Dinsizlik

Pənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.

Cəlil Məmmədquluzadə2 dəq
Qız mütribləri

Məlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur.Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək?

Cəlil Məmmədquluzadə1 dəq
Ay qoçaq mülkədar!

Hey, necə gördün?A rəhmətliyin oğlu, bu qədər mərəkə və qilü-qaldan sonra yenə mülkədarlıqdan əl çəkmirsən?

Cəlil Məmmədquluzadə1 dəq
Mühübbi imam

Mən Allah bəndəsi bir adamam və hər bir şeyə də etiqadım var: tövhidə və imamətə, nübüvvətə və axirətə, onun üçün də İngiltərə cahangirlərinin qarşısına göstərilən protestlərə şərik deyiləm və buna mənim çox böyük bəhanəm var.Yəni, sən nə babətdən İngiltərə vəzirlərindən narazısan?

Cəlil Məmmədquluzadə2 dəq
Murdar

Krımda təyyarəçi məktəbində iki yüz şagird oxuyur. Bunların içində bir nəfər də türk balası yoxdur.Sən nahaq yerə bu sözləri mənə deyirsən; çünki bilirəm ki, bu sözləri mənə deməkdə türk qardaşları məzəmmət etmək istəyirsən ki, nə səbəbə uçucu dərsindən qaçırlar. Mən də bunun cavabında sənə deyirəm ki, çox əcəb eləyirlər qaçırlar. O səbəbə ki, havaya uçmaq peşəsindən qaçmağa tatar millətlərinin iki böyük bəhanələri var.

Cəlil Məmmədquluzadə2 dəq
Qalife şalvar

Oktyabr bayramında əmələlərdən kəndlərə nümayəndə göndərilmişdi ki, kəndlilərin əhvalını yoxlasınlar və görsünlər əkinçi qardaşların məişəti nə cür keçir.Əmələ nümayəndələri kəndləri gəzəndən sonra elə qəribə-qəribə xəbərlər toplayıb, gətirdilər ki, o xəbərləri qəzetələrdə oxuyanda çoxları ola bilər ki, təəccüb edələr və bəlkə inanmayalar.

Cəlil Məmmədquluzadə2 dəq
Kitab məsələsi

Çox yerdən yazıb, bizdən soruşurlar ki, aya qədim əsrlərə nisbət yenə indi mətbəə və çap işləri baha başa gəlir?Bu cür sualların hamısına mən indi birdən cavab vermək istəyirəm.

Cəlil Məmmədquluzadə2 dəq
Fars konsulu

Deyirlər: Bu günlərdə Bakıda əyləşən İran konsulu qeyri yerə dəyişiləcək və onun yerinə Tehrandan təzə konsul göndərirlər. Bu təzə gələn konsul farsdı və türk dilini bilmir. Bunu da deyirlər ki, Bakıdan savayı qeyri şəhərlərə də təzəlikdə göndəriləsi olan İran konsulları fars olacaqlar və bəlkə onlar da türk dili bilməyən olacaqlar.Rusca deyirlər: Pociviyom, uvidim. Yəni inşallah yaşarıq, görərik. Biz də inşallah (bu əcəl məsələsi işi xarab eləməsə) inşallah görərik.

Cəlil Məmmədquluzadə1 dəq
Allah, bədnəzərdən saxla!

Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər.Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir.

Cəlil Məmmədquluzadə1 dəq
Ev adları

Bakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq?Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar.

Cəlil Məmmədquluzadə2 dəq
Təzə il

Bu günlər təzə ilin günləridi. Yəni bu günlər İsa peyğəmbərin, yəni xristiyanların Allahının xəlvətcə anadan olmağından min doqquz yüz iyirmi dörd il keçib, min doqquz yüz iyirmi beşə ayaq qoyur. Vaqedə çox böyük tarixdi.Min doqquz yüz iyirmi beş il bundan qabaq birinci dəfə xristiyan aləminə cənnət-cəhənnəm və axirət etiqadı soxulub, indiyə kimi neçə milyon insanı keşişlərin torundan qurtarmağa macal vermir.

Cəlil Məmmədquluzadə1 dəq
Haqq söz

Qəzetələr yazır ki, Şamxor müəllimləri acından dilənirlər. Əlbəttə, qəzetələrin sözü haqdır. Əgər maarif müdiri deyir ki, “Mən nə eləyim?”, “Artıq pulu haradan alım ki, müəllimlərə də artıq məvacib verim?”. Əlbəttə, bu da haqdır. Əgər bunun müqabilində Şamxor müəllimləri deyir ki;– Xob, bizə ki, artıq pul tapa bilmirsiniz verəsiz, eybi yoxdu, biz ötüşərik. Amma bu şərt ilə hamı qulluqçular bizim kimi ayda bir dəfə ət pişimişindən artıq bir şey yeməsin və gecə-gündüz yağ ilə bal içində üzməsin. Bu da haqdır.

Cəlil Məmmədquluzadə2 dəq
Ticarət naloqu

Qəzetələrdə gözümüzə bir belə yazı sataşdı:Bir nəfər yazıçı : “Bədbin” imzası ilə yazır ki, Bakı komunxozu alverçilərdən naloq almaqda o qədər tərəqqi edib ki, bir nəfər küçədə susatan uşağa ayda on manat naloq təyin eləyib. Məqalə sahibi komunxozların bu cür naloq almağını oxşadır keçən vaxtlarda İranda bir şəhərin komunxozunun əhalidən naloq istəməyinə. O vədə şəhərin hakimi hökm eyləmiş imiş ki, hər pinəçidən əlli tümən alınsın. Çünki pinəçilik böyük ticarətdi və hər bir çolağdan əlli tümən alınsın. O səbəbə ki, çolağın ikiayaqlılara nisbətən başmaq xərci yarıbayarı azdı. Keçəllərdən həmçinin əlli tümən alınsın. Çünki keçəllərin dəllək xərci yoxdu. Bundan da savay hər bir Məmmədəli adlı əhalidən yenə əlli tümən alınsın. Bu səbəbə ki, İranda Məmmədəli adında adam çoxdu.

Cəlil Məmmədquluzadə2 dəq
Uşaq teatrı

İstəyirdim bu gün uşaq teatrı barəsində bir neçə söz yazam. İstəyirdim yazam ki, aya, nə səbəbə böyükləri teatra cəlb eləmək yolunda bu qədər zəhmətlər sərf eləyənlər uşaqları bir dəfə də olsa, yada salmırlar? İstəyirdim yazam ki, bunun çavabında teatr “sahibləri” deyəcəklər ki, uşaqlar üçün pyeslərimiz yoxdur; onda mən yazacaq idim ki, az qala cürbəcür dillərdə pyeslərin tərcüməsinə bu qədər pullar ötürüldüyü yerdə nə olardı ki, uşaq pyesi yazmağa da bir neçə qəpik-quruş verilə idi ki, kasıb və bikar yazıçılarımız nə qədər kefləri istəyir uşaq aləminə dair teatr əsərləri yazıb tökə idilər meydana. Xülasə, bu barədə bu gün istəyirdim bir məqalə yazam; amma bir qədər fikirləşdim və gördüm ki, mənim bu yazmağım bir nəticə bağışlamayacaq. O səbəbə bağışlamayacaq ki, mən yazdığım töhmətin qabağında teatr sahibləri elə bir dəlilli və isbatlı cavab verəcəklər ki, hələ mən onların yanında borclu çıxacağım.Onlar mənə iki dəlilli və isbatlı cavab verəcəkdilər: biri budur ki, deyəcəkdilər ki, biz əgər uşaqları teatra cəm eləmək fikrinə düşmürük, bunun səbəbi budur ki, biz müsəlmanıq və uşaqlarımız da müsəlman balalarıdı. Və məlumdu ki, müsəlman içində uşaqları həmişə böyüklərdən uzaq saxlayıblar və böyüklərin məclisindən onları qoruyublar və yenə qoruyurlar və yenə uşaqları kişilərdən qorxulu saxlayıblar. Əlbəttə, Şərq aləmində bunun bir səbəbi və mənası var. Ancaq bunu hamı bilir ki, bir məclisə, ya bir evə kişi qonağı gələndə uşaqları da arvadları qovan kimi qovublar qaranlıq otağa.

Cəlil Məmmədquluzadə2 dəq
Axır çərşənbə

İki həftə bundan qabaq gördüm ki, çərşənbə axşamı müsəlman məhəlləsində həyətlərdə və damların üstündə saqqallı kişilər küçə uşaqları ilə birlikdə tonqal qurub, od yandırırlar və alovun üstündən o tərəf– bu tərəfə tullanıb deyirlər:

Cəlil Məmmədquluzadə2 dəq
Dindarlıq

Mən yazılarımı indiyə kimi “dinsizlik” ünvanı altında yazırdım. Amma indi görürsünüz ki, dinsizliyi tullayıb dindarlıq moizəsi eləyirəm. Demək, istiğfar eləyirəm; demək, ağ ləkə qara ləkəni basır.Bu peşimançılığa, əlbəttə, bir səbəb var: heç bir nəticə yoxdur ki, onun səbəbi olmasın, heç bir axır yoxdur ki, onun ibtidaisi olmasın. Dinsizlikdən bari-pərvərdigarın tərəfinə qayıdıb gəlməyimin səbəbi budur ki, aşağıda ərz eləyirəm. Səbəbi də yəni heç örtülü deyil, çox açıqdır.

Cəlil Məmmədquluzadə2 dəq
Varlılar bayramı

Novruz bayramı çox yaxşı bayramdır, ancaq ikicə eybi olmaya: 1. Böyük xərci və 2. Nəhayət zəhməti.Əvvəl xərcindən danışaq, sonra zəhmətə keçək.

Cəlil Məmmədquluzadə2 dəq
Ticarət malının cinsliyi

Əvvəla, Ağa seyid Məhəmməd vaizin mövizə malı xeyli qumaş və özü də solmayandır. Belə ki, ramazanın 8-də axund həmən “Yaşıl günbəz” məscidində minbərə süud edib, belə buyurubdur:Hər kəs bu mübarək günlərdə orucunu yeyə və namazını qılmaya, onun arvadı ondan boşdur. Yəni dörd ay iddə saxlayandan sonra ərə gedə bilər.

Cəlil Məmmədquluzadə1 dəq
Gizlədirlər

Biz həmişə eşitmişik və görmüşük ki, çox adamlar oruc yeməklərini mömin müsəlmanlardan gizlədiblər. Yəqin ki, bu adət qədim əyyamdan qalıb: yəqin etmək lazımdır ki, vəhşi camaat arasında oruc yemək elə bir böyük çinayət hesab olunub ki, orucunu yeməyə məcbur olanlar xəlvət bir yer altı axtarıblar ki, bir kəs onları görməsin. Hələ nəinki uzaq və qaranlıq islam məmləkətlərində, bu hal indi də bu surətdə qalır, hətta indi bu saat gözümüzün qabağında həmşəri palanında bir kəs cürət edib orucunu yeyə – gör qoçağım şeyx Qəni ağa o məlunun başına nə iş gətirər!..Demək, oruc yeməyi gizlətmək təbii bir haldır və buna da təəccüb eləməli deyil; amma sözümüz oruc tutmağı gizlədənlər barəsindədir. Burada çox məzə var. Dünən axşama iki saat qalmış bizə bir qonaq gəldi. Evimizdə çay dəmdə idi; bir stəkan çay tökdük, qoyduq qabağına. İçmədi və dedi ki, ürək döyünməsi səbəbindən həkimlər çay içməyi ona qədəğan ediblər. Sonra məlum oldu ki, papirosu da haman səbəbdən ona qədəğən ediblər. Amma haman gün axşamdan iki saat sonra haman rəfiqimi ədliyyə məhkəməsində tamojna qəhrəmanlarının işində mən papiros çəkən gördüm. Məlum oldu ki, hərif oruc imiş. Özü də müəllimdi.

Cəlil Məmmədquluzadə1 dəq
İki cür möcüz

Təzəlikdə Amerikada “Hiyufant” vilayətində təzə təsis olunan elektrik stansiyasına bəzi axmaqlar möcüz ad qoyurlar. Guya bu illətə ki, həmin elektrik stansiyasına iki yüz milyon at qüvvəsi əmələ gətirəcək. İyirmi milyon kilovat işıq verəcək və Şimali Amerikanın cəmi zavod və mədənlərinin yarısını işlətməyə və işıqlandırmağa qadir olacaqdır.Bu barədə Bakıda on yeddinci klubun zalında ramazanın 23-də professor Nikolayev tərəfindən müfəssəl məruzə oxundu ki, möcüz o deyil. Möcüz odur ki, həmən gecə qubalılar məscidində bir nəfər ləzgi istəyirmiş minbərə çıxıb xütbə oxusun. Elə ki, ağzını açıb, birdən yıxılıb və həmən saat can verib, ölüb. Həmən saat camaat həyəcana gəlib, bu işi möcüz hesab edib və fövri şeyx cənablarına üç yüz otuz manat pul yığıb, verib, dağılıblar.

Cəlil Məmmədquluzadə2 dəq
Qəribə tapmaca

Doğrudan da bu tapmaca çox qəribədir. İndi bir Allah bəndəsinin yolu düşə Parijə, ya Londona. Bu tapmacanı orada söyləyə. Yəqin ki, belə bir sözə orada heç bir kəs inana bilməz.

Cəlil Məmmədquluzadə1 dəq
Tapmaca

O hansı konsuldu ki, Bakı kimi böyük şəhərə konsul təyin oluna və gəlib çıxa Bakıya. Görə ki, bu şəhərdə yaşayan neçə min təbəəsinin heç birisi nə konsul cənablarının dilini başa düşür, nə də konsul onların dilini bilir. Axırda lazım gəlir ki, bir hambal konsulun hüzuruna gəlib, şikayət eyləməli olsa, məcbur ola öz yanınca bir dilmanc da gətirməyə?Hər kəs bu tapmacanı tapsa, söz verirəm axund-molla Tağıdan iltimac edəm ki, bayram günü ərdəbilli məscidimizə Seyid Mirhəsən Ərdəbiliyə yığdığı altmış manatın yarısını həmən seyidə verəndə və yarısını da bərayi-ehtiyat öz yanında saxlayanda həmən puldan bir qədər xərclik də bizim tapmacanı tapana karsazi eləsin.

Cəlil Məmmədquluzadə1 dəq
Qərardad

Qabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?

Cəlil Məmmədquluzadə3 dəq
İki faciə

İran barəsində bu axır vaxtlarda iki bədbəxtlik üz verib. Biri Ərdəbildə axund Mirzə Ələkbər ağanın tutulub Tehrana göndərilməsi, ikinci də ləqəblərin götürülməsidir. Bu iki fəğərəyə biz o səbəbə bədbəxtlik adı qoyuruq ki, birisi fövt olub dünyadan gedəndə, onun qohum-əqrabası cəm olub, yas tuturlar.Nədir bunun mənası? Bunun mənası budur ki, o şəxs tutuldu, getdi, onun yeri boşalır, onun yeri görsənir və o heyndə dəxi dünyada bir kəs olmur ki, mərhumun özü kimi və özünə oxşar onun yerini tutsun. Axund Mirzə Ələkbər ağanın Tehrana aparılması barəsində bunu deyə bilərik ki, bu işin özü ərdəbillilər üçün həqiqətdə bir böyük dərddir ki, nə qədər dünya var bu dərdin dağı onların ürəyindən getməz. Səbəb də budur ki, Ərdəbil yer üzündə adsız-sansız bir yerdir ki, heç kəsin yadına düşməzdi ki, Ərdəbil varmı dünyada, yoxmu? Oranı şöhrətə mindirən həmən vücudu-zicud ağayi-Mirzə Ələkbər ağa oldu. Bu cənab da ki, bir para mərdümazarların fel və fitnəsi ucundan Ərdəbildən uzaqlaşdı ta bundan sonra bir belə şəxs yerdə haradan tapıla bilər buna əvəz olsun. Allah şahiddir ki, nəinki bütün İranı – dünyanı gəzəsən dəxi bir də bir belə bihəya tapıla bilməz ki, öz Vətənini dost-düşmən içində Ərdəbil halına salsın ki, az qalıbdır binamusluğun zərbülməsəli olsun.

Cəlil Məmmədquluzadə2 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.