Səsi zornan çıxır,İkiqat yeriyir.Müştəri çağırır.Baxırsan başdan ayağaAzar-bezardı.Bu nə alverdi, nə bazardı.Bunun nəyi vardıNə sata.Adam deyilSümükdən hörülmüşSuvağı tökülən divardı.Bunun nəyi vardıNə sata...Başa düşmək də olmur, nə deyirsəSaxlayıb gərəkAdam kimi dedizdirəsən.Satdığı əgər cana xeyirlidirsəGərək alıb özünə yedizdirəsən.Bir az dirçələ,Gedə evinə çata.Adam kimi yorğan-döşəyində uzana.Yox bu hələ istəyir sataHələ istəyirSatanda aldada, qazana.Acgözlük nə zalım qüvvədi.Adamı hər cəfaya dözdürür.Ölünü də yerindən qaldırır,Küçələrdə gəzdirir.Vallah, müəmmadıBu taleyin işləri.Küçədən zarıltı gəlir,Satıram, ay müştəri...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri