Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,Cövr bilmən, kim, bəlayi-müntəha qaldı mana.

Ey pəri, çox işveyi-hüsninə məğrur olma kim,Mülki-fani sanmagil, kim nə sana qaldı, mana.

Ta kim, ol xurşidrux getdi gözümdən su təki,Göz yaşım onun üzündən aşina qaldı mana.

Sən gedəndən bərlü anca zarü əfğan etmişəm,Yerü gög, insü mələk cümlə baxa qaldı mana.

Dilbərin getdi, Xətai, sən nedirsən dünyanı?Çünki can getdi, bu tən, yarəb, niyə qaldı mana!

Hərdəm ğəmində naləvü ahim yetər mana,Dünya yüzündə ol yüzi-mahim yetər-mana.

Isbat qılmışam ruxi-zərd, əşki-sürximi,Dəviyi-eşqə böylə güvahim yetər mana.

Aləm xəlayiqi mənə cümlə həsud ola.Ol asitanın iti pənahim yetər mana.

Zahid, ögünmə, taleyi-sədəm, deyib yüküş,Sən var işinə bəxti-siyahim yetər mana.

Макта — последний бейт с тахаллусом поэта. Kəsmə ümidi-rəhməti həqdən, Xətai, sən,Cümlə xətadə lütfi-ilahim yetər mana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви