Qafqaz canişininə

Ey vəliəhd, sənə lütfi-xuda yar olsun,Dəstgirin əbədən qadiri-muxtar olsun!

Güləşəni-dəhrdə sərsəbz nihali-bəxtin,Ey sərəfrazi-cahan, ta ki, cahan var, olsun!

Çeşmi-bəddən səni hifz eyləsin oy həyyü qofur,Baxsa hər kim, sənə gəc, dərdə giriftar olsun!

Sayəbani-sipəhin ətləsi-çərxi-əxzər,Pasiban dərgəhinə əncümü səyyar olsun!

Cami-eyşin meyi-gülrəng ilə daim ləbriz,Qədəhi-bəzmi-nəşatın dəxi sorşar olsun!

Əmrinə bəndeyi-fərman Buxara, Xarəzm,Hökmünə Çinü Xəta tabeyi-iqrar olsun!

Düşsə hər cayə yolun şamü səhər fothü zəfər,Ol biri pişrovun, biri qəfadar olsun!

Dustun xoşdilü xürsənd ola, bədxahlərinBidi-Məcnun kimi həmvarə nigunsar olsun!

Pərtövi-mehri-rüxun etsin üfüqdən tale,Çeşmi-bədbini-ədu şəbpərəvəş tar olsun!

Nə əcəb, sümmi-səməndi-sipəhinlə yeksərKühi-Əlburz biyaban kimi həmvar olusn!

Çoxdur ümmid bu dəm qovmi-Çeçən, əhli-AvarDağılıb hər tərəf avarəvü idbar olsun!

Şahbazi-dəri-dövələt nə bilir ovci-həziz,Götürər çənginə yüz tayiri-gühsar olsun!

Eylədi xuldi-bərin Tiflisi feyzi-nəzərin,Bas Qarabağə qədəm, məskəni-gülzar olsun!

Qələt etdim bu sözü, hanı o sər bizlərədəKim, vəliəhdi-şəhə layiqi-iysar olsun!

Yoxdu bu əsrdə ol şairi-pürzur, əfsus,Deyə bir mədh ki, şənində səzavər olsun!

Şairə eyb deyil, zabitədir təbi səlim.Dərk edər anı ki, güncayişi-göftar olsun!

Baisi-fəxri-vücudat ola bir paknijad,Vəsfü övsafi-kəmalatı nə miqdar olsun!

Nəzmi-mən, – pişi-Süleymanə necə muri-həqirGətdi ta payi-mələx, – həcati izhar olsun.

Pirəzən dəstinə almış kələfi-rismaniYusifi-Misrə həmana ki, xiridar olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов