İçmişəm bir dolu, olmuşam ayıq
İçmişəm bir dolu, olmuşam ayıq,Düşmüşəm dağlara, olmuşam geyik,Sənə derəm, sənə, sürməli keyik,Qaçma məndən, qaçma, avçı deyiləm.
Avçı deyiləm ki, düşəm izinə,Qaça-qaça qanlar endi dizinə.Sürmələr hey çəkdin qonur gözünə,Qaçma məndən, qaçma, avçı deyiləm.
Sənə derəm, sənə, geyik ərənlər,Bizə sevda, sənə dalğa verənlər,Dilərəm mövladan yenməz vuranlar,Qaçma məndən, qaçma, avçı deyiləm.
Aydır Şah Xətayim: – Uçan-qaçandan,Zərrəcə qorxmarıq bu dadlı candan,Gedib də’vaçı olma atana məndən,Qaçma məndən, qaçma, avçı deyiləm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-icmisem-bir-dolu-olmusam-ayiq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər,Sən bu işdə qılma təqsir, ixtiyar əldən gedər.
Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır (Ayrılır qəzəli)Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır.
Ey pəri, hüsnin sənin cahi-cahandan yaxşıdırEy pəri, hüsnin sənin cani-cahandan yaxşıdır,Bəlkə, ancaq can deyil, canü cahandan yaxşıdır.
Ey sənəm, eşqində hərdəm bu könül bimardırEy sənəm, eşqində hərdəm bu könül bimardir,Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.
Стихи других поэтов
Damanda qalmışam, yetiş dadıma,Özünü Xeybərə yetirən Əli!
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı