Rəfiq Zəka Xəndan: Qısa
Çirkinliyi pisləməyən olubmu?Gözəlliyi pisləyəni kim görüb?!
Ulusum adlı-sanlı ordumdurUlusum adlı-sanlı ordumdur,Ulu yurdumdan almışam ilham.
Ulu Tanrım kimidir məmləkətimUlu Tanrım kimidir məmləkətim,Ulusun tifsimidir məmləkətim!
Anam nə dildə mənə layla söyləmişsə, o dilAnam nə dildə mənə layla söyləmişsə, o dilKönül sazımda dinir, bir sözüm yabançı deyil!
Doymaram hüsnünün ülviliyindənDoymaram hüsnünün ülviliyindən,Ruhun yabançıdır yasaq şeylərə.
Bir şairəOlmaz, bu gerçəyi ola bilməz yalan sanan,Şerə sənin qədər vurulan olmamış, inan!
İlhamİlham o ilahi bir gəlişdir,Ulduzlara doğru yüksəlişdir!
YaşayarBir könül duymalıdır yurd səsini,Yurd səsiylə yaşayar mahirlər.
AncaqHünərdir yaşamın qədrini bilmək,Yaşamaq ərlərə deyil oyuncaq.
Bəzi “şeirşünaslar” məni eşitsə, gözlə!Bəzi “şeirşünaslar” məni eşitsə, gözlə!Şerin sirri açılar bəlkə azacıq ona!
Qaş incə bəzəkdirQaş incə bəzəkdir,Gözsüz qaşa bir kimsə vurulmaz!
İyilikKim yamanlıq dilədi, mən iyilik etdim ona,İyilik etdim, iyi olmağı öyrətdim ona.
UlusumMənə “sus” söylədinmi? Mənmi susum?!Qələmimlə dinir böyük ulusum!
Sevgidir ömürSevməyən insana ömür yedəkdir,Sevənlər söyləməz ömür gödəkdir!
Dünyanın ləzzətiQadınlar eşqinə dinər kaman, saz,Sevgi onlardadır, ruh onlardadır.
Fərqi yoxdurFərqi yoxdur, az yaşa, ya çox yaşa,Çarpacaqdır yelkənin bir gün daşa.
Yaman ol deməyinMənə yaman olan, sənə yaxşıdır,Sənə yaxşı olan yamandır mənə.
QəhrəmanlıqlarımızYaşıl, al, mavi, ay, ulduz parlarMilli bayraq, ona ziynət qandır.
Böyük çocuqlarŞairlər dünyada yalan deməzlər,Qəlbi açıqlardır şairlər, gülüm!
Zavallı bülbülYenə də gülşəndə zavallı bülbülBir gülə, bir xara baxıb ağlayır,
Ey RəfiqEy Rəfiq, mən atamın öfkəsiyəm,O günəşdir, mən onun kölgəsiyəm.
YandıraramYurduma xor baxanı yandıraram,Yaxaram, bağrını odlandıraram!
Sarı bülbülGülün eşqiylə nədəndir çağlar,Çağlamaqdan darılıbdır bülbül.
ŞairTorpağa bağlı qalmayan şairSanki dibçəkdə kol kimi yaşayır.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.