Payibənd oldum səri-zülfi-pərişanım görüb
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Payibənd oldum səri-zülfi-pərişanın görüb,
Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb.
Oda yaxdım şəm vəş canım, baxıb rüxsarına,
Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb.
Gəzdirər hər yan gözüm əşk üzrə bağrım parəsin,
Xələti-gülgyn ilə rəxş üzrə cövlanın görüb.
Bir zaman keçməz ki, dil tiğindən olmaz çak-çak,
Açılır hər dəm tutulmuş könlüm ehsanın görüb.
Könlümü tənhalıq eylərdi pərişan sinədə,
Olmasaydı cəm, hər yanında peykanın görüb.
Bəndi-zindani-qəmü möhnətdən olmuşdum xilas,
Ah kim düşdüm yenə, çahi-zənəxdanın görüb.
Ey Füzuli, bunca kim tutdun nihan hali-dilin,
Aqibət fəhm etdi el çaki-giribanın görüb.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-payibend-oldum-seri-zulfi-perisanin-gorub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Feyzi-məxsusdur ol, aləmi-baladən olub.
Qəddi-balana baxanda bir bəla gördüm səniValeh oldum, harda mən, ey dilrüba, gördüm səni.
Kimsə bizə hicran gecəsində güzər etməzPəjmürdə olan halıma bir kəs nəzər etməz.
O qara zülfünü gəl açma sən, ey nazlı nigar!Cismimi canım ilə bağlayan ol tel qırılar.
Başqa şairlərin şeirləri
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Şah mənəmAllah-Allah, deyin, ğazilər,Ğazilər, deyin, şah mənəm.
Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılarƏbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar