Mayın biri

Bu gün küçələrdə özgə bir cəlal var; evlər qırmızı bayraqla bəzənib, balkonlar əlvan fərşlər və parçalarla bəzənib, avtomobil və faytonlar gül-çiçəklə bəzənib, küçələr dolu camaatla. Əsgərlər, şagirdlər, əmələlər qırmızı bayraq əllərində oxuya-oxuya dolanırlar. Qızlar, uşaqlar avtomobillərlə yainki piyada, qoşa-qoşa, cərgə ilə, əl-ələ verib oxuyurlar və gəzirlər, musiqi dəstələri bunlara səs verirlər.Bu gün mayın biridir; yəni bu gün azadlıq bayramıdır.

Cəlil Məmmədquluzadə1 dəq
Mənə nə!

Bizlər deyirik: mənə nə, farslar deyir: bə mən çe? Bu ibarənin mənası budur ki, mən deyirəm hər bir işin başında mən özüm olum və o işdə ki, mən yoxam – o işi də pisləyəcəyəm.Məsələn, eşidirəm ki, sən bir xeyir iş başlamısan; məsələn, aclara köməklik yığırsan, ya körpü qayırırsan. Hərçənd o işlər öz-özlüyündə fəna iş deyillər, bəlkə hələ yaxşı da bir işdirlər; amma zəmani ki, sən o işləri mənsiz başlamısan və mənim orada adım-sanım yoxdur, mən, əlbəttə o işlərin heç birini təsdiq etməyəcəyəm. Çünki bunlar hamısı keçəndən sonra mənə şöhrət lazımdır.

Cəlil Məmmədquluzadə1 dəq
Qızıl kimi söz

Sözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır.Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir.

Cəlil Məmmədquluzadə2 dəq
İzhari-təşəkkür

Nə gözəl gün! Nə səadətli gün! Bu gün ki, may ayının on yeddisi və şavval ayının biridir, ali bir gündür ki, bunun misli və manəndi az-az düçar olur.Bu gün eydi-fitrdir. Yəni oruc bayramıdır. Yəni mömin və oruc tutan və namaz qılan müsəlmanların müqəddəs bayramı və əziz gündür.

Cəlil Məmmədquluzadə2 dəq
Teatr işləri

Yay gəldi, teatrlarımız bağlandı. Yaxşı da oldu bağlandı. Çünki müsəlmanları məsciddən və bir para yerdən avara qoyurdu. Amma deyirlər Tiflisdən “Akademik” dəstəsi Bakıya “Qastrola” gəlib. Bir neçələrini gördüm, istəyirdilər teatra getsinlər. Qoymadım getsinlər. Çünki dostumun birinin evində toy tədarükü var idi. Sən öləsən yeddi gecəni yatmadıq. Səhərə kimi vurduq. Bir də mən qanmıram hər şəhərin öz artisti olar, öz şəhərində də oynar. Hələ bu Tiflisdən bura gəlmək yəni çe? O da sizin hörmətiniz. Odur, Aşqabaddan Məkkəyə təşrif aparan Seyid Hüseyni nə cəlal ilə dərya kənarında qabaqlayıb, əllərini öpə-öpə, hacı-hacı ağaya gətirdilər. Başına nə qədər mömin cəm olmuşdu.Qardaş, bizə teatrdı, nə bilim maarifdi, mədəniyyətdi, nədi? Qardaş, lazım deyil, deyil, deyil. Zor deyil ki?

Cəlil Məmmədquluzadə1 dəq
Rəşidül-məmalik

İrandan Rusiya torpağına iki mötəbər qonaq gəlib: biri təqribən on il bundan qabaq Culfa yolu ilə Tiflisə varid olub, Qafqaz canişini Voronsov-Daşkovla görüşüb öpüşəndən sonra Qafqaz mədən sularına müalicəyə müşərrəf olubdur. O pəhlivanın adı Hacı Səməd xan Mərağayi Şücaüddövlədir ki, Nikolay hökumətinin İran Azərbaycanında sağ əli idi; həmin Hacı Səmədxan Rusiya konsullarının kölgəsində Rusiya qoşunlarının köməkliyi ilə yüzlərcə iranlı başı kəsdi və minlərcə günahsız əhalinin evini dağıtdı.O əjdahanın misli bu günlərdə Astara tərəfindən Bakıya varid oldu və çeka tərəfindən həbsxanaya göndərildi.

Cəlil Məmmədquluzadə1 dəq
Ticarət

Qədimül-əyyamdan ticarətin tərəqqisi İrandan başlanıb və onunçün də İran tacirlərinin qabağında hətta ingilis tacirləri də məəttəldirlər.Bu saat İran seçki ticarəti böyük meydan qazanmış. Bir buna təəccüb edirəm ki, Bakıda əyləşən İran tacirləri niyə vaxtlarını Bakıda zay edib Tehrana özlərini yetirmirlər ki, seçki yarmarkasında çox pullar qazansınlar.

Cəlil Məmmədquluzadə1 dəq
Hara düşüm?

Bir müşkül məsələyə rast gəlmişəm və hər kəsə də deyirəm, mənim kimi məəttəl qalır.Azərbaycan kəndlərinə mənim tez-tez yolum düşür: qulluq işlərindən ötrü gah o kəndə gedirəm, gah bu kəndə gedirəm. Bunun eybi yoxdu; doğrudur, səfərin özünün əziyyəti var, amma səfası da az deyil.

Cəlil Məmmədquluzadə2 dəq
“Molla Nəsrəddin” aeroplanı

Axır vaxtlarda çün kəndli və fəhlələr arasında yazıb oxumaq o qədər yuxarı dərəcəyə qalxıb ki, dəxi gündəlik poçt ilə jurnalımızı kəndlərə göndərəndə bu gün Bakıdan çıxanda sübh tezdən, sabahı günü ancaq Qazaxa və Qaryaginə və Gəncəyə çatır; belə olanda “Molla Nəsrəddin” jurnalının Bakıdan mahallara gedib çatmağı 24 saat çəkir.Məlumdur ki, kəndlilər buna razı ola bilməzlər; ondan ötrü ki, savadsızlığı ortalıqdan qaldıran idarələrin dövlətindən indi dəxi gündəlik qəzetlər kəndlilərin iştəhasını söndürə bilməz və lazım gəlir ki, kəndlərə qəzet karvanı bir dəfə səhər daxil ola, bir dəfə günorta daxil ola, bir dəfə də axşam daxil ola.

Cəlil Məmmədquluzadə2 dəq
Qənaət

Deyirlər ki, hökumət xəzinəsi kasıbdır. Lazımdır qənaət yolları axtarıb, tapmaq.Bakı şurası maliyyə müdiri Andreyev “Bakinski raboçi” qəzetində yaxşı qənaət yolu ortalığa qoyur:

Cəlil Məmmədquluzadə1 dəq
Qatma-qarışıq

Yəni bu mətləbin o mətləbə heç dəxli yoxdur. O səbəbə ki, əgər sən deyirsən ki, müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədi ilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına girmək icazəsi istəyən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur.Bu mətləbin dəxi idarələri milliləşdirmək məsələsinə dəxli yoxdur. Çünki əgər sən istəyirsən deyəsən ki, maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsa idi, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilə idi. Amma çünki sən mətləblərin hamısını biri-birinə qarışdırıb, bulaşdırırsan, onun üçün sənin sözlərindən də bir mətləb hasil olmur ki, görək aya nə deyirsən? Məsləhət budur ki, sən artıq-əskik danışmayasan. Çünki bu danışıqdan heç bir fayda ələ gəlməyəcək. Bunlar hamısı qəza və qədərdir ki, Xudavəndi-zülcəlalın öz yanındadır.

Cəlil Məmmədquluzadə1 dəq
Cümə

Cümə günü müsəlmanların əziz günüdür: həmin bu gün Allah-taala dünyanı yaradıb tamam edibdir.Mən cümə gününü çox dost tuturam, xüsusən ki, bu günün qabağı cümə axşamıdır ki, mömin qardaşlar buna “pəncşənbə” də deyirlər. Pəncşənbə günü daha da əziz və müqəddəsdir, çünki bu günün axşamları rəhmətlik ölülər bacaları kəsib halva axtarırlar.

Cəlil Məmmədquluzadə1 dəq
Söz pəhləvanı

Çəyirtkə qırmaq aləmindənAtalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.

Cəlil Məmmədquluzadə2 dəq
Məhərrəmlik

“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.

Cəlil Məmmədquluzadə1 dəq
Məhərrəmlik

Bu gün məhərrəmlik ayının yavıqlaşmağı münasibətilə əmələlər içində və qeyri yerlərin camaatı arasında yığıncaqlar qərar verilir və məhərrəmlik barəsində müəyyən natiqlər tərəfindən nitqlər söylənir.Bu yığıncaqlardan və bu danışıqlardan murad odur ki, camaat təziyənin nə olduğunu başa düşsün və məhərrəmlikdə təziyə saxlamalı olsa, məscidə və qeyri ibadətxanaya daxil olub imamı layiqincə və təmkinlə yad etsin və dəxi küçələrə düşüb nərə etməklə dünyanı öz vəhşiliyinə şahid çəkməsin.

Cəlil Məmmədquluzadə2 dəq
Təziyədarlar

Keçən il yox, altdakı 1292-ci il məhərrəmlik təziyəsində Bakıda yüz iyirmi dörd min nəfər müsəlman cavanları küçələrdə iyirmi yeddi gün “Ya Əli, ya Hüseyn” deyə-deyə nərə çəkib, şaxsey getdilər və Aşura günü başlarını yardılar.Həmən il tutulan statistik hesaba görə, həmin bu qədər cavanlar bu siniflərə təqsim olunurlar.

Cəlil Məmmədquluzadə1 dəq
Keçən günlər

Bir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər.Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın.

Cəlil Məmmədquluzadə1 dəq
Gəncə qiraətxanası

İnsanın bəxtindən çox şey asılıdır. Əgər bəxti var – xoşbəxt olacaq. Əgər bəxti yoxsa, bədbəxt olacaq. Şübhəsizdir.Bu da adamın özü ilə deyil. Hər nə ki, insanın alnına yazılıb, o da olacaq. Əgər yaxşı yazılıb – yaxşı olacaq. Yaxşı yazılmayıb – yaxşı olmayacaq.

Cəlil Məmmədquluzadə2 dəq
İki dilbər

Heşəstçəm-be miyan...Mənim evim rus kilsəsi ilə Təzəpir məscidinin ortalığındadır. Onun üçün ki, dünyada məndən də xoşbəxt bir insan gərək olmasın. Kilsənin zəngi vurulanda evimizdə danışmaq mümkün deyil. Çünki bir danışan o biri danışanın səsini eşitməz.

Cəlil Məmmədquluzadə1 dəq
Savad məktəbləri

Mən bu məqaləni o qəsd ilə yazmıram ki, savad məktəblərinə əmələ və kəndlilərimiz həvəs göstərsinlər və həmin məktəblərə şövq ilə doluşub savad öyrənsinlər.Niyə o qəsd ilə yazmıram?

Cəlil Məmmədquluzadə2 dəq
Bəxt

İnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək.Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar.

Cəlil Məmmədquluzadə1 dəq
İspalkom imtahanı

Həmən bu otuz ikinci nömrədən məcmuəmizdə “İspalkom imtahanı” sərlövhədə səhifə açmağı qərar qoyduq.“İspalkom” – rus sözüdür, bunun mənası “icraiyyə komitəsi sədri” deməkdir.

Cəlil Məmmədquluzadə2 dəq
Dəmir yol

Dünən getmişdim Bakı vağzalına. Bilet sandığının qabağında düzülən cərgənin quyruğu gəlib küçəyə çıxmışdı. Deyirdilər ki, bu qədər adamın hamısı səhərdən növbəyə durublar.Birinci zəng vuruldu, həmin cərgədə duranlar tərpəşmədilər, ikinci zəng vuruldu, yenə həmin halət: heç kəs yeridən tərpənmir. Üçüncü zəng vuruldu, yenə duranlar yerində durublar. Amma söz burasındadır ki, çox-çox cavanlar gördüm ki, cərgədə duranlara baxmayıb hərə cibindən bir möhürlü kağız çıxartdı, uzatdı bilet satana ki, “mən məsul işçiyəm”. O dəmdə kağıza peçat basıldı və kağız sahibi keçdi getdi vaqonun istədiyi yerində özünə yer tutdu və maşın hərəkət elədi. Dünən mən cərgədə gördüyüm camaatın hamısı qaldı; çünki maşın ancaq məsul işçiləri götürdü apardı.

Cəlil Məmmədquluzadə1 dəq
Maarif işləri

Məktəblər də milliləşdi, yəni hər millətin özünün məktəbi olacaq və hər millətin məktəbinə özgə millətin uşaqları heç bir vəch ilə götürülməyəcək və götürülmür: türk məktəbinə rus, ya erməni götürülməyəcək, rus məktəbinə erməni, türk və gürcü götürülməyəcək və götürülmür.Demək, bu barədə beynəlmilləlik üsulu işləməyəcək.

Cəlil Məmmədquluzadə1 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.