Rəfiq Zəka Xəndan: Qısa
Yanır şəfəqləri yer üzərində,Varlıqda hər şeydən odur birinci.
DərdƏn ağılsız olanın da olur az-maz dərdi,İnsanın ağlı çoxaldıqca azalmaz dərdi.
Kiçik uluslarKiçik ulusların dərdi böyükdür,Böyük işğalçılar boynuna yükdür.
Qayğılı insanQəm yemə, qəlbini möhnət sarsa,Hər qəmin dəfinə fərman vardır.
İnsan aləmiİnsan eşqiylə şadlanar aləm,Aləmin zövqü insan aləmidir.
SevməzCanan səni sevməz deyə öz qəlbini yaxma,Şeir aşiqisən, çox da ki canan səni sevməz.
Yemək-içməkƏyyaşın xəyalı içmək, yeməkdir,Yemək əyyaş üçün içmək deməkdir.
Əziz dostDostsuz olan insanda vəfa olmaz, əziz dost,Dostun diləyi dosta cəfa olmaz, əziz dost!
YerləşməlidirBöyüyüb yavrular ərləşməlidir,Yurdda yumruq kimi birləşməlidir!
Kimsə bilməzİgid ərlər yenilməz ki!Nə sirdir, kimsə bilməz ki!
DəyməzRöyama girirsən hər gecə, ey gül,Səninlə görürəm gerçəkdə röya.
SuçluBorclu qalma, borclu qalmaq suçlu qalmaqdır, oğul,Ən böyük suç yer üzündə borclu qalmaqdır, oğul!
TəsəlliÖmür bəlli olmaz, gün bəlli olmaz,Hər kəsin ömründə yaş əlli olmaz!
YaxşıYaxşılıqdır gözəl insanların ancaq naxışı,Yaxşı insan gözəl olmuş, gözəl insan yaxşı...
GeyəcəkYemək-içməksiz olan can yoxdur,Geyimin aşiqi heyvan yoxdur.
AğrıHəyatda bitməyir ölüm çağrısı,Çox zaman çox yerdə yarır o bağrı.
Dünyanın dərdindənDünyaya gələnlər nədən ağlayar?Dünyaya gələndə gülənmi olmuş?!
DünyaAzmı dünya deyə vəcdə gələnlər,Kim onu tamaşa etmək istəmir,
İki qanadDostun ikidirsə iki möhkəm qanadındır,Çox dostu olan bir kişi çox üzlü qadındır.
Dərdi varYer üzündə qana düşənQanlıların min dərdi var,
SöylərəmTürkümü şəfqətlilərə söylərəm,Alqış o ərdəmli həsədsizlərə!
OlduVəfasız olduğun ki bəlli oldu.Bir idi dərdim, indi əlli oldu.
YağsınYağmur niyə dəryalara yağsın?!Dəryalara yağmur nə gərəkdir?!
ÇocuqlarMilyonlardır varlıların dövləti,Çocuqlardır yoxsulların sərvəti.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.