Gördüyünə sataşır,qaynayır aşır-daşır,ayaqları rəqs edir.Dodağı nəğmə qoşur,vallah, bu qızda söz var.

Dörd başlıdı hər sözü,yandırır gülər sözügözündə cin çırağı.Dodağı şeytan gözü,vallah, bu qızda söz var.

Ana çaşıb qalıbdı,bacı xəbər alıbdı.Bir saatın içindəmin bir hava çalıbdı,vallah, bu qızda söz var.

Burnunda gül qoxusu,çəkilibdi yuxusu.Ürəyi içinə sığmır,açılıbdı yaxası,Vallah, bu qızda söz var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri