Dilbər, səni tarı, günəş camalın,At bürqəni, al yanağı görünsün.Bəyaz cəbinində qövsi-qüzeh tək,Hərami qaşların tağı görünsün.

Gizləmə gəncini süni-hudanın,Qoy olsun aşikar, sən ol öz canın;Sal ağızdan yaşmaq, sədəf dəhanınŞirin-şirin danışmağı görünsün.

Susayıb qanıma bimar gözlərin,Xəstədir, gördüyün umar gözlərin,Eşq əhlinə iki xumar gözlərinKaman çəkib, ox atmağı görünsün.

Çəkibsən sədrinə qara çarqatı,Bulud kimi alan ara çarqatı.Götür tulla, bir kənara çarqatı,Giribandan sinən ağı görünsün.

Sevgi gərək ola sevgisilə düz,Əylənə bir yerdə gecəvü gündüz;Bir dəm Zakir ilə otur üzbəüz,Üzarının solu, sağı görünsün,

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви