شد از شکوفه چمن را لطافتی حاصلنماند نامیه را از خزان گره در دل

به روزگار خزان چشم زخم دهر رسیدطلسم سلطنت زمهریر شد باطل

نهفت از نظر دهر چهره اندوهصحیفه گل تر در میانه شد حائل

فشاند سیم شکوفه باب جوی درختدرخت گشت غنی آب جوی شد سائل

نهاد روی به مصر حدیقه یوسف گلکشیده ابر سوی گوشه چمن محمل

اگر چه هست کدورت ز رنگ آینه راکدورت دل عالم ز سبزه شد زایل

کمال سحر هوا بین که از تصرف اوبدیده رنگ زمرد نموده مهره گل

کشید سرو قدانرا هوای گل سوییکه هر چه هست به هم جنس خود بود مایل

گرفت صحن چمن رونق از لطافت گلچنانکه ملک بتدبیر سرور کامل

گل ریاض عدالت بهار گلشن ملککفیل نظم ممالک بجوهری قابل

محیط دایره معدلت محمد بیککه لطف بیحد او هست بحربی ساحل

ز جذب غالب او جسته روزگار مددبه عزم صایب او گشته حل هر مشکل

سموم نایبه را ارتباط او مانعسکون حادثه را التفات او کافل

حذاقتش همه کل و جزو را حاویحمایتش همه خاص و عام را شامل

زهی وجود تو چون آفتاب عالم تابرسانده پرتو رأفت بعالی و سافل

رسوم عرف تو احکام شرع را محییهجوم رشک تو اعدای ملک را قاتل

بلطف تو متضمن اعانت عالمبقهر تو متحتم اهانت جاهل

مدام دشمن جانت ز فیض راحت دورهمیشه سالک راهت بکام دل واصل

کسی که از ره طوع و رضای تو خارجاحاطه غضب کرد کار را داخل

کسی که گشته ز نزدیک و دور بنده توگرفته کام ز مأمول عاجل و اجل

ز فیض عدل تو البته می برد بهرهبه بهترین عمل هر که می شود عامل

غنیمت است وجود تو در ریاست ملکنشان لطف الهیست حاکم عادل

شها فضولی بیچاره خاک درگه تستباو گهی نظری کن ازو مشو غافل

محب تست اگر حاضرست اگر غایبغلام تست اگر مدبرست و گر مقبل

امید هست که تا هست دور گردون رابکر مرکز ثابت مدار مستعجل

سعادت ابدی خاک آستان تراکند چو سایر خدام درگهت منزل

Çəmən bəzəndi çiçəklə gəlincə fəsli-bahar,
Xəzan qəmindən ağaclarda qalmadı asar.

Tilismi batil olub şaxtanın, düşüb təxtdən,
Gətirdi yoxsa xəzanı yaman gözə ruzgar.

Niqab hazırladı dövran əli qızılgüldən,
Nəhan qıldı kədər ol niqabdə rüxsar.
Ağac axar suya tökdü gümüş kimi çiçəyi,
Axar su sail, ağac isə oldu sərvətdar.

Hədiqə Misrinə gül Yusifi rəvan oldu,
Çəmən təvafinə gəldi bulud qətar-qətar.

Qalırsa güzgüdə pasdan küdurətin əsəri,
Cahanda qalmadı qəmdən bir iz, olunca bahar.

Həva gətirdi işə, sehrinin kəmalı ilə,
Cahanı zümrüdə qərq eylədi yaşıllıqlar.

Çəkər gül üzlüləri gülşənə könül eşqi
Ki, sərv meyl edər sərvə, dilbərə dildar.

Gülün lətafəti ilə bəzəndi səhni-çəmən,
Necə ki, ölkəyə ziynət verər böyük sərdar.

Ədalətin gülü, din bağının bahar çiçəyi,
Tapar vücudu ilə məmləkət nizamü qərar.

Mühiti-ədli əhatə edən Məhəmməd bəy,
Sənin kərəm dənizində nə həd, nə sahil var.

Zəmanə qalib iradəndən istəyir yardım,
Yenilməz əzmin olub həlli-müşkülatə açar.

Onun məhəbbəti hər cür bəlayə mane’dir,
Səxası hadisəni etdi durmağa vadar.

Onun sədaqəti hər külli, cüz’i havidir,
Himayəsində onun xasü amm şən yaşayar.

Günəş kimi bütün afaqı nurə qərq etdin,
Vücudun ilə yayıldı yerə, göyə ənvar.

Dirildi mə’rifətinlə şəriət əhkamı,
Hücumun ilə sənin öldü zümreyi-əşrar.

Nicat tapdı sənin lütfün ilə hər alim,
Müdam qəhrin edib cahili bəlayə düçar.
Həmişə düşməninə feyzi-rahət oldu həram,
Sənin yolunla gedənlər olub səadətə yar.

Itaətindən o kəs ki, boyun qaçırdı sənin,
Cəza verər ona qəhr ilə xaliqi-qəhhar.

Ədalətindən olar bəhrəmənd o kəslər ki,
Xeyirli işlər ilə ədlinə edər iqrar.

Vücudun ölkəyə, ey sərvərim, qənimətdir
Ki, adil hakimi lütfi-ilahi saymışlar.

Şəha, yazıq bu Füzulini asitanında
Unutma, lütf ilə ol halinə özün qəmxar.

Yanında olmasa da, olsa da o, dostundur,
Yaman da, yaxşı da olsa, qulundur, eyləmə xar.

Belə ümid edirəm ki, nə qədr çərxi-fələk,
Bu sabit aləmin ətrafına dönüb-dolanar,

Səadətin əbədi olsun asitanında,
Üstündən sayəni kəm görməsin Füzuliyi-zar.


← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar