilə gəlib, mənə dedi Kəbə adından:Rədd eləmə, bil ki, odur mənim vəlinəmətim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xaqani-qite-56
Клавиши ← → для перехода, R — случайное стихотворение