Qocalar
Çənə əl üstündə, əl çomaq üstəQocalar əyləşir tin başlarında.Sinə bayatılı, könül şikəsti,Ömür varaqlanır yaddaşlarında.
Yaşıdlar köç edib, cavanlar işdəTək-tənha oturmaq son əlacları.Həyatın amansız yalqızlığındaTutur əllərindən əl ağacları.Yumub gözlərini düşünür onlar.Durur göz önündə ötən zamanlar.
Yerdə çuxur açır çomağın ucu,Sonuncu həddinə dirənib ömür.Dünyadan aldığı, dünyaya borcuNəymiş?Düşüncənin sonu görüm
Çomağın ucuna dikib gözünü,Onlar saatlarla oturar belə.Fikir bir gəmi ki, bilinmir yönü,Çırpınır, çıxammır ancaq sahilə.
Onlar düşündükcə boşalar, dolar.Birdən düyün düşər fikrin əvvəli.Doqqazlar başında bizim qocalarDüşüncə heykəli, fikir heykəli!
Əvvəllər deyərdim, onlar bu qədərBekarca oturub darıxmır məgər?Kitab oxuyardım darıxmamaqçünOnların yerinə olsaydım əgər.
Bir qalın kitabmış hər ömür, demə,Oxumaq istəsən, yum gözlərini.Bukar deyilmişlər...ÜrəklərindəOnlar oxuyurmuş öz-özlərini.
Yanvar, 1976, Ağdaş
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-qocalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Cənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?