Ana və analıq
Məzmun
Səhifə 4 / 7 · 43%
Vıı. arvad zövcəlikdə
Ər və arvad iki yoldaşdır. Bunlar bir-birilə əl-ələ tutub şərt kəsirlər. Kişi deyir: arvad, razısanmı mənimlə ömür yoldaşı olasan? Mənim borcum çörək qazanıb səni və gələcəkdəki balalarımızı mürəffəhülhal dolandırmaqdır. Sənin də borcun bu olsun ki, balalarımızı böyüt, tərbiyə ver və evi dolandır.
Arvad da razılıq versə, ortalıqda bir ittifaq əmələ gəlir. Bu ittifaqa nikah deyirlər. Nikahın ümdə şərti ər ilə arvadın bərabərliyi olur, biri o birinə zülm edə bilməz, biri o birinə tabe gərək olmasın və bu şərtlər əmələ gəlməsə, nikah düz və doğru olmaz.
Bizim böyük bədbəxtliyimiz budur ki, ər arvadını özünə yoldaş bilmir. Beləliklə arvad ərinin heç bir şərtindən xəbərdar olmur. Bundan da böyük zərərlər əmələ gəlir. Məsələn, bir tacir öləndə arvadı bilmir kişinin alacağı haradadır, verəcəyi kimdədir, mülkü nə cür dolanırmış. Odur ki, kişi böyük mülkə və dövlətə malik olsa da, öləndən sonra dağılır. Pulları onun-bunun əlində qalır, tələf olur. Çünki kişi bu barədə arvadına heç bir məlumat verməmişdir.
1 Burada ümdə bir səbəb də çarşabdır ki, onun sayəsində təcrübəsizlik və avamlıq
əmələ gəlir. Çarşab barəsində əlahiddə risalədə danışılacaq (müəllif).
Arvad ərinin ən yaxın dostu olmalıdır. Kişinin arvadından gizlin gərək heç bir işi olmasın. Arvad da ərini düşünməlidir, onun fikirlərinə, məsləkinə bələd olmalıdır. Kişi bir iş başlayanda arvadına məsləhət etməlidir, hər məsələ gərək bir yerdə müzakirə olunsun. Kişi arvadına təkcə dişiyə baxan kimi baxsa, bunların arasında doğruçu bir ittifaq əmələ gəlməz. Çünki cismani əlaqə müvəqqəti bir işdir, dostluq da bunun vasitəsilə əmələ gəldikdə o da müvəqqəti olur. Halbuki nigah əbədi bir dostluqdan ibarətdir. Harada ki, dostluq qurtardı, orada talaqdan savayı bir çarə yoxdur. Pəs, ər-arvadlığın binası gərək ruhani əlaqədə olsun. Belə əlaqə sabit olar və uzun vaxt gedər.
Vııı. arvadlar elmli gərək olsunlar
Analıqdan, evdarlıqdan, zövcəlikdən müxtəsərcə danışdıq. Arvadların vəzifəsinin böyüklüyü məlum oldu. Diqqətlə mülahizə edilsə, aşkar olar ki, bu vəzifəni ağlı elm işığı ilə nurlanmış kamil və bilikli arvadlardan savayı ayrıları lazımınca yola verə bilməz. Oxumamış və avam arvadların nə analığa, nə evdarlığa və zövcəliyə qabiliyyətləri yoxdur. Elmsiz arvadın həmişə evi səliqəsiz olar, balaları tərbiyə tanımazlar və əri də evdə rahatlıq tapmaz. Elmsiz arvad ərinə həmişə yad olar, əri bacardıqca evdən uzaq dolanar. Çünki əri evdə saxlamağa qabiliyyət gərəkdir. Ər ki, arvaddan nə mərifətli söz eşitmədi, nə qanacaqlı hərəkət görmədi, o ər ömrünü qumarxanalarda, çayçı dükanında, klublarda və əcnəbilər məclisində keçirər. Cavanlarımız evlənəndən iki gün keçməmiş görürsən arvadı damın altında qoyub başladı axşamlar evə gəlməməyə. Səbəb budur ki, arvadlar bunların təkcə nəfsiheyvaniyyələrinə qulluq edirlər və nəfs öləndən sonra daha cavanı evdə saxlamağa bir vasitə olmur. Hərgah arvadlar oxumuş və məlumatlı olsalar, kişilərinin ruhani aləminə də təsir edib onu evə cəlb eləyərlər. Nemsə filosofu Fridrix Nitşe nikahı uzun bir söhbətə oxşatmaqda haqlıdır. Filosof deyir: “Əqd-nikah vaxtında özünüzə sual verin, görün evləndiyiniz arvadla lap qocalanadək söhbət eləməyə qadir ola biləcəksinizmi? Çünki nikahda hər şey ötəri olur və vaxtın çoxunu söhbət məşğul eləyir.”
Ф.Hитшe. Чeлoвeчeckoe, cлишkoм чeлoвeчeckoe.
Aşkar olur ki, oxumuş ərlə oxumamış arvadınkı tutmaz. Oxumuş bir söhbət elədikdə arvad onu düşünməyəcək. Avam arvadla böhtan, qeybət və bunun kimi boş şeylərdən savayı ayrı söhbətlər eləmək olmur. Həmçinin savadsız kişinin də dostluğu savadsız arvadla başa getmir. Çünki kişi asudə gəzib dolandığına görə özünə təcrübə və bilik qazanır, savadsız arvad isə heç yerə çıxa bilməyib evdə oturmaqla bildiyini də itirir. Deməli, tərəzinin bir gözü həmişə yuxarıda qalır, o birisi aşağıda. Ər-arvad tərəzisi həmvəzn gərək olsun.
Pəs, arvadları oxutmalıdır və tərbiyələrini artırmalıdır. Bunların xoşbəxtliyi elmə bağlıdır. Bir oxuyub yazmaq arvadlara kifayət eləməz. Bunlar olduqca kamil oxumalıdırlar. Heç olmazsa yeddisəkkiz sinifli orta məktəb qurtarmalıdırlar. Bu məktəblər hökumət gimnaziyalarına gərək bənzəməsin: orada rəqs kimi ömrə və arvadlığa əsla lazım olmayan şeylərə çox diqqət olunub. Qız məktəbində analığa, evdarlığa, zövcəliyə və bəzi iqtisadi məsələlərə artıq nəzər yetirməlidir. Oradan təhsil edib çıxan qızlar gərək kamil bir ana olsunlar. Tərbiyə barəsində ətraflı məlumatları olsun, onun tarixini və o barədə Avropadakı son rəy və fikirləri bilsinlər. Uşağı nə təhər bəsləməli, südü necə verməli? Nə vaxt verməli? Evin havasını necə dəyişməli, otaqda isti neçə dərəcə olmalıdır? Bunları qızlar gərək məktəbdə öyrənsinlər. Çox analar uşağa öz südlərini verməyib inək südü verirlər, halbuki uşaqların qırılmağının bir səbəbi də budur ki, onlar ana südü əmmirlər. Statistika göstərir ki, Berlin şəhərində beş ilin müddətində (1897-1901) anadan olan uşaqların hər ildə yüzündən doqquzu ölürmüş. Bunlar ana südü ilə bəslənirmişlər. Inək südü ilə bəslənənlərdən yüzdə yetmiş səkkizi tələf olurmuş.
Bir çox analar balalarını dayələrə verirlər və onların çoxusunun siflis kimi azarları olduğunu bilmirlər. Ya dayələrin özündə azar olur, balalara sirayət edir, ya da ki, azarlı balaları dayəyə verirlər, ona da düşür, sonra başqa salamat uşaqları da xarab edir. Belə ittifaqlar bizlərdə tez-tez olur. Məhz avamlıqdan günahsız xalq fövt olub gedir. Bizim arvadlar uşaq saxlamağı əsla bilmirlər. Anadan olandan qırx gün keçənədək evə bir adam gəldikdə uşağı otaqdan çölə çıxardırlar ki, “qonağın çilləsi onu basmasın”. Bizlərdə evlər narahat olduğundan və çox vaxt qapısı həyətə açılan bir otaqdan ibarət olduğuna görə kör-
Пp. Boдлый. Cтaтиcтиka
pə balaları qonaq gələndə lap soyuğa çıxardırlar. Bundan başqa da uşaqdan həcəmət aldırmaq kimi bir xeyli pis adətlərimiz də var.
Bu avamlıqları aradan götürməyə nizamlı, geniş proqramlı qız məktəbləri lazımdır. Məktəbdə qeyri-elm və fənnlərdən savayı pedaqogikaya, hifzi-səhhətə, fiziologiyaya, kimyaya, gimnastikaya diqqət olunmalıdır. Anaya tibbə dair məlumat vacibatdandır. Evdə bir bədbəxtlik üz versə ilk imdad anadan gözlənir. Boğaz ağrısı, ilanvurma, zəhərli cücü dişləməsi, suya düşüb boğulma, od yanığı, bədənin yaralanması - bunların hamısında ananın biliyi lazımdır ki, həkim gəlincə zərərdidəyə
gömək eləsin. Balaca soyuqdəymə və başağrısı kimi çox xırda nasazlıqlar da var ki, bunlara ana həkimsiz də müalicə edə bilər. Arvad əsil yaranışından tibb elminə möhtacdır. Heyz, ər ilə arvadın əlaqəsi, doğmaq, balanın cismani tərbiyəsi – bunların hamısının sirrlərinə agah olmağa tibbə dair geniş məlumat lazımdır.
Evdar arvad da məktəbə möhtacdır. Heyf ki, bizim qız məktəbləri ehtiyacları dəf eləmir. Ev işlərini təlim vermək üçün məktəbdə böyük mətbəx və qeyri-otaqlar tikdirməlidir ki, burada qızlar bişmişlər hazırlamaq, paltar yumaq, biçin, tikiş, əl işləri və hana toxumaq öyrənsinlər. Kəndistanda açılan məktəblərdə bunlardan savayı bağçaçılıq, yağ-yavanlıq qayırmaq, mal-qara bəsləmək, toyuq və xoruza baxmaq, barama qurdu və arı saxlamaq da gərək öyrədilsin. Qız məktəbi açmaq bizə ən vacib işlərdən biridir. Hər kəs istəyir savab qazansın, camaatımıza məktəb açsın. Gərək məktəblərin də proqramı elə tərtib olunsun ki, məktəb bizim ömrümüzü işıqlandırsın, diriliyimizi yüngülləşdirib, bizi xoşbəxtliyə və rahatlığa çıxartsın. Bizim nicatımız məktəblərə bağlıdır. Məktəb bir ad üçün açılmamalı, orada ümdə fikri rəqsə və əcnəbi dillərini öyrənməyə gərək verməsinlər.
Orada həyati məsələlərə diqqət etməlidir. Köhnə arvadlar üçdör bişmişdən başqa ayrı şeyləri bişirməyi bacarmırlar, bunları da allah bilir necə bişirirlər. Oxumuş qızlar xörəklərin sayını və dadını artırmağa çalışmalıdırlar. Köhnə arvadlar paltar yuduqda ağ geyimləri qırmızının suyuna soxurlar, qırmızını da sarı geymənin suyuna. Paltarı nə qaynadırlar, ona nə lil vururlar, nə soda. Adı olur ki, yuyurlar. Çirkliliyindən də pis bir hala salırlar. Fağır ərlər və balalar da ləyaqətsiz paltar geyməyə məcbur olurlar. Təzə məktəblər bu qüsurumuzu da düzəltməlidir. Oradan çıxan qızlar ağappaq qar kimi paltar yumaq gərək bilsinlər.
Köhnə arvadlar belə biədəb paltarlar geyirlər ki, tərpənəndə həm döşləri, həm qarnı, həm də topuqları görünür. Bunlar ona qənaət edirlər ki, üzlərini gizlədirlər. Əsil həyalı yerləri isə göz qabağında qalır. Təzə qızlarımız biçin və tikiş öyrənməlidirlər ki, təzə libaslarlaavamlığın abırsızlığından xilas olaq. Təzə məktəblərimiz əl işlərinə və hanaya da diqqət yetirsələr, sənətin arvadlar arasında tərəqqi etməyinə bais olarlar. Sənət arvadlar üçün vacibdir. Əvvəl evi bəzəməkdən ötrü, ikinci, qızların cehizinə. Sənətin ümdə mənfəəti budur ki, arvadları özgələrə möhtac olmaqdan qurtarır. Bir qız çirkin olub ərə getmədikdə özgə çörəyinə möhtac olur. Ata, ana həmişə qızları ilə yaşayıb qalmırlar ki, onları özləri bəsləsin. Sənət belə yazıq və kimsəsiz qızları çətinlikdən xilas edir: öz əli öz başı olur, namusunu da gözləməyə qadir ola bilir.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-ana-ve-analiq
Müəllifin digər əsərləri
AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR*(ixtisarla)
Tarixi, coğrafi və iqtisadi AzərbaycanTARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN*Əziz yoldaşımız və böyük mürşidimiz
Litva tatarlarının tarixiLİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ*Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.
Azərbaycan muxtariyyatı. Ayılın, toplaşın!AZƏRBAYCAN MUXTARIYYƏTI AYILIN, TOPLAŞIN!*Türk millətinə xitab
Başqa şairlərin şeirləri
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Cəmalın şəminə, cana, yanar pərvanələr bir-birCəmalın şəminə, cana, yanar pərvanələr bir-bir,Çəkər zənciri-zülfün, həsrətin divanələr bir-bir.