Xaqani Şirvani: Hicran
Qulağım səsdəydi, xəbərsiz qaldı,Vəslin gözlərimi nəzərdən saldı.
Rübai 135روزی فلکم بخت بد ار باز آرداز این دل گم بوده خبر باز آرد
Rübai 175Ey hüsnü şəhərdə şöhrətli canan,Min aşiq vəslini arzular hər an.
Rübai 180Gecəni zülmət et saçınla, canan,Ey vüsal gecəsi, bitmə heç zaman!
Rübai 181Vüsalə pərdə çək gecə, ey qəmər!Ey fələk, pərdəmi yırtma, et həzər!
Rübai 225Mən şeyda bülbüləm, sən - qızılgülüm,Sənsiz mümkün deyil şadlanıb gülüm.
Rübai 242Yatanda yuxumdan çıxmır xəyalın,Oyandım, fikrimdə gəzir vüsalın.
Rübai 245Gündüz fəraqından yandı ürəyim,Gecə vüsalını andı ürəyim.
Rübai 249Dedin ki, gedirəm, getmə, a canan!Getsən, bil ki, məni öldürər hicran.
Rübai 275Xaqaninin dərdi gözlərdən pünhan,Can - xəstə, göz - yaşlı, ürəksə - al qan.
Rübai 285Bizə gözmü dəydi yoxsa, a dilbər,Yenə də üz verdi ayrılıq, kədər.
Rübai 288Ömür ötüb keçdi bir kam almadan,Yarın vüsalına tapmadım imkan.
Rübai 305گفتم پس از آن روز وصال ای دلخواهشبهای فراقت چه دراز آمد آه
Rübai 330Mən idim xəlvətdə, bir də o dildar,Zülfünü boynuma dolamışdı yar.
Rübai 343Dilbərim, edəndə zülfünü çövkan,Qəlbimi top kimi atıb tutursan.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.