Ana və analıq
Məzmun
Səhifə 7 / 7 · 86%
Bəs, arvadların böyük təsirindən nəfbərdar olmaq üçün onların qanacaqlarını artırmalıdır. Yoxsa övladlarımızı cəhalət yoluna döndərib xalqımızı bərbad edərlər.
Xıı. həqiqi ana
Nizamlı milli bir məktəb qurtarmış, çox bilikli, açıq fikirli bir arvad təsəvvür ediniz. Bu anadır. Ana mehriban bir adamdır. Bunun qəlbi dili ilə, dili də qəlbi ilə müvafiqdir. Ikisi də təmiz, ikisi də pak və
M.Блok. Maтepи вeлиkиx людeй.
H.A.Xoлoдoвckий. B. Гeтe, yтo жизнь и литepaтypнaя дeятeльнocть.
pakizə. Anada qeybət və böhtan kimi alçaq sifətlər, yalan və oğurluq kimi pis adətlər olmaz. Həqiqi ana həm ruhən, həm də cismən salamat olar. Uşaqlar gördüyünü götürər. Ana bunu gözəlcə düşünüb, onun üçün həmişə özünün islahına çalışır ki, balaları onda pis hərəkət görüb götürməsinlər. Ana heç vaxt təklikdə özünə xoşbəxtlik istəməz, ana övladlarının xoşbəxtliyinə tamaşa edib ondan ləzzət aparar. Övladı olmamaqda heç bir şey ananı xoşbəxt eləməz. Qızıl, cavahirat, şöhrət və ad analara təskinlik verə bilməz. Ana uşaq vaxtından analığa həvəslənir, bir müqəvvanı qumaşa büküb oynadar, onu mehriban dillə danışdırar, layla çalar.
Böyüdükdə də ana həmin fikirdən daşınmaz: yenə qayəsi övlad
olar. Ana bala doğub bəsləməkdən usanmaz, bəlkə bundan böyük bir ləzzət anlar. Ana salamat və tərbiyəli balalarını göstərib həmişə fəxrlə deyər: bu övladlar mənimdir.
Və bu əqidədə olar ki, övladsız onun diriliyi meyvəsiz bir ağac kimidir.
Həqiqi ana balalarını döyməz, onlara tənbeh eləməz. Yalnız analığa məxsus bir istedadla övladının ürəyində bir hiss oyandırar. Bunun sayəsində balalar analarını istərlər, ona hörmət edib sözlərinə əməl edərlər.
Ana azaddır, heç kəsə tabe deyil. Bu azadlığı da balalarına təlqin edir. Bunlar asudə fikirli, azadə ruhlu bir insan olurlar. Bunlar da anaları kimi qulluq və əsirliyi sevməzlər, meylləri genişlik istər, niyyətləri ucalıq.
Asudəlik ananın əxlaqını pozmaz, çünki ana kamildir, namus ona övladları qədər qiymətli və əzizdir. Ana çarşab tanımaz, amma örtülü arvadlardan çox-çox ismətlidir. Ananın zinəti həyadır. Bu məlaikə həmişə ana ilə bir yerdə olub cəmi paklığı ilə onu əhatə edər, bir dəqiqə müqəddəs vəzifəsindən xaric olmaz. Ana kamil olduqda həyadan əl götürməz, həya bir gözəl tacdır, arvad bu tacı başına qoymasa, analıq mülkünə sultan olmağa layiq görülməz.
Ana milli bayramlarımızı çox əziz tutar... Ələlxüsus Novruz bayramı şairanəliyi ilə anaya artıq dərəcədə xoş gələr. Buna “Bahar bayramı” deyə heç dini rəng də verməz, onun məhz təbiiliyini sevər, bu bayramı ana artıq təntənə ilə qarşılar. Neçə gün qabaqdan evlər süpürülər, silinər, hər yer təmizlənər. Sonra külfətin üzvləri yuyunub
Gəlinciyi, kuklanı geyinib böyük bir şadlıqla bayram edərlər. Şirnilər düzülər, xonçalar bəzənər, evlər çıraqban olar. Hər yeri gül və çiçəklərlə zinətləndirərlər. Milli musiqimiz çalınar. Rəqslər olunar. Milli nəğmələr və minacatlar oxunar. Milli musiqinin təsiri heç vaxt insandan aralanmaz. Nə qədər adamda gözəlliyi düşünməyə bir duyğu var, o adam milli musiqini xoş bir iztirabla yad elər. Bunun üçün ana milli musiqini artıqlığınca sevər. Istər piano, istər tar və saz olsun – bunların birində çalmaq bilər. Övladlarını da musiqimizlə aşina elər. Bir sallama bayatı və ya segah bəxş eləmiş təsirlərlə balaların cəmi vücudunda bir ruh oyadıb onların türklükdə sabit qalmağına çalışar.
Həqiqi ana mətbuatdan xəbərdardır. Qəzet və jurnalları oxuyur, çapdan çıxan kitabı alıb mütaliə elər. Övladlarının yaşlarına və qanacaqlarına müvafiq xəbərləri onlara da deyər. Xalq yolunda çalışan müqtədir ədiblərimizin adlarını onlara xəbər verər və bacardıqca əsərləri ilə də onları tanış elər.
Ana mütəəssib deyil, nikbindir. Əqidəli həyatpərvər və dünya tərəfdarıdır. Ana xalqının ucalığına, ağıl və istedadına tabe bir halda şükürlər edər. Ana övladlarına xalqını tanıtmaq üçün onları şəhərdən çölə aparar, təbiətin gözəlliyini onlara nişan verər. Uca dağların heybətini, çayların lətif şırıltısını, gecələr dərin və nəhayətsiz göyün sirri ilə əhatə olunmuş ulduzları balalarına tanıtmaqla onların ürəyində həqiqi bir dünyapərəstlik hissi oyadır. Beləliklə, uşaqlar hər bir xurafatdan uzaq olub həqiqi bir təsəvvürə malik olurlar. Belə bəslənmiş balalar diriliyi sevirlər, bu dünyanın xoşbəxtliyini düşünüb ona tərəf meyl və həvəs göstərirlər.
Xülasə ana tərbiyə və elmlə islah olunmuş bir insandır. Dedikcə zərif bir arifdir: fikri açıq, hər işi ciddi. Vəzifəsinə müvafiq kamil və ağıllıdır.
Ana insaniyyətin məşəl aparanıdır. Bu nə qədər qabil olsa, bir o qədər insaniyyətin getdiyi yolu lazımınca işıqlandırmağa qadir olar. Bunu həqiqi analar gözəlcə düşünürlər və çalışırlar ki, daha da qabil və kamil olsunlar.
1914
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-ana-ve-analiq
Müəllifin digər əsərləri
AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR*(ixtisarla)
Tarixi, coğrafi və iqtisadi AzərbaycanTARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN*Əziz yoldaşımız və böyük mürşidimiz
Litva tatarlarının tarixiLİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ*Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.
Azərbaycan muxtariyyatı. Ayılın, toplaşın!AZƏRBAYCAN MUXTARIYYƏTI AYILIN, TOPLAŞIN!*Türk millətinə xitab
Başqa şairlərin şeirləri
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Cəmalın şəminə, cana, yanar pərvanələr bir-birCəmalın şəminə, cana, yanar pərvanələr bir-bir,Çəkər zənciri-zülfün, həsrətin divanələr bir-bir.