– Yenə fikirlisən? Yenə qüssə, qəm?Heç kimə qalmayıb, inan, bu aləm!– Bu günü, sabahı düşünməsən, sənSevinc də, kədər də, nədir, bilməzsən!

– Bu dərd mənə qalıb? Özgələri var.– Elədir... Düşünsən, dərdin çox olar!– Qəribə adamsan... Belədir gerçək:Beşgünlük dünyadır... Kef sür, nəşə çək!– Amalsız, inamsız yaşasa insanSəhrada bir daş da yaxşıdır ondan!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов