Mehdi bəyə
Bəyi görmək mənə deyil müyəssər,Mənim əvəzimdə, filani, sən gör,De kim, bu nə işdir, ey mərdi-məqul,O əhdi, iqrarı yalanı sən gör.
Xəlq içində özün zahid göstərən,Fasiqə, facirə nəsihət verən.Naxunundan qeyri ... iki görənZöhrəyə müştəri olanı sən gör.
Həq bilir ki, ustadıdır bəd karın,... zürrətin namusun, arın.Əgər xan bağına düşsə güzarın,Məryəmi ... talanı sən gör
Kəmmali-kamiləm deyib özünə,Bir əbləhi inandırıb sözünə.O xəlvət xanədə Fatma gözünəSəhər ertə milçə salanı sən gör.
İldə birin doğub, örtüb, çuluyan,... yeksər-zolluyan,Hər atı görəndə ... tulluyan,Bir özü mil, qaşqa qulanı sən gör.
Rəviyyəşinas həm iş bilən olmuş,Xanımlara, xatınlara tən olmuş,Abırlı, həyalı məğil zən olmuş,Ərinin saqqalın yolanı sən gör.
Tərk edib vacibi fərzi-sünnəti,Almayıb peşminə heç məzəmməti,Tanrı bilir, bu işlədən büdətiNə kürd eylər nə, də kolani sən gör.
Üçoğlanlı Səfər getsin dərinə,Mən dolanım qoç iyidin sərinə;Yolun düşsə Şəkərbəyli yerinə,Həzərat saldığı bulanı sən gör.
Əmisinə eləməyə nəsihət,Qasimi incitmək sənə nə nisbət,Dövlətlidən dövlət, gordan bəsirət,Çalar hər tərəfi ilanı sən gör,
Xan qızının bizə lütfü, nəzəri,Sanırdı özünün canı, cigəri.Bu yaz bəyə münsif olandan bəriÖzümü saldığım bəlanı sən gör.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-mehdi-beye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,Cəsm oldu tiri-çərxə nişanə yavaş-yavaş,
Yar demişdi gələn bayrama gəlləmYar demişdi gələn bayrama gəlləm,Ömür başa yetdi il arasında.
Dost yolunda cəfa çəkdim, can üzdümDost yolunda cəfa çəkdim, can üzdüm,Yetişmədim bir məkanə, ay mədəd!
Bir baxHəddən aşıb bu viladə şərarət,Hər kim bir iş görə puluna minnət.
Стихи других поэтов
Bol fəsəli yağlandı,Süfrələrə bağlandı.
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Mürəbbe: Bülbülə gülşəndə rəngü-ruxsarınBülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,
GörmədimVahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim