Rəfiq Zəka Xəndan: Eşq
Sevgidir, məncə, bəxtiyarlıq da,Ulusa sevgidən əzəl şey yox.
Sevgidir ömürSevməyən insana ömür yedəkdir,Sevənlər söyləməz ömür gödəkdir!
Dünyanın ləzzətiQadınlar eşqinə dinər kaman, saz,Sevgi onlardadır, ruh onlardadır.
SevgiSevgidir uzadan ömrü, heyif ki,Ömürdən qısadır dünyada sevgi.
Nə deyirsən?Sən sevgiyə gerçəkdə bir əfsanə deyirsən,Sənsiz yaşamaq ölməyə bənzər, nə deyirsən?!
Sevirəm mən səni candanBir oğulsan, ulusa aşiqsən,Ən gözəl sözlərə sən layiqsən.
Öləndən sonraYaşadar könlümü ilham, qarışar şerə başı,Yaşayar şair olan kəslər, öləndən sonra!
Alov, odTükənər ömrü suda,Alov aşiqdir oda,
HəyatınSevginin dadıdır dadı həyatın,Sevgisiz, ölümdür adı həyatın.
SevməzCanan səni sevməz deyə öz qəlbini yaxma,Şeir aşiqisən, çox da ki canan səni sevməz.
Əziz dostDostsuz olan insanda vəfa olmaz, əziz dost,Dostun diləyi dosta cəfa olmaz, əziz dost!
AramızaKönlümə o çağlar düşüb,Gözümdən o bağlar düşüb,
AyırmasınEy yurdum, ey canım, gözüm, ey mənliyim mənim,Ey yer üzündə mutluluğum, şənliyim mənim!
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.